Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1085/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 17ci PŞ-nin polis sahə inspektoru Seyran Canəliyevin, zərərçəkmiş şəxs X3, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Ramin Qurbanovun 26 aprel 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin Nərimanov RPİ-nin 17-ci PŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru Seyran Canəliyev tərəfindən MN seriyalı ******* nömrəli, 05 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 09.04.2021-ci il tarixdə saat 12:30 radələrində Nərimanov rayonu, 4 saylı trestin həyətində yerləşən mənzildə X5 qarşı dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin polis sahə inspektoru Seyran Canəliyev protokolda qeyd olunanlara uyğun çıxış edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin avqust ayında anası uzaq qohumu olan Nəzakət adlı qadının Bahar adında qızının olduğunu demiş və sonuncunun şəklini ona göstərmişdir. O, Baharın şəklini görərək bəyəndiyindən valideynləri Nəzakətin yaşadığı ünvana elçi getmişlər. Nəzakət “hə” cavabı verdiyindən Baharı onunla nişanlamışlar. Bundan sonra Bahar onların yaşadığı ünvana gələn zaman anası Afət 18 ay əvvəl onun adına aldığı 800 manat dəyərində brliyant qaşları olan qızıl üzüyü Baharın barmağına taxmışdır. Daha sonra Nəzakətlə aralarında avtomobilin satışı səbəbindən yaranan mübahisələr səbəbindən o, nişanı qaytarmaq qərarına gəlmişdir. 2020-ci ilin dekabr ayında qız evinin ona verdiyi üzüyü götürüb Nəzakətin yaşadığı ünvana getmiş və üzüyü Nəzakətə qaytarmışdır. O, Nəzakətdən Bahara verdikləri brillyant qaşlı qızıl üzüyün qaytarılmasını istəmiş, Nəzakət üzüyün evdə olmadığını, yaxın günlərdə üzüyü qaytaracağını demişdir. 2021-ci ilin mart ayının ortalarında Nəzakət onların yaşadığı evə gələrək Bahara verdikləri üzüyü qardaşının yoldaşına verərək getmişdir. 08.04.2021-ci il tarixdə anası Nəzakətin gətirdiyi üzüyü lombarda qoyub pul götürmək məqsədi ilə Nizami rayonu Q.Qarayev prospekti Neftçilər metrostansiyasının yaxınlığında yerləşən lombarda getmiş, üzüyü lombarda təqdim edən zaman orada işləyən qadın üzüyün gümüş olduğunu bildirmişdir. Anası bu barədə ona bildirmiş, o da öz növbəsində Nəzakətə zəng vuraraq üzüyün dəyişdirilməsi barədə demişdir. Nəzakət hazırda rayonda olduğunu, üzüyü dəyişmədiyini, anası ilə söhbət etmək istədiyini bildirmişdir. 09.04.2021-ci il tarixdə saat 12:30 radələrində evdə olan zaman Nəzakət onların yaşadığı ünvana gəlmiş, anası Afət Nəzakətə üzüyü dəyişdiyini, ona verdikləri üzüyün əslinin qaytarılmasını tələb etmişdir. Həmin vaxt Nəzakət səs-küy salmağa başlamış, o Nəzakətin sağ qolundan tutaraq mənzildən çölə çıxartmışdır ki, səs-küy salmasın. Nəzakət dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, 2020-ci ilin avqust ayında uzaq qohumu Afətin oğlu Sahib adlı şəxs üçün qızı X8 evlənmək üçün elçi gəlmişlər. O, “hə” deyərək qızını Sahibə nişanlamışdır. Bundan sonra Afət özünün yaşadığı Nərimanov rayonu, Z.Bünyadov prospekti “Hyundai” mərkəz ofisinin yaxınlığında yerləşən mənzilində 1 ədəd üzərində parıltılı qaşlar olan üzüyü qızı Baharın barmağına taxmışdır. Bir müddət onlar Afətin ailəsi ilə normal münasibətdə olsalar da, lakin 2021-ci ilin yanvar ayından Bahar ilə Sahib arasında yaranan soyuq münasibətlər qohumlar arasında söz-söhbətlərin yaranmağına səbəb olmuş və sonda 2021-ci ilin fevral ayında Afətin oğlu Sahib onun üçün aldıqları “Alyans” qızıl üzüyünü gətirərək ona qaytarmışdır. Həmin vaxt Afətin ona 2000 manat pul borcu olduğundan onların qızına verdiyi üzüyü Afətə qaytarmamışdır. 2021-ci ilin fevral ayının son günlərində o, Afətin yaşadığı ünvana getmiş və qızına verdikləri nişan üzüyünü onlara qaytarmışdır. Afət də ona olan 2000 manat pul borcunu qaytarması məqsədi ilə hər ay 60 manat pul çıxartmaq üçün plastik kart vermişdir. O da həmin kartdan hər ay 60 manat pul çıxartmışdır. 08.04.2021-ci il tarixdə keçmiş kürəkəni Sahib ona zəng vuraraq onlara qaytardığı nişan üzüyünün saxta olduğunu demişdir. O, Afətə zəng vuraraq üzüyün saxta olub-olmaması barədə soruşduqda Afət nalayiq ifadələrlə onu təhqir etmiş və həmin nişan üzüyünün onun tərəfindən dəyişilməsi barədə bildirərək onu günahlandırmışdır. 09.04.2021-ci il tarixdə o, məsələyə aydınlıq gətirmək üçün Afətin yaşadığı ünvana getmiş, həmin ünvanın qapısının açıq olduğundan evə daxil olmuşdur. O, Afətlə oturub söhbət edən zaman onların verdiyi üzüyün onun tərəfindən dəyişdirilmədiyini, onların üzüyü aldığı mağazaya gedərək bu barədə soruşmasını istəmişdir. Həmin vaxt Sahil otaqdan çıxaraq onun evi tərk etməyini tələb etmiş və əli ilə onu itələmişdir. Sahilin qardaşı Sahib isə onun sağ qol nahiyəsindən tutaraq zorla evlərindən çölə çıxartmışdır. Bundan sonra Afətin ailə üzvləri onu nalayıq ifadələrlə təhqir etmişlər. O, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Əlavə olaraq bədən xəsarəti olduğundan məhkəmə tibbi müayinədən keçmək istədiyini qeyd etmişdir. Sonda zərərçəkmiş şəxs X2 Sahib Yusif oğlunun barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində müdafiəçi Vəkil çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26.04.2021-ci il tarixli Raportdan görünür ki, 09.04.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ünvan 1 ünvanında yaşayan X7 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, eyni zamanda Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət edərək, qeyd edilən tarixdə saat 13 radələrində Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti 4 saylı Trestin həyətində yerləşən evdə olan zaman qohumu Sahib adlı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Sahib adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyinin 212 saylı, 12.04.2021-ci il tarixli rəyindən görünür ki, vətəndaş X4 aşkar edilmiş xəsarətlər-sol ənsə nahiyəsinin, sağ bazunun, döş qəfəsinin ön səthinin qançırları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 09.04.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Ramin Qurbanov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 aprel 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, hadisəni törədən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin 17-ci PŞ-nə göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatı ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatını inandırıcı hesab etmir və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi nəticəsinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1085/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1085/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver