Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1062/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədi üzrə yaranmış borcu ödəmək təklif olundu, həmçinin tələbin yönəldildiyi daşınmaz əmlakın harada yerləşməsinə dair məlumat tələb edildi, lakin borclu icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. 1059234 nömrəli İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16 A saylı mənzilin dəyəri olan 145.000 manat məbləğində pul borclular “Araz 2011 A" MMC və Nərimanov Rayon İcra Hakimiyyətindən müştərək qaydada tutularaq tələbkar X3 xeyrinə ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 160 manat (80+80) manat məbləğində pul vəsaiti borclulardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulmalıdır. Məlum icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borclulara, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu "xxxx" MMC-yə icraata başlamaq haqqında qərar müvafiq bildirişlərlə borcluya şəxsən təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən "xxxx" MMC-nin adına bank hesabları aşkar edilmiş, borclunun bank hesablarına müxtəlif tarixlərdə inkasso sərəncamı qoyulmuş, lakin bank hesablarında yetərli pul vəsaiti olmadığı üçün icra sənədləri icra olunmadan geri qaytarılmışdır. Elektron icra” İnformasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılan zaman "xxxx" MMC-nin mülkiyyətində daşınmaz əmlakların olması müəyyən edilmiş, həmin əmlaklara tələb həcmində həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Nərimanov rayon məhkəmənin 8(005)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126 A saylı və Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 120 A saylı mənzillərin üzərinə həbs qoyulmaqla təqdimat qismən-təmin edilmişdir. İcra hərəkətlərinin davam etdirilməsi məqsədi ilə “Araz-2011 A" MMC-yə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş əmlaklara borclu hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı ilə baxış keçirilməsini təmin edilməsi ilə bağlı xəbərdarılqlar göndərilmişdir. Lakin xəbərdarlıqlarda göstərilən tələb borclu "xxxx" MMC tərəfindən təmin edilməmiş və icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli, xx.xx.2023- cü il tarixli və xx.xx.2023-cü il tarixli müvafiq aktlar tərtib olunmuşdur. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi İş materiallarına əlavə edilmiş təsdiqedici sənədlərdən (poçt göndərişlərinə dair reyestr və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə Çıxarış) aydın olur ki, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs həqiqətən də məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs məhkəmə iclasında iştirak və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır Məhkəmə, işə barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16a saylı mənzilin dəyəri olan 145.000 manat məbləğində pulun cavabdehlər "xxxx" MMC və Nərimanov Rayon İcra Hakimiyyətindən müştərək qaydada tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-51/2023 saylı qərardadının surətindən görünür ki, təqdimatın qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126 A saylı və Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 120 A saylı mənzillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, "xxxx" MMCnin direktoru Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli, 180103/2022 saylı İnkasso sərəncamlarından görünür ki, borcluya məxsus bank hesabı üzrə icra sənədinə əsasən ödənişin həyata keçirilməsi barədə müvafiq icraçı banklara göstəriş verilmişdir. xx.xx.2022-ci il tarixli, 180103/2022 saylı İnkasso sərəncamından görünür ki, borcluya məxsus bank hesabı üzrə icra sənədinə əsasən ödənişin həyata keçirilməsi barədə müvafiq icraçı banka göstəriş verilmişdir. xx.xx.2023-cü il tarixli, 180103/2022 saylı İnkasso sərəncamlarından görünür ki, borcluya məxsus bank hesabı üzrə icra sənədinə əsasən ödənişin həyata keçirilməsi barədə müvafiq icraçı banklara göstəriş verilmişdir. “Əmlaklara baxış keçirilməsinə dair” Nərimanov rayon İcra şöbəsinin icra məmurları X2 və X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Nərimanov rayon məhkəmənin 8(005)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən həbs qoyulmuş əmlaklara baxış keçirilməsi məqsədi ilə borclu hüquqi şəxsin rəhbəri Şəxs məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılaraq, onunla razılaşdırılmaqla "xxxx" MMC-nin Nərimanov rayonu A.Neymətulla küçəsində yerləşən ofisinə gedilmiş, həbs qoyulmuş əmlaklara baxış kerilməsi xahiş olunmuş, lakin şirkətin rəhbəri Şəxs müxtəlif bəhanələrlə həbs qoyulmuş əmlaklara baxış keçirilməsini təmin etməmiş, tərtib olunan aktı imzalanmaqdan və xəbərdarlıq məktublarını qəbul etməkdən imtina etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Məhkəmə aktının qərəzli icrasına mane olmaq anlayışı altında isə şəxsin dövlət orqanı, yerli özünüidarəetmə orqanı, dövlət və bələdiyyə idarəsi, kommersiya və ya digər təşkilat tərəfindən məhkəmə aktının vaxtında icra edilməməsi üçün qəsdən maneə törədilməsi başa düşülməlidir. Belə maneə müxtəlif yollarla həyata keçirilə bilər: - şəxs tərəfindən tabeçiliyində olan şəxslərə məhkəmə qərarını icra etməmək barədə göstəriş, sərəncam və əmrlər verilməsi; - icra məmurunun və ya məhkəmə qərarını icra etmək səlahiyyəti olan şəxsin məhkəmə qərarını icra etməsinə maneələr yaradılması; - məhkəmə qərarının icra edilməsi üçün zəruri olan sənədlərin təqdim edilməməsi; - məhkəmə qərarını icra etməli olan şəxslərə məlumatların, o cümlədən təşkilat və bank hesablarının yerləşdiyi yer barədə məlumat verilməməsi; - məhkəmə qərarının icra edilməsinin qarşısını alan və ya onun icrasını mümkünsüz edən tədbirlər görülməsi. Məhkəmə Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, icra məmurunun izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs məhkəmə aktının icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq icra sənədinin icrasından qərəzli olaraq yayınır, icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir, həmçinin icra sənədinin icrası üçün zəruri məlumatları verməkdən yayınmaqla məhkəmə aktının icrasına qərəzli olaraq mane olur. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubları ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə "xxxx" MMC-nin direktoru Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin direktoru Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1062/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1062/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver