Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1060/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət verən şəxs- X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən çıxarılmış xx.xx.2025cü il tarixli, 16/1-5336 sayılı qərar ilə göstərilən barəsində qəbul edilmiş EQ/16990912; EQ/16476168;EQ/17213295; EQ/17725294; EQ/17514474; EQ/17567653;EQ/17071092; EQ/17684113; EQ/18329927; EQ/17009184; EQ/17172762; EQ/16913430; EQ/16455203;EQ/17949515; EQ/17983463; EQ/16931484; EQ/17578984; EQ/17853047;EQ/17385306; EQ/16493668; EQ/16243650; EQ/16856302; EQ/16227362; EQ/16974621 və EQ/17550536 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən çıxarılmış xx.xx.2025cü il tarixli, 16/1-5336 sayılı qərard da göstərilən barəsində qəbul edilmiş EQ/16990912; EQ/16476168; EQ/17213295; EQ/17725294; EQ/17514474; EQ/17567653;EQ/17071092; EQ/17684113; EQ/18329927; EQ/17009184; EQ/17172762; EQ/16913430; EQ/16455203;EQ/17949515; EQ/17983463; EQ/16931484; EQ/17578984; EQ/17853047;EQ/17385306; EQ/16493668; EQ/16243650; EQ/16856302; EQ/16227362; EQ/16974621 və EQ/17550536 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarındanşikayətlə məhkəməyə müraciət etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov rayon məhkəməsində xx.xx.2024 tarixində çıxarılan 3(005)-3803/2024 nömrəli qərardada əsasən, EQ/16990912 EQ/16476168 EQ/17071092 EQ/16913430 EQ/17578984 EQ/16856302 EQ/17213295 EQ/17684113 EQ/16455203 EQ/17853047; EQ/17725294 EQ/18329927 EQ/17949515 EQ/17335306 EQ/17514474; EQ/17009184; EQ/17983463; EQ/16493668; EQ/17567653 EQ/17172762 EQ/16931484 EQ/16243650 EQ/16227362; EQ/16974621 və EQ/17550536 nömrəli protokollar yenidən ləğv olunaraq işə baxılması üçün BDYPİ-nə göndərilmişdir. Həmin qərardadlarda məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İnzibati Xətalar Məcəlləsinin tələblərini işin hallarının hər tərəfli və obyektiv araşdırlmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXMnin 346.1 və 332.3 maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasını ümumiyyətlə dayanma və durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən X3 inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna baxmayaraq məhkəmə qərarının icraatına dair xx.xx.2025-ci il tarixində BDYPİ tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə №- 16/1-5336 qərardda bildirilir ki, BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qeyd olunan işə Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən eyni vaxtda baxılaraq sonuncunun dayanma durma qaydalarını müxtəlif vaxtlarda pozduğu, İnzibati Xətalar Məcəlləsinin 332.3 cü maddəsi ilə EQ/16990912; EQ/16476168; EQ/17213295; EQ/17725294; EQ/17514474; EQ/17567653 EQ/18329927; EQ/17009184; EQ/17172762 EQ/17949515; EQ/17983463; EQ/16931484 EQ/17385306; EQ/16493668; EQ/16243650 EQ/16227362; EQ/16974621 və EQ/17550536 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar düzgün qəbul olunmuşdur. Mübahisələndirlən qərarlar barəsində inzibati xətanı törətdiyini sübuta yetirən dəlil, sübutları cavabdeh orqandan tələb etmişdir. Lakin onlar hələ də bu vaxta qədər tutarlı bir fakt olmadan yuxarıda sadalanan protokolları onun barəsində tətbiq etmişdir. Hər məhkəmə qərarı çıxarılıb BDYPİ-nə göndərildikdə cə icraatın nəticəsi olaraq “Araşdırılaraq inzibati xətanın X3 lərəfindən törədilməsi təsdiqini tapmışdır” şablon cümlələri ilə yekunlanmış, içərisinə isə inzibati xətanın həqiqətən də onun törətməyi barədə öz təsdiqini tapacaq hər hansısa sübut və ya fakt olaraq qoşma qoyulmadan eyni-eyni formal şəkildə hazır anmış qərar və məktublar hər dəfə ona göndərilirir. Ona görə də onun inzibati xəta törətməyi haqqında sübutlar olmadığından Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyimi sübuta yetirən hər hansısa bir səbəb yoxdur. Hazırki vəziyyətdə barəmdə Azərbaycan Respublikası İXMnin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzbati xətanı törədilməsinə görə inzibati cərimə növündə tənbeh tətbiq edilməyim qanunsuz və əsassızdır. Buna görə də X5 tərəfindən bir vətəndaş kimi qanunla qorunan hüquqlarım kobud şəkildə pozulmuş, heç hir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb olunmuşdur. İş materiallarına dair hətta məhkəmə iclası belə keçirilmişdir. Onda ədalətin bərqərar olunması üçün məhkəmə tərəfindən ləğv olunan qərarların yenidən icraata götürülərək birdəfəlik xitam olunması üçün məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini və qeyd edillən qərarların birdəfəlik icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən çıxarılmış xx.xx.2025-cü il tarixli, 16/1-5336 sayılı qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə vətəndaş X3 barəsində hər biri 300(üç yüz) manat məbləğində olmaqla 25 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən çıxarılmış xx.xx.2025-cü il tarixli, 16/1-5336 sayılı qərar ilə göstərilən barəsində qəbul edilmiş EQ/16990912; EQ/16476168; EQ/17213295; EQ/17725294; EQ/17514474; EQ/17567653; EQ/17071092; EQ/17684113; EQ/18329927; EQ/17009184; EQ/17172762; EQ/16913430; EQ/16455203; EQ/17949515; EQ/17983463; EQ/16931484; EQ/17578984; EQ/17853047; EQ/17385306; EQ/16493668; EQ/16243650; EQ/16856302; EQ/16227362; EQ/16974621 və EQ/17550536 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1060/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1060/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver