Məhkəmə qərarları › İş №3(005)-1061/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1061/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1061/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Yasin oğlunun iştirakları ilə, Şəxs Yasin oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs Yasin oğlu barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 10 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-314/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 4 dəst döşək-1 ədədi 150 manat olmaqla cəmi 600; 4 dəst yorğan, 1 ədədi 100 manat olmaqla, cəmi 400 manat; 4 ədəd yastıq, 1 ədədi 120 manat olmaqla cəmi 480 manat; Türkiyə istehsalı olan xalça 1 ədəd, qiyməti 300 manat; iran istehsalı olan xalça 3 ədəd, hər birinin qiyməti 200 manat olmaqla cəmi 600 manat; şirəli qazan dəsti 3 ədəd, qiyməti 80 manat; xörək dəsti 1 dəst qiyməti 300 manat; çilçıraq 1 ədəd, qiyməti 50 manat, Şəxs Yasin oğlundan alınıb X1 qaytarılsın, olmadığı təqdirdə onların pul dəyəri cavabdeh tərəfindən iddiaçı X2 ödənilməlidir. Tərəflərin birgə nikah dövründə əldə etdikləri əşyalardan 1 ədəd "Samsunq” markalı televizor, qiyməti 1.200 manat, “Merinos” markalı divan-kreslo dəsti, qiyməti 1.000 manat, 1 ədəd “Samsunq” markalı ətçəkən maşın, qiyməti 100 manat, 1 ədəd “King” markalı tozsoran maşını, qiyməti 110 manat, 1 ədəd “Akel" markalı elektrik sobası, qiyməti 90 manat, 1 ədəd təkadamlıq çarpayı, 70 manat, 2 ədəd teatral pərdə, hər birinin qiyməti 250 manat dəyərində olmaqla, cəmi - 500 manat, 1 ədəd “Beko” markalı soyuducu, qiyməti 500 manat - Şəxs Yasin oğlundan alınıb X2 verilsin, bu mümkün olmadığı təqdirdə isə həmin əşyaların dəyəri pul şəklində cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Tərəflərin birgə nikah dövründə əldə edilmiş “TOYOTA LAND CRUİSER PRADO” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 20.000 (iyirmi min) manatın yarısı, yəni 10.000 (on min) manat; Bakı şəhəri, Nərimanov rayonunda PY U A 38/10, ev-61 A ünvanda yerləşən evin(özbaşına tikilinin) tikinti və təmir işlərinin (tikinti materialları, usta xərci və s. xərclər nəzərə alınmaqla) xərci olan 46.400 (qırx altı min dörd yüz) manatın yarısı, yəni 23.200 manat olmaqla, ümumilikdə 33.200 (otuz üç min iki yüz) manat cavabdeh Şəxs Yasin oğlundan alınaraq iddiaçı X2 ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 75 (yetmiş beş) manat və 50 (əlli) manat cavabdeh Şəxs Yasin oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qiymətləndiricinin xidmət haqqı - 300 (üç yüz) manat cavabdeh Şəxs Yasin oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir. İcra sənədi Nərimanov Rayon İcra Şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, müvafiq qaydada həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclu Şəxs Yasin oğlunun qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, icra sənədi şöbənin icraatına xx.xx.2023cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs Yasin oğlunun ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərar xx.xx.2023-cü il tarixdə borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına hər-hansı əmlak və ya gəlirlər aşkar edilməmişdir. Borcludan xx.xx.2023-cü il tarixdə izahat alınmış, borclu borcunu işsiz olması səbəbindən ödəyə bilmədiyini bildirmişdir. Göstərilən halları nəzərə alaraq sonuncunun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Yasin oğlu inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə borcunu ödəməmə səbəbi işsiz olmasıdır. Belə ki, odənişi sadəcə aldığı təqaüddən ödəyə bilər. Heç bir yerdə işləmir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-314/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, 4 dəst döşək-1 ədədi 150 manat olmaqla cəmi 600; 4 dəst yorğan, 1 ədədi 100 manat olmaqla, cəmi 400 manat; 4 ədəd yastıq, 1 ədədi 120 manat olmaqla cəmi 480 manat; Türkiyə istehsalı olan xalça 1 ədəd, qiyməti 300 manat; iran istehsalı olan xalça 3 ədəd, hər birinin qiyməti 200 manat olmaqla cəmi 600 manat; şirəli qazan dəsti 3 ədəd, qiyməti 80 manat; xörək dəsti 1 dəst qiyməti 300 manat; çilçıraq 1 ədəd, qiyməti 50 manat, Şəxs Yasin oğlundan alınıb X1 qaytarılsın, olmadığı təqdirdə onların pul dəyəri cavabdeh tərəfindən iddiaçı X2 ödənilməlidir. Tərəflərin birgə nikah dövründə əldə etdikləri əşyalardan 1 ədəd "Samsunq” markalı televizor, qiyməti 1.200 manat, “Merinos” markalı divan-kreslo dəsti, qiyməti 1.000 manat, 1 ədəd “Samsunq” markalı ətçəkən maşın, qiyməti 100 manat, 1 ədəd “King” markalı tozsoran maşını, qiyməti 110 manat, 1 ədəd “Akel" markalı elektrik sobası, qiyməti 90 manat, 1 ədəd təkadamlıq çarpayı, 70 manat, 2 ədəd teatral pərdə, hər birinin qiyməti 250 manat dəyərində olmaqla, cəmi - 500 manat, 1 ədəd “Beko” markalı soyuducu, qiyməti 500 manat - Şəxs Yasin oğlundan alınıb X2 verilsin, bu mümkün olmadığı təqdirdə isə həmin əşyaların dəyəri pul şəklində cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Tərəflərin birgə nikah dövründə əldə edilmiş “TOYOTA LAND CRUİSER PRADO” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 20.000 (iyirmi min) manatın yarısı, yəni 10.000 (on min) manat; Bakı şəhəri, Nərimanov rayonunda PY U A 38/10, ev-61 A ünvanda yerləşən evin(özbaşına tikilinin) tikinti və təmir işlərinin (tikinti materialları, usta xərci və s. xərclər nəzərə alınmaqla) xərci olan 46.400 (qırx altı min dörd yüz) manatın yarısı, yəni 23.200 manat olmaqla, ümumilikdə 33.200 (otuz üç min iki yüz) manat cavabdeh Şəxs Yasin oğlundan alınaraq iddiaçı X2 ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 75 (yetmiş beş) manat və 50 (əlli) manat cavabdeh Şəxs Yasin oğlundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qiymətləndiricinin xidmət haqqı - 300 (üç yüz) manat cavabdeh Şəxs Yasin oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin tərəfindən verilmiş 2(103)-314/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs Yasin oğluna göndərilmiş və borclu tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Yasin oğlu tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, borclu tərəfindən məhkəmə qətnaməsi tam şəkildə icra edilməməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu hərəkətlər Şəxs Yasin oğlunun işsiz olması ilə əlaqədar olmuş, icra sənədini icra etməkdən boyun qaçırması qərəzli hərəkətlərlə nümayiş etdirilməmişdir. Habelə izahatında bildirmişdir ki, işsiz olması ilə əlaqədar olaraq icra sənədini dərhal icra edə bilmir. Bununla da Şəxs Yasin oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan xəta tərkibinin bütün əlamətlərinin olması, habelə icra sənədini icra etməkdən qərəzli olaraq yayınma hərəkətləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs Yasin oğlu tərəfindən icra sənədi üzrlü səbəblərdən icra edilməməsi halı mövcud olduğundan Şəxs Yasin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Yasin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar