Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1070/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 239-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MMC barəsində İXM-in 239-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, 01 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 103, 2023-cü il dekabr, müəssisənin istehsalat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatı aparılmamış, ətraf mühitə atılan tullantılara görə ödənişlər təmin edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 239-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 239-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş və Şəxs MMC-yə ünvanlanmış 30 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, rəhbərlik etdikləri müəssisə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar X2 rəyini almalı (1999-cu ildən-“X3 haqqında” AR qanununun qəbulundan sonra yaranan müəssisələr) və ekolojinormativ sənədlərin (“ekoloji pasport”, “Ətraf mühitə təsirlərin qiymətləndirmə sənədi”, “Atmosfer havasına zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırma sənədi”, “Təhlükəli tullantıların pasportunu”, “Sudan icazə sənədini" və s.) müvafiq qaydada hazırlanaraq X2 Agentliyi ilə razılaşdırılmasını təmin etməli və həmin sənədlərə əsasən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin aylıq uçot və hesabatını, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatları idarəyə vaxtında təqdim etməlidir. Eyni zamanda həmin məlumatlar əsasında tərtib edilmiş 2TG (hava, təhlükəli tullantılar və su təsərrüfatı) illik statistik hesabatlar isə 2023-ci ilin 25-yanvar tarixinə kimi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilərək razılaşdırılmalıdır. Həmçinin diqqətinizə çatdırılmışdır ki, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmamasına görə AR İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə vəzifəli şəxs qismində 2500-3500 manatadək məbləğdə, hüquqi şəxs qismində isə 8500-10000 manatadək məbləğdə cərimə sanksiyası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş və Şəxs MMC-yə ünvanlanmış 23 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, rəhbərlik etdikləri müəssisə tərəfindən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin illik uçot və hesabatı, o cümlədən əmələ gələn istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş “2-TG (hava, su təsərrüfat və təhlükəli tullantılar) illik statistik hesabatların növbəti il yanvarın 25-dək İdarəyə təqdim edilərək razılaşdırılması tələb olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən X3 sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş qərarların icrasının bütün hüquqi və vəzifəli şəxslər, vətəndaşlar üçün məcburi olması və uçot və hesabatları vaxtında təqdim etməyən təsərrüfat subyektləri (müəssisələr) barəsində inzibati araşdırma başlanılacağı qeyd olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 89 saylı Aktdan görünür ki, Şəxs MMC tərəfindən “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 13, 18 və 24cü maddələrinin tələblərinin pozulduğu və o cümlədən AR Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli 122 saylı Qərarının tələblərinə əməl olunmadığı müəyyən olunmuşdur. İXM-in: 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2022-ci il tarixli 308 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” xx.xx.1992-ci il tarixli 122 saylı Qərarına dəyişikliklər edilərək yeni ödəniş normativlərini təsdiq etmişdir. Həmin qərara əsasən ətraf mühitə atılan (axıdılan və yerləşdirilən) tullantılara görə hesablanmış ödənişlər hər ayın 10-dan gec olmayaraq "X3 üzrə Dövlət Fondu”na ödənilməlidir. Ödənilmədiyi təqdirdə hər gecikdirilən gün üçün ödənişin 0.1 faizi miqdarında əlavə faiz hesablanır və həmin ödənişləri ardıcıl olaraq 2 ay ödəməyən müəssisə barədə müvafiq qərar qəbul edilməsi üçün məhkəməyə müraciət olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 239-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi öz təsdiqini tapdığından, hüquqi şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8500 (səkkiz min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1070/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1070/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver