Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1076/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 06 iyun 2019-cu il tarixli qərarı ilə İXM-nin 346.1-ci maddəsi ilə barəmdə elektron cərimə tətbiq edilərək sistemə yerləşdirilmişdir. 2025-ci ilin yanvar, fevral və mart aylarında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) rəsmi müraciətlər edərək “Mercedes Benz” markalı, **-LK-*** d.q.n. nəqliyyat vasitəsinə 2019-cu il tarixdə tətbiq edilərək icra müddəti keçmiş elektron qərarların İXM-nin 146.1-1-ci maddəsinə əsasən icrasına xitam verilməsini və cərimələrin sistemdən silinməsini xahiş etməklə elektron poçt vasitəsi ilə Elektron ünvan elektron ünvana rəsmi müraciətlər göndərimişdir. Belə ki, İXM-nin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Bildirir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən 2019-cu ildə barəmdə İXM-nin 346.1 və 346.2 maddələri ilə cəmi 6 elektron cərimə qərar çıxarılaraq həmin vaxt sistemə yerləşdirilmişdir. Elektron müraciətləri əsasında 6 qərardan 3 qərar sistemdən silinmiş, digər 3 qərarla bağlı şikayətlə müraciət edilərkən baxılacağı bildirilmişdir. Buna görə də hazırda Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 06 iyun 2019-cu il tarixli qərarın icrasına xitam verilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hərəkətləri Qanunvericiliyin tələblərinə ziddir. Odur ki, ərizəsi təmin edilməli, “Mercedes Benz” markalı, **-LK-*** d.q.n. nəqliyyat vasitəsi etibarnamə əsasında idarə edərkən barəsində İXM-nin 346.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında BNA ******* saylı, 06 iyun 2019-cu il tarixli elektron qərarın icra müddəti keçdiyindən onun icrasına xitam verilməlidir. Qərarından şikayət verilən orqan və şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Həmin Məcəllənin 142.3-cü maddəsinə əsasən qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması barədə qərardad qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə bu barədə müvafiq qeyd aparılmaqla verilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən bu məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Bundan əlavə Məcəllənin 146.1-1-ci bəndinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İş materiallarından görünür ki, X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar icra olunmamış, qərarın qanunvericiliklə müəyyən olunmuş icra müddəti də keçmişdir. İXM-nin 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə qərarın icrasına xitam verir. İXM-nin 145.2-ci maddəsinə əsasən isə İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Odur ki, məhkəmə işin hallarını, habelə qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, X1 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni qüvvəyə mindiyi gündən 5 (beş) ildən artıq müddətində icra edilmədiyindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 145-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətin keçdiyini nəzərə alaraq həmin qərarın icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1076/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1076/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver