Məhkəmə qərarları › İş №3(005)-1062/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1062/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1062/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs – X10 nümayəndəsi “Abşeron” Vəkil Bürosunun vəkili X12, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X16 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə MN1869995 nömrəli inzibati tənbeh vermə barədə qərar ilə X13 barəsində 1700 manat cərimə tətbiq edilmişdir. X17 Xidməti tərəfindən qəbul edilmiş həmin qərarla razı olmadığını bildirir və İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş şikayət hüquqlarından istifadə edərək həmin qərarı məhkəmədə mübahisələndirirlər. Qərar onunla əsaslandırılmışdır ki, vətəndaş X6 xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə və vətəndaş X2 xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə müqavilənin bitmə müddəti gözlənilmədən xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək qanunvericiliyinin tələbi pozularaq xitam verilmiş, təqdim edilmiş iş vaxtının uçotu tabellərində ümumxalq hüzn günündən 1 gün qabaq iş saatı 1 saat qısaldılmamış və artıq iş saatlarında işə cəlb edilmiş, lakin artıq iş saatlarına görə ödənişlər edilməmiş və son haqq-hesab hesablanarkən artıq iş saatlarına görə ödənişlər nəzərə alınmamışdır. Göstərilənlərə əsasən "xxxx" QSC-nin direktoruna vəzifəli şəxs kimi 1700 (min yeddi yüz manat) cərimənin tətbiq edilməsi qərara alınmışdır. X11 xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi ilə işə "xxxx" QSC-də X9 çilingər vəzifəsində işə başlamışdır. Əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdir. Həmin əmək müqaviləsinə 2025-ci ilin yanvar ayının 7-nə qədər davam etmişdir. X5 isə xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi ilə işə "xxxx" QSC-də X9 çilingər vəzifəsində işə başlamışdır. Əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdir. Həmin əmək müqaviləsinə 2025-ci ilin yanvar ayının 7-nə qədər davam etmişdir. "xxxx" QSC-nin 11 dekabr 2024-cü il tarixli “Əmək müqaviləsinin müddətinin bitməsi barədə” xəbərdarlıq məktubları ilə xx.xx.2024-cü il tarixdə Behbudov Məhəmməd və Allahverdiyev Rəcəb tanış olmuş və bunu öz imzaları ilə təsdiq etmişdirlər. Həmin məktubların məzmunundan aydın olur ki, Behbudov Məhəmməd və Allahverdiyev Rəcəbə əvvəlcədən müddətli əmək müqaviləsinin ləğvi barədə məlumat verilmişdir. Əmək müqaviləsinin ləğvi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən 6 yanvar tarixdə əmək müqaviləsinin tarixinin bitməsi səbəbindən, 7 yanvar tarixində əmək müqaviləsinə xitam veriləcəkdir. Belə ki, Əmək Məcəlləsinin 8-ci maddəsi və 73-cü maddələri müəyyən olunmuş müddətlərin hesablanması qaydasını və müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyir. Məcəllənin müvafiq maddələrindən aydın olur ki, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə isə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Əmək Məcəlləsinin müvafiq maddələrinin təhlilindən aydın olur ki, Behbudov Məhəmmədlə xx.xx.2021-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmiş və tərəflər etiraz etmədiyi üçün müddət uzanmışdır. Eləcə də, Allahverdiyev Rəcəblə xx.xx.2021-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmiş və tərəflər etiraz etmədiyi üçün müddət uzanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarında isə işəgötürən işçilərə kifayət qədər əvvəldən məlumat vermiş və Behbudov Məhəmməd və Allahverdiyev Rəcəb müddətli əmək müqaviləsinin ləğvindən 1 aydan artıq müddət öncə məlumatlı olmuşdurlar. Behbudov Məhəmməd ilə bağlanılmış müddətli əmək müqaviləsinin başlanması və bilməsinə nəzər yetirdiyimiz zaman əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanıldığından Əmək Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən yəni, xx.xx.2021-ci il tarixdən başlayır. Beləliklə, müqavilənin müddəti aylarla ölçüldüyü üçün müddətlərin tərəflərin etiraz etməməsi səbəbindən uzadıldığı dövrlər aşağıdakı kimi olmuşdur:1) xx.xx.2021-xx.xx.2022 2)xx.xx.2022-xx.xx.2022 3) xx.xx.2022-xx.xx.2022 4) xx.xx.2022-xx.xx.2022 5) xx.xx.2022-xx.xx.2023 6) xx.xx.2023xx.xx.2023 7) xx.xx.2023- 1.07.2023 8) xx.xx.2023-xx.xx.2023 9) xx.xx.2023-xx.xx.2024 10) xx.xx.2024-xx.xx.2024 11) xx.xx.2024-xx.xx.202412) xx.xx.2024-xx.xx.2024 13) xx.xx.2024xx.xx.2025. Allahverdiyev Rəcəb ilə bağlanılmış müddətli əmək müqaviləsinin başlanması və bitməsinə nəzər yetirdiyimiz zaman isə, əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanıldığından Əmək Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən yəni, xx.xx.2021-ci il tarixdən başlayır. Beləliklə müqavilənin müddəti aylarla ölçüldüyü üçün müddətlərin tərəflərin etiraz etməməsi səbəbindən uzadıldığı dövrlər aşağıdakı kimi olmuşdur: 1) xx.xx.2021 - xx.xx.2022 2) xx.xx.2022- xx.xx.2022 3) xx.xx.2022- xx.xx.2022 4) xx.xx.2022xx.xx.2022 5) xx.xx.2022- xx.xx.2023 6) xx.xx.2023-xx.xx.2023 7) xx.xx.2023-xx.xx.2023 8) xx.xx.2023-xx.xx.2023 9) xx.xx.2023-xx.xx.2024 10) xx.xx.2024-xx.xx.2024 11) xx.xx.2024xx.xx.2024 12) xx.xx.2024- xx.xx.2024 13) xx.xx.2024-xx.xx.2025. Qeyd olunmuş müddətlər ardıcıllıqla ona görə göstərilmişdir ki, Behbudov Məhəmmədin əmək müqaviləsi ilə bağlı sonuncu müddətin sonuncu günü yanvar ayının 1-nə təsadüf etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli 499 nömrəli qərarı ilə 2025-ci il 3 yanvar iş günü ilə müvafiq olaraq 2024-cü il 29 dekabr istirahət gününün yerləri dəyişdirilmiş və növbəti iş günü ayın 6-sı olmuşdur. Həmçinin, Allahverdiyev Rəcəbin əmək müqaviləsi ilə bağlı sonuncu müddətin sonuncu günü yanvar ayının 5-nə təsadüf etmiş müvafiq olaraq növbəti iş günü ayın 6-sı olmuşdur. Əmək Məcəlləsinin 8-ci maddəsinin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən yəni, xx.xx.2025-ci il tarixdən başlayır. Buna əsasən də, işçinin əmək hüquq və öhdəliklərinə xitam verildiyi tarix əmək münasibətlərinin bitməsini müəyyən edən təqvim tarixindən sonrakı gündür və müvafiq olaraq işəgötürən də 07 yanvar 2025-ci il tarixdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrləri imzalamışdır. Eyni zamanda Əmək Məcəlləsinin 83-cü maddəsində müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydalarına riayət edərək, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilmişdir. Bildirir ki, müddət axımı düzgün müəyyən edilərək işçilərə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin imzalandığı gün, yəni 07 yanvar 2025-ci il tarixi də son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) hesablanarkən nəzərə alınmış və işçilərə ödənilmişdir. xx.xx.2024-cü il tarixli 995/Ü və 996/Ü nömrəli işçilərin istirahət günü görülən işə cəlb edilməsi haqqında əmrlərə əsasən Behbudov Məhəmməd və Allahverdiyev Rəcəb 04 yanvar və 05 yanvar 2025-ci il tarixində işə cəlb edilmişdir. İşçilər istirahət günlərində işə çıxmağa razılıqla bağlı cədvələ imza atmaqla öz razılığını bildirmiş və bununla bağlı işəgötürən tərəfindən Əmək Məcəlləsinin 164-CJ maddəsinə əsasən əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki misli məbləğində əməkhaqqı ödənilməklə işə cəlb edilmişdir. Təqdim edilmiş iş vaxtının uçotu tabellərində ümumxalq hüzn günündən 1 gün qabaq iş saatının 1 saat qısaldılmaması ilə bağlı qeyd etməliyəm ki, 2024-cü ilin yanvar ayı üzrə mühasibat proqramı vasitəsi ilə qeydiyyatı aparılan iş vaxtının uçotu tabelində riyazi hesablamalar nəticəsində yol verilən nöqsana görə ümumxalq hüzn günündən 1 gün qabaq iş saatı 1 saat qısaldılmayaraq 7 saat əvəzinə, 8 saat qeyd edilmişdir. Müvafiq yanlışlıq aradan qaldırıldıqdan sonra iş vaxtının uçotu tabelinin düzgün variantı təqdim edilmiş, lakin qərar qəbul edilərkən nəzərə alınmamışdır. İşçilərə 2024-cü il yanvar ayı üzrə əməkhaqqı hesablanarkən riyazi hesablamada yol verilən nöqsana görə 152 saat iş saatı müəyyən edilmiş və müvafiq olaraq əməkhaqqı ödənilmişdir. Lakin işçilər faktiki şəkildə artıq iş saatlarında işə cəlb edilməmişdir. Eləcə də, son haqq-hesab ödənişlərinin hesablanma cədvəlinə əsasən riyazi hesablamalar nəticəsində yol verilən nöqsana görə yaranan fərq sadəcə 0,36 və 0,37 qəpikdir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, X17 Xidmətinin Bakı Şəhər İdarəsinin tətbiq etdiyi cərimə əsassız və qanunsuzdur, buna görə də ləğv edilməlidir. Daha sonra şikayət ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, 3(005)-1062/2025 nömrəli iş üzrə şikayət ərizəsinə əlavə təqdim edilməsi zərurəti yaranmışdır. Hansı ki, şikayət ərizəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə MN0024029 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərarının düzgün tətbiq edilməməsinin aşağıdakı bəzi əsaslarını göstərmişik: 1. xx.xx.2025-ci il il tarixdə əmək müqaviləsinə xitam verilmiş X11 və X15 verdi oğlunun əmək müqaviləsinə xitam verilməsinin Əmək Məcəlləsinin tələblərinə riayət edilərək həyata keçirilməsi 2.Qərarın əsasını təşkil edən əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il yox xx.xx.2025-ci il olması 3.Əmək Məcəlləsinin 8-ci və 83-cü maddələrinin müddəalarının nəzərə alınmaması 4. X13 barədə ayrıca inzibati icraatın həyata keçirilməməsi 5. X11 və X2 inzibati orqana olan müraciətinin hansı ki, işdən 1 gün gec çıxarılması ilə bağlı olmaması. Şikayətlərində qeyd etdikləri hallara əlavə olaraq qeyd edirik ki, X11 və X5 inzibati orqana olan müraciətinin hansı ki, işdən 1 gün gec çıxarılması ilə bağlı olmaması halını nəzərə alaraq, X17 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən inzibati icraat düzgün aparılmamışdır. X11 və X2 müraciəti hansı ki, 192.6-cı maddə ilə bağlı olmadığından, inzibati orqan elektron informasiya sistemində olan məlumatlardan istifadə edərək inzibati xəta haqqında iş üzrə icraat başlaya bilməzdi. Şikayət vermiş X10 nümayəndəsi X19 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X22 bildirmişdir ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozmuşdur və barəsində müvafiq olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşçi Müfəttişliyə şikayət edərək əmək haqqının ödənilmədiyini bildirib və bank çıxarışlarından, hüquqi şəxsin məktubundan da aydın görünür ki, işçiyə son haqq-hesab ödənişləri edilməmişdir. Müvafiq qaydada təsdiqedici sənədləri məhkəməyə təqdim edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə və X2 xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə müddət gözlənilmədən xx.xx.2025-ci il tarixində AR-nın ƏM-nin 68.2.(b) əsasən əmək qanunvericiliyinin tələbi pozularaq xitam verilmişdir. M.Behbudov və R.Allahverdiyevin iş saatı ümumxalq hüzn günündən qabaq 1 (bir) saat qısaldılmamış, istirahət günlərində işə cəlb edilmiş, lakin artıq iş saatlarına görə əlavələr son haqq-hesab hesablanarkən nəzərə alınmamışdır. Bununla da, AR-nın ƏM-nin 107-ci və 108-ci maddələrinin tələbi pozulmuşdur. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 1700 manat məbləğində cərimə edilmişdir. “Əmək müqaviləsinin müddətinin bitməsi barədə” xəbərdarlıq məktubundan görünür ki, X3 əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsi ilə əlaqədar əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" QSC-də işləyən X2 əmək müqaviləsinə 034/K saylı əmrə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. “Əmək müqaviləsinin müddətinin bitməsi barədə” xəbərdarlıq məktubundan görünür ki, X7 əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsi ilə əlaqədar əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" QSC-də işləyən X6 əmək müqaviləsinə 033/K saylı əmrə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Ödəniş qəbzindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə son haqq-hesab üzrə 244.53 manat ödəniş edilmişdir. Ödəniş qəbzindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə son haqq-hesab üzrə 244.86 manat ödəniş edilmişdir. X13 şikayətdə tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, müddətli əmək müqaviləsinə əsasən "xxxx" QSC-də işləyən X11 və X1 Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixində işdən azad edilmişlər. Araşdırma zamanı müəyyən olunur ki, "xxxx" QSC tərəfindən X11 və X2 əmək müqaviləsinə müddət gözlənilmədən xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələbləri pozularaq xitam verilmiş, həmçinin onların iş saatı ümumxalq hüzn günündən qabaq bir saat qısaldılmamış, istirahət günlərində işə cəlb edilmişlər, lakin artıq iş saatlarına görə əlavələr son haqq-hesab hesablanarkən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X13 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayət ərizəsində X13 tərəfindən həmin maddədə göstərilən inzibati xətanın törədilməməsi bildirilsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X10 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar