Məhkəmə qərarları › İş №3(005)-1069/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1069/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1069/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X10 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB-nin 30 yanvar 2021-ci il tarixli, AZA 09333890 nömrəli inzibati xəta haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB-nin 30 yanvar 2021-ci il tarixli, AZA 09333890 nömrəli inzibati xəta haqqında qərarı ilə X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 100 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X13 inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB-nin 30 yanvar 2021-ci il tarixli, AZA 09333890 nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon məhkəməsinin 3(005)-990/2021 nömrəli, 30.04.2021-ci il tarixli qərardadı ilə MN ******* saylı, 30.01.2021-ci il tarixli protokoldan vermiş olduğu şikayəti geri qaytarılmışdır. Bununla da, 01.05.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə yaxınlaşmış, növbətçi 055 *** ** ** saylı nömrə ilə əlaqə saxlamasını istəmişdir. Zəng etmiş və ona 15 dəqiqə sonra girişdəki növbətçidən qərarı götürə biləcəyini bildirmişlər. O, yaxınlaşmış və qərarı almışdır, lakin qərarı alması haqqında heç bir sənədə imza etməmişdir. Daha sonra həmin şəxsə zəng etmişdir ki, elektron çap edilmiş qərarda rəhbər şəxsin imzası və ya elektron imzası, möhürü və sənədin qeydiyyata alınması müvafiq qeydiyyatın olmadığını bildirmişdir. Həmin şəxs isə qərarın belə olması bildirdi. Açığı bir az şübhələnmişdir ki, etibarsız sənəddir. Odur ki, 01.05.2021-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən şəxsən götürdüyü AZA ******* saylı, 30.01.2021 tarixli Qərarı əsas alaraq məhkəməyə şikayətlə müraciət edir. Tərəfindən 09.02.2021-ci il tarixdə 30.01.2021-ci il tarixdə MN ******* saylı protokoldan X14 Vilayət Eyvazov cənablarına elektron poçt vasitəsi ilə şikayət məktubunu ünvanlamışdır. Şikayətində tərtib olunmuş protokol ilə razılaşmayaraq imza etməkdən imtina etdiyini, araşdırmanın kamera vasitəsi ilə aparılmasını və protokolun tarix hissəsinin düzəliş edilməsinə görə protokolun əsassız və etibarsız sayılmasını xahiş etmişdir. Şikayətinə cavab olaraq 23.02.2021-ci il tarixli elektron məktubla bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru Səməndər Şirəliyev tərəfindən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun əsaslığının öyrənilməsi və ləğv olunması məsələsinə baxılması ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə vəsatətlə müraciət olunmuşdur. Bu günə qədər şikayətinə baxılmasına dair elektron və ya qeydiyyat ünvanına cavab məktubu göndərilməmişdir. Habelə, 30.01.2021-ci il tarixdə 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən tərtib edilmiş “MN seriyalı ******* nömrəli, 30 yanvar 2021-ci il tarixli protokola imza etməkdən imtina edirəm” müvafiq qeydi yazaraq kamera ilə araşdırma aparılmasını xahiş etmişdir. Lakin vəsatətinə məhəl qoymayaraq, daha doğrusu protokol ilə tanış olmayaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X5 AZA ******* saylı, 30.01.2021 tarixli Qərar ilə 100 manat məbləğində inzibatı cərimə təyin etmişdir. Odur ki, sonuncu protokoldakı qeydlərində tanış olmadan, araşdırma aparmadan, protokolun yazıldığı həmin gün AZA ******* saylı, 30.01.2021-ci il tarixli Qərarı qəbul etmişdir. Habelə, zəruri tələb olunan müddət ərzində onu qərarla xəbərdar etməmişdir. Yəni almış olduğu qərarı onun elektron və ya qeydiyyat ünvanıma göndərməmişdir. 30.01.2021-ci il tarixdə hava dumanlı və yağışlı idi. Nəqliyyat vasitəsində əyləşmiş şəxsiyyətlərini təqdim etməkdən imtina etmiş çevik polis nəfəri (şəxsin sözlərinə görə) Abdullayev Yusif, digər çevik polis nəfəri və mayor rütbəli çevik polis nəfəri onu X8 tam qarşısında guya maska taxmadığına görə 1 (bir) saat güclü yağışın altında saxlamışlar. Bütün geyimləri islanmışdır. Ona bildirilən iradla razılaşmamışdır, çünki tibbi maskası üz nahiyəsinin üzərində idi. Hətta, əlavə olaraq üstündəki 3 (üç) ədəd tibbi maskanı onlara təqdim etmişdir. O, iki çevik polis nəfərinə və mayor rütbəsində çevik polisinə ona ittiham etdikləri inzibatı xəta ilə razılaşmadığını bildirmişdir. Bunlara məhəl qoymayan, çevik polis nəfəri Abdullayev Yusif protokolu yazmaq səlahiyyətində olmadığı üçün sahə inspektoruna zəng etmişdir. Nərimanov rayon 18-ci polis şöbəsinin sahə inspektoru polis kapitanı X3 inzibati xəta törədilməyən yerə şəxsi nəqliyyat vasitəsi ilə gəlmişdir. Onun iradlarını və mülahizələrini nəzərə almadan MN ******* saylı protokol tərtib etmişdir. Habelə, araşdırma aparmadan protokolun birinci vərəqində “müəyyən edilmiş sübutlar” hissəsini doldurmamışdır. Məhz, buna görə üz nahiyəsindəki tibbi maskadan başqa əlavə olaraq sahə inspektoruna təqdim etdiyi cibindəki 3 (üç) ədəd tibbi maskaların varlığını protokolda qeyd etmişdir. Hətta, kameralar vasitəsi ilə araşdırmaların aparılmasının vacibliyi protokola yazmışdır. Həmçinin, protokolun tarix hissəsi əvvəlcədən köhnə tarixlə başqa bir şəxsə yazıldığı üçün tarix yerini qaralanmışdır. Yani protokolun tarix yeri təkrar düzəliş olunmuş və nəticədə etibarsız protokol tərtib edilmişdir. Protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ona, bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Hətta, tələbkar səyi ilə protokolla razı olmadığını, “İmza etməkdən imtina edirəm” qeydini ancaq yaza bilmişdir. Təəssüflə, imtinanın səbəblərini və şərhini protokola əlavə edilməsinin təmin edə bilməmişdir. Bununla, tərtib edilmiş protokolla razılaşmır, işin faktiki halları ilə bağlı bildirir ki, tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 30.01.2021-ci il tarixli MN ******* saylı protokol İXM-nin tələblərinin pozulması ilə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer göstərilməldir. İXM-nin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 305 saylı 25.07.2017-ci il tarixli Qərarın 3.4-c i maddəsinə əsasən Protokol, qərar (qərardad) blanklarının zədələnməsinə və ya korlanmasına, ləkələnməsinə və onların üzərində düzəlişlərin aparılmasına yol verilmir. Zədələnmiş və ya korlanmış protokol, qərar (qərardad) blankları Nazirliyə təhvil verilənə qədər üzərində "zədələnib" və ya "korlanıb" sözü yazılmaqla saxlanılır. 30.01.2021-ci il tarixli MN ******* saylı protokol əvvəllər başqa şəxsə tərtib edilməsi üçün nəzərə alındığı görə polis sahə inspektoru X2 tərəfindən tarix yeri təkrar düzəliş edilmişdir. Protokolda yer olaraq Nərimanov RPİ qeyd olunmuş, lakin protokol X8 sol hissəsində polis sahə inspektoru X1 idarə etdiyi nəqliyyat vasitəsində saat 11:00 radələrində yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeydlər aparılır. Polis sahə inspektoru X3 tərəfindən protokol tərtib edilərkən hüquq və vəzifələri izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin, çevik polis nəfərlərinə pandemiya ilə əlaqədar vətəndaşların saxlanılmasına xüsusi səlahiyyətlərin vərilməsi ona məlum olmadığını sonuncuya bildirmişdir. Hansı xüsusi qərarla onlara səlahiyyətin verilməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Təbii ki, heç bir sualların cavabını ala bilməmişdir. Azərbaycan Respublikası inzibati Xətalat Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.1.6-ci maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. “Protokola imza etməkdən imtina edirəm” sözlərini yazmışdır. Lakin polis sahə inspektoru X2 imtinanın səbəblərini və mülahizələrini protokola əlavə edilməsinə şərait yaratmamışdır. X4rşısında və yaxın ətrafda heç bir şəxsin olmadığı üçün protokola imza üçün şahid cəlb olunmamışdır. Kamera görüntüsü ilə araşdırma aparılmasını tələb etmişdir. Habelə, bu haqda protokola qeydlər yazmışdır. Məhz, 09.02.2021-ci il tarixdə 30.01.2021-ci il tarixdə MN ******* saylı protokoldan Daxili İşlər Nazirliyi Vilayət Eyvazov cənablarına elektron poçt vasitəsi ilə şikayət məktubunu ünvanlamışdır. Şikayətinə cavab olaraq 23.02.2021-ci il tarixli elektron məktubla bildirilib ki, Nərimanov Rayon Polis idarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru Səməndər Şirəliyev tərəfindən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun əsaslığının öyrənilməsi və ləğv olunması məsələsinə baxılması ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə vəsatətlə müraciət olunmuşdur. Onun şikayət məktubu hələ də cavablandırılmayıb, kamera görüntüsü ilə araşdırma aparılmayıb. Təqribi bu günə kimi 2 (iki) ay keçməsinə baxmayaraq araşdırma nəticəsi barədə onun elektron və ya qeydiyyat ünvanıma cavab məktubu göndərilməmişdir. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 451 saylı 19.11.2020-cil tarixli qərarının 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. 30.01.2021-ci il tarixdə hava dumanlı və çox güclü yağış yağırdı. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 30 yanvarın 2021-ci il tarixinə hava yağışlı olması təsdiqlənib. Şənbə, bazar və bayram günlərində ictimai nəqliyyatın hərəkəti dayandırılmışdı. Onun zəruri görüşü olduğu üçün məcburi evi tərk etmişdir. X6rşısında çevik polisləri tərəfindən saxlanıldığı zaman 250 metr radiusla ondan başqa heç kim yox idi, çünki çox güclü yağış yağırdı. Məhz, Baş Nazirin 451 saylı 19.11.2020-ci il tarixli qərarını rəhbər tutaraq çevik polis nəfərlərinin İXM-nin 211.2 maddəsinə əsasən onu saxlaması əsassızdır və qanuna ziddir. “Açıq havadakı ictimai yer” dedikdə açıq havadakı insan kütləsinin varlığının sıx olduğu yer başa düşülür, lakin həmin vaxtı açıq havada tək o hərəkət edirdi. Nəqliyyat vasitəsində əyləşmiş polislərdən başqa ətrafda heç kim yox idi. Onlar ondan təqribi 25 metrə uzaqlıqdaydılar. Həmçinin, çevik polis nəfərlərinə pandemiya ilə əlaqədar vətəndaşların saxlanılmasına xüsusi səlahiyyətlərin verilməsi ona məlum deyildir. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 451 saylı 19.11.2020-cil tarixli qərarının 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. 30.01.2021-ci il tarixli AZA №09333890 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunarkən İXM-nin tələbləri ciddi pozulduğundan, əməlimdə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X13 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, əlavə olaraq bildirmişdir ki, polis orqanında heç bir sübut yoxdur ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilsin. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB-nin 30 yanvar 2021-ci il tarixli, AZA 09333890 nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB-nin 30 yanvar 2021-ci il tarixli, AZA 09333890 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə- fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 30 yanvar 2021-ci il tarixli, AZA 09333890 nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən, şikayətçinin iştirakı təmin edilmədən qəbul edildiyindən şikayət əsaslıdır Belə olan halda məhkəmə hesab edir ki, X13 barəsində 30 yanvar 2021-ci il tarixli, AZA 09333890 nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X10 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X13 barəsində 30 yanvar 2021-ci il tarixli, AZA 09333890 nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X13 tərəfindən verilmiş şikayət təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB-nin 30 yanvar 2021-ci il tarixli, AZA 09333890 nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X13 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci PB-nin 30 yanvar 2021-ci il tarixli, AZA 09333890 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar