Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1083/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi X11 o katibliyi ilə, Şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 nümayəndəsi və vəkili X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Əmək və X7 Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə MN1870067 nömrəli inzibati tənbeh vermə barədə qərar ilə X4 barəsində 2000 manat cərimə tətbiq edilmişdir. X8 Xidməti tərəfindən qəbul edilmiş həmin qərarla razı olmadığımı bildirir və İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş şikayət hüququmuzdan istifadə edərək həmin qərarı məhkəmədə mübahisələndirirlər. Qərar onunla əsaslandırılmışdır ki, vətəndaş X3 müddətli əmək müqaviləsinin müddətinin qutardığı tarix xx.xx.2025-ci il olmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Göstərilənlərə əsasən, "xxxx" QSC-nin direktoruna vəzifəli şəxs kimi 2000 (iki min) manat cərimənin tətbiq edilməsi barədə qərar alınmışdır. Hörmətli məhkəmə, X10 xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi ilə "xxxx" QSC-nin X9 çilingər vəzifəsində işə başlamışdır. Əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdir. İşçi həmin əmək müqaviləsinə 2025-ci ilin yanvar ayının 30-na qədər davam etmişdir. "xxxx" QSC-nin 10 dekabr 2024-cü il tarixli “Əmək müqaviləsinin müddətinin bitməsi barədə” xəbərdarlıq məktubu ilə xx.xx.2024-cü il tarixdə İmanov Kamran. tanış olmuş və bunu öz imzası ilə təsdiq etmişdir. Həmin məktubun məzmunundan aydın olur ki, İmanov Kamrana əvvəlcədən müddətli əmək müqaviləsinin ləğvi barədə məlumat verilmişdir. Əmək müqaviləsinin ləğvi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə, əsasən, 28 yanvar tarixdə əmək müqaviləsinin tarixinin bitməsi səbəbindən, 30 yanvar tarixində əmək müqaviləsinə xitam veriləcəkdir. Belə ki. Əmək Məcəlləsinin 8-ci maddəsi və 73-cü maddələri müəyyən olunmuş müddətlərin hesablanması qaydasını və müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyir. Məcəllənin müvafiq maddələrindən aydın olur ki, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə isə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Əmək Məcəlləsinin müvafiq maddələrinin təhlilindən aydın olur ki, xx.xx.2021-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmiş, əmək müqaviləsinə 1355/1 saylı dəyişikliklə bu əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 2 ay üddətinə bağlanılmış və tərəflər etiraz etmədiyi üçün müddət uzanmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda isə işəgötürən işçiyə kifayət qədər əvvəldən məlumat vermiş və İmanov Kamran müddətli əmək müqaviləsinin ləğvindən 1 aydan artıq müddət öncə məlumatlı olmuşdur. İmanov Kamran ilə bağlanılmış müddətli əmək müqaviləsinin başlanması və bitməsinə nəzər yetirdiyimiz zaman isə, əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanıldığından Əmək Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən yəni, xx.xx.2021-ci il tarixdən başlayır. Əmək müqaviləsinə 1355/1 saylı dəyişikliklə isə tərəflərin qarşılıqlı razılığı ilə bu əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanıldığından müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən yəni, xx.xx.2021-ci il tarixdən başlayır. Beləliklə müqavilənin müddəti aylarla ölçüldüyü üçün müddətlərin tərəflərin etiraz etməməsi səbəbindən uzadıldığı dövrlər əmək müqaviləsinə edilmiş dəyişiklik də nəzərə alınaraq müəyyən olmuşdur: xx.xx.2021 - xx.xx.2021,xx.xx.2021 xx.xx.2022, xx.xx.2022- xx.xx.2022, xx.xx.2022- xx.xx.2022, xx.xx.2022 - xx.xx.2022, xx.xx.2022 - xx.xx.2022, xx.xx.2022 - xx.xx.2022, xx.xx.2022-xx.xx.2023, xx.xx.2023 xx.xx.2023, xx.xx.2023 -xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023 -xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024xx.xx.2024,xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-29.1 1.2024, xx.xx.2024-xx.xx.2025. Qeyd olunmuş müddətlər ardıcıllıqla ona görə göstərilmişdir ki, sonuncu müddətin sonuncu günü yanvar ayının 29-u Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçirilən tarixə təsadüf etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 27 noyabr 2024-cü il tarixli 49/238 saylı qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 29 yanvar 2025-ci il tarixinə təyin edilmişdir. Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü hissəsinə əsasən, əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Həmin tarix AR MSK-nin qeyd edilən qərarı ilə iş günü hesab edilmədiyi üçün işəgötürən də 30 yanvar 2025-ci il tarixdə əmək müqaviləsini ləğv edilməsi barədə ənri imzalamışdir. Eyni zamanda Əmək Məcəlləsinin 83-cü maddəsində müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydalarına riayət edərək, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilmişdir. Qeyd edilir ki. müddət axımı düzgün müəyyən edilərək işçiyə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin imzalandığı gün, yəni 30 yanvar 2025-ci il tarixi də son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) hesablanarkən nəzərə alınmış və işçiyə ödənilmişdir. Hesab edirlər ki, qeyd edilənlərə əsasən X8 Xidmətinin Bakı Şəhər İdarəsinin tətbiq etdiyi cərimə əsassız və qanunsuzdur, buna görə də ləğv edilməlidir. Odur ki, Əmək və X7 Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixdə MN1870067 nömrəli inzibati tənbeh vermə barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili X6 şikayətə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, hüquqi şəxs barəsində də eyni məsələ ilə bağlı tərtib edilmiş protokol üzrə icraata xitam verildiyini bildirmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə qeyd edilən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN1870067 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 "xxxx" QSC-nin X9 “çilingər” vəzifəsinə işə götürülmüşdür. İşçinin işə başlama tarixi xx.xx.2021-ci il qeyd olunmuşdur. "xxxx" QSC tərəfindən X5 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, onunla bağlanmış xx.xx.2021-cü il tarixli 1355 nömrəli əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdə bitməsi ilə əlaqədar həmin əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi bildirilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" QSC tərəfindən X3 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8.2-ci maddəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddədə həmin əsaslardan biri kimi əmək müqaviləsinin müddətinin qurtarması qeyd edilir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər o vaxt yaranmış, mövcud olmuş ola bilər ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyini təsdiq edən sübut və dəlillər olsun və ən əsası pozulması istinad edilən həmin bu tələblər birbaşa Azərbaycan Respublikasının Əmək Məcəlləsində öz əksini tapmış olsun. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən isə müəyyən olunur ki, "xxxx" QSCdə xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən “çilingər” vəzifəsində çalışan X3 əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, eyni zamanda işçiyə bununla bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından "xxxx" QSC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda məhkəmə qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1083/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1083/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver