Məhkəmə qərarları › İş №3(005)-1085/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1085/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1085/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Şikayət vermiş şəxs X2 Şimalı Ərazi Baş Gömrük İdarəsinin 21 fevral 2023-cü i tarixli, 01400/01410 saylı inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X2 Şimalı Ərazi Baş Gömrük İdarəsinin 21 fevral 2023-cü i tarixli, 01400/01410 saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin 21 fevral 2023-cu il tarixli, 01400/01410 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 483-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə qörə, İXM-nin 483-cu maddəsi ilə inzibatı xətanın bilavasitə obyekti olan 4384,45 ABŞ dolları (7453,56 manat) məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 3726,78 AZN (uc min yeddi yüz iyirmi altı manat əlli altı qəpik) məbləğində cərimə tənbeh növü tətbiq edilməsi, Azərbaycan Respublikası vətəndaşı X3 xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi 4384,45 ABŞ dolları (7453,56 manat) məbləğində vəsaiti onun barəsində qəbul olunmuş qərarın qəbul edildiyi 21 02.2023-cu il tarixdən etibarən müvəkkil olunmuş bank hesabına köçürülməsinin təmin edilməsi, Azərbaycan Respublikası vətəndaşı X5 oqlu tərəfindən 4384,45 ABŞ dolları (7453,56 manat) məbləğində vəsaitin xx.xx.2023-cü il tarixdən etibarən müvəkkil olunmuş bank hesabına köçürülməsinə nəzarəti Şimal Ərazi Baş Gömrük idarəsi, Gömrük Əməliyyatları İdarəsi, Gömrük Prosedurları və Ödənişləri Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilir: “Faktla bağlı xx.xx.2023-cu il tarixdə VAİS-ə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin "Hesabat və təhlillər" alt bölməsindəki "Konsiqnasiya üzrə hesabat" siyahı sorqğusu əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan - X1 Ərazi Baş Gömrük idarəsində ixrac qömrük prosedurunda rəsmiləşdirməklə **********4950 saylı xx.xx.2020-ci il tarixli, **********4112 saylı xx.xx.2020-ci il tarixli, **********1091 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri üzrə ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan 4364,45 ABŞ dollar (7453,56 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Beləliklə, X1 Ərazi Baş Gömrük idarəsində ixrac qömrük prosedurunda rəsmiləşdirməklə **********4950 saylı xx.xx.2020-ci il tarixli. **********4112 savlı xx.xx.2020-ci il tarixli, **********1091 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri üzrə ixrac olunmuş yüklərin müqabilində qaytarılmalı olan 4384,45 ABŞ dolları (7453,56 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsi təmin etməmişdir”. Aşağıda qeyd etdiyim sübut və dəlilərə əsasən hesab edirəm ki, barəmdə tərtib edilmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin 21 fevral 2023-cu il tarixli, 01400/01410 saylı inzibati tənbeh vermə haqqında qərarı əsasız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlisini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şimalı Ərazi Baş Gömrük İdarəsinin EP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 4384,45 ABŞ dolları (7453,56 manat) məbləğində valyutanın dəyərinin 50 (əlli) faizi, yəni 3726,78 AZN (üç min yeddi yüz iyirmi altı manat əlli qəpik) məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi və səlahiyyətli orqanın nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində törədilmişdir. Bununla da, həmin hadisənin törədildiyi vaxtdan bir ildən artıq vaxt keçdikdən sonra, yəni İXM-nin 38-ci maddəsində müəyyən edilmiş inzibati məsuliyyətə cəlbetmə müddəti keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə şəxs inzibati məsuliyyətə cəlb edilmişdir, bununla da qanunun tələbi pozulmuşdur. Çünki qeyd edilən halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X2 Şimalı Ərazi Baş Gömrük İdarəsinin 21 fevral 2023-cü il tarixli, 01400/01410 saylı inzibati tənbeh haqqında qərarın inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib 3726,78 AZN (üç min yeddi yüz iyirmi altı manat əlli qəpik) məbləğində cərimə edilməsinə dair Şimalı Ərazi Baş Gömrük İdarəsinin 21 fevral 2023-cü i tarixli, 01400/01410 saylı inzibati tənbeh haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar