Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1073/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, "xxxx" MMC 100000,00 ABŞ Dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 100000,00 ABŞ Dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, müdafiə etdiyi hüquqi şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə AR Mərkəzi Bank tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş inzibati xəta haqqında protokol həmin Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş əsasla (inzibati xəta hadisəsinin olmaması) xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarına əsasən inzibati tənbehin tətbiq edilməsi üçün müəyyən edilmiş müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti, müharibə, epidemiya və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd olunub ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən olunmuş müddətlərdə (burada müddət yox, müddətlər yazıldığına diqqət edin) müvafiq mallar idxal edilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasma görə cərimələr tətbiq olunur. Məcəllədə dəqiq müddət göstərilmir. Belə bir müddətlər məhdudiyyəti heç bir hüquqi normativ aktda yoxdur. X4 İdarə heyətinin 28 noyabr 2017-ci il tarixli, 45/1 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarımın 4.3.1.3-cü bəndində bu barədə qeyd var. Orada, qabaqcadan ödəniş aparıldıqda, 270 (əvvəl bu rəqəm 180 idi) gün müddətində malların ölkəyə idxalı və ya ödənilmiş məbləğin geri qaytarılması tələb olunur. Əvvəla, Mərkəzi Bankın azad sahibkarlıq hüququ haqqında Azərbaycan Respublikasının Konstitusiyasının 15 və 59-cu maddələrinə qarşı çıxan qərar verməsi əsas qanunu saymamazlıqdır. İkinci tərəfdən Azərbaycan Respublulcası Mülki Məcəlləsinin 954.3-cü maddəsinə əsasən, bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz. Habelə, müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. “Banklar haqqında” Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli qanununun 36.5-ci maddəsinə əsasən, bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz. Bir daha qeyd etmək istəyirəm, heç bir qanunda 270 günlük məhdudiyyət müddəti yoxdur. Əslində, olsa idi bu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalari” haqqında 10 fevral tarixli, 1233 saylı fərmanında olmalı idi. Orada isə belə bir norma yoxdur. Hər bir halda, bu sahədə məhdudiyyətlər ancaq dövlət miiəssisələsinə qoyula bilər. Mərkəzi Bank ‘'Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında” qanununa əsasən fəaliyyət göstərir. Həmin qanunun 22.0.17-ci maddəsində qeyd olunub ki, “Mərkəzi Bank normativ xarakterli aktlar təsdiq edir”. Deməli, Mərkəzi Bankın təsdiq etdiyi qaydalar normativ hüquqi akt deyil, normativ xarakterli aktdır, yəni ancaq xarakterinə görə normativ hüquqi akta oxşayır. “Normativ hüquqi aktlar haqqında”kı Konstitusiya Qanunda (maddə 1.0.3) qeyd olunur ki, normativ xarakterli akt məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən rəsmi sənəddir. Yəni, hamı üçün məcburi davranış qaydaları deyil. Bir az da acıqlama versək, deyilir ki, Mərkəzi Bank (və digərləri) normativ hüquqi aktla ancaq öz tabeçiliyində olan, struktur bölmələri üçün qaydalar yarada bilər. Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun digər 4.2-ci maddəsində isə qeyd olunur ki, “Normativ xarakterli aktların icra olunmasına görə məsuliyyət müəyyən oluna bilməz”. Deməli, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bankın normativ xarakterli hüquqi aktı əsasında cərimə protokolları tərtib etməsi Konstitusiya Qanununun kobud surətdə pozulmasıdır. Eyni zamanda, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun başqa bir, 4.3-cü maddəsinə əsasən “Normativ xarakterli aktlar müvafiq normativ akt əsasında qəbul edilməlidir və onun normasına əsaslanmalıdır”. X5 bəhs olunan qaydarı yaradarkən heç bir akta əsaslanmamışdır. Çünki, əsaslanmağa belə bir akt yoxdur. Daha doğrusu, Prezidentin “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi haqqında” yuxarıda qeyd olunduğu kimi, fərmanına əsaslanmalı idi, lakin orada belə bir norma yoxdur. İdxalixrac qaydaları Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında”kı 609 saylı, 24 iyun 1997-ci il tarixli fərmanı ilə təsdiqlənmişdir. Həmin qaydaların “İdxalda hesablaşmalar” bölməsində (13-cü bənd) belə norma, yəni 270 gün və ya hər hansı müddət nəzərdə tutulmayıb. Əgər tutulsaydı, liberallaşdırma sözü fərmanın adından çıxarılmalı idi. Nəticədə, X6 heyətinin qərarı, nəinki bu qaydalara əsaslanmır, hətta ona qarşı çıxır. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsindəki, müddətlər sözü barəsində yuxarıda qeyd edilmişdir. Maddədə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən olunmuş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, ödənilmiş valyuta geri qaytarılmadıqda cərimələr nəzərdə tutulur. Müəyyən olunmuş müddətlər dedikdə, müqavilədəki hissə-hissə idxal müddətlərindən bəhs olunur. Belə olmasaydı, müddətlər yox, müddət yazılardı.“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli, 96-VG nömrəli Qanununun tətbiqi haqqında 15 fevral 2016-cı il tarixli, 795 saylı və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında”kı Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli fərmanının tələblərinə müvafiq olaraq, həmin məcəllənin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati işlərə, bu işlər üzrə inzibatı icraatı başlamış Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılır. Yenə də qeyd etmək lazımdır ki, burada söhbət müqavilədəki müddətin ötməsindən gedir. Başqa cür ola bilməz, əgər olsa idi bu İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə zidd olardı. Belə ki, Məcəllənin bu maddəsinə əsasən yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibatı xətanın törədilməsində təqsirli hesab edilən və inzibatı xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkəti və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Mal almaq üçün xarici şirkətə pul ödəmək təqsirli hərəkət sayıla bilməz. Heç pulun müqabilində malın 270 gündən bir gün gecikmə ilə gəlməsində də, ödəyəni təqsirli saymaq ağlabatan deyil. Çünki burada mal satanın təqsirindən başqa digər hallar, məsələn daşıyıcının təqsiri, fors-major (qarşısıalınmaz təbiət hadisələri, sel, zəlzələ, yanğın, müharibə, epidemiya və ya satanın ölkəsində qiyam və s.) halları ola bilər. Bu hadisələrdə satıcının təqsiri olmadığından, onun inzibati məsuliyyətə cəlb olunması absurddur. Bildiyiniz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsdir və onun nizamnaməsi Prezidentin 10 mart 2016-cı il tarixli, 828 saylı fərmanı ilə təsdiqlənib. Nizamnamənin 1.1-ci maddəsində Palatanın hansı məqsədlərlə yaradıldığı sadalanmışdır. Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə yaradılıb. Ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət. Aydındır ki, burada xaricdən mal almaq üçün olan ödənişdənmi söhbət getmir, elə olsaydı daxili ödənişlərə də tətbiq olunmalı idi. Digər bəndlərin isə alqı-satqıya heç bir aidiyyatı yoxdur. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılması dedikdə artıq cinayətdən bəhs olunur, inzibati xətadan yox. Belə olan halda, deməli nizamnamədən kənara çıxılır, bu isə qanun pozuntusudur. ’‘Publik hüquqi şəxslər haqqında” 97 VQ saylı, 29 dekabr 2015-ci il tarixli qanunda qeyd olunur ki, publik hüquqi şəxs dövlət və bələdiyyə orqanı olmayan təşkilatdır və o yalnız nizamnaməsində nəzərdə tutumuş fəaliyyətlə məşğul ola bilər. (2.2 və 2.5-ci maddələr) Məlum məsələdir ki, xaricə pul, əvəzində mal almaq və ya qaytarmaq məqsədi olmadan köçürülərsə, gömrük rüsümü ödənilməlidir. Bundan yayınma hallarının qarşısının alınması dövlətin marağındadır. Ancaq, bu maraq qanunların pozulması, sahibkarın fəaliyyətini məhdudlaşdırılması yolu ilə olmamalıdır. Sahibkarın satıcı ilə bağladığı müqavilədəki müddətlərə əməl edib-etməməsinə baxıla bilər. Hər halda, sahibkarın rüsumdan yayınmaq məqsədi, məhkəmədə sübuta yetirilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında protokol tərtib edənin nümayəndəsinin iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi mövcud olsa da, bu hal fors major hallara əsasən hüquqi şəxsdən asılı olmayan səbəbərdən yaranmışdır. Bu isə inzibati xəta tərkibini istisna edir. İş materiallarında olan Ukrayna Ticarət və Sənaye Palatasının xx.xx.2022-ci il tarixli, 2024/02.0-7.1 saylı məktubdan görünür ki, Ukrayna Ticarət-sənaye palatası (bundan sonra Ukrayna TSP) xx.xx.1997-ci ii tarixli 671/97-BP saylı "Ukraynada ticarət-sənaye palatası barədə" Ukrayna Qanununun 14, 141 maddələrinə əsasən bununla fors-major halları (qarşısıalınmaz qüvvə hallarını) Ukrayna Prezidentinin 24 fevral 2022-ci il tarixli 64/2022 saylı "Ukraynada hərbi vəziyyətin tətbiq edilməsi barədə" Fərmanına müvafiq olaraq 24 fevral 2022-ci il saat 05:30-dan etibarən 30 günlük hərbi vəziyyətin tətbiq edilməsi üçün əsas olan Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi aqressiyasını təsdiq edir. Bunu nəzərə alaraq Ukrayna TSP təsdiq edir ki, 24 fevral 2022-ci ildən rəsmi şəkildə bitdiyi tarixə qədər qeyd edilən hallar təsərrüfat fəaliyyəti subyektləri və/və ya müqavilə üzrə fiziki şəxslər üçün fövqəladə, dönməz və obyektiv haldır, ayrı vergi və/və ya digər öhdəlik/vəzifədir, həmin fors-major halların yaranması nəticəsində baş verən həmin halların müqavilənin, kontraktın, əqdin, qanunvericilik və ya digər normativ aktların şərtlərinə müvafiq olaraq müəyyən edilmiş müddət ərzində yerinə yetirilməsi imkansızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarından görünür ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1073/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1073/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver