Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1091/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X4, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X14 baş inspektoru X2, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X14 inspektoru X5 iştirakları ilə, X6 barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X14 tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X14 tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixində 16:50 radələrində Bakı şəhəri, Nərimanov rayon Azadlıq prospekti ilə Toyota **-CZ-*** markalı avtonəqliyyat vasitəsi ilə hərəkət edərkən sağa Nəcəf Nərimanov küçəsinə dönmüş və təxminən 50-100 m sonra sola dönmə işarəsini yandıraraq həyətə giriş etmək istəyəndə, həmin zaman qəflətən idarə etdiyi avtomobili arxadan gələn **-MZ-*** dövlət qeydiyyat nişanlı BMW markalı maşın sürətlə gələrək maşınına xəsarətlər yetirərək (arxa sol qapı, qabaq qapı, arxa qanad, qabaq qanad və sayrı xəsərətlərlə) avtonəqliyyatını vurur. Hadisə yerinə Nərimanov Rayon Dövlət Yol Polis şöbəsi **-YP-*** dövlət qeydiyyat nişanlə nəqiliyyat çağrıldı və sığorta şirkəti gəldi. xx.xx.2024-cü il tarixdə X11 Polisində izahatı vermiş və xx.xx.2024-cü ildə ona protokol tərtib olundu, zəng edib protokolun nəyə görə ona yazıldığını öyrənəndə "dönmə işiğinin" yanmamasını səbəb olaraq göstərdilər, lakin həyətə girərək o dönmə işiğını yandırmış və bunuda Nərimanov Rayon Dövlət Yol Polis şöbəsinin işçisinə bildirmişdir. Hadisə yerindən bununla bağlı video görüntü belə eldə etmiş və o görüntünü Nərimanov DYPŞ- na təqdim etmişdir, lakin ona baxmayaraq protokolu ləğv etmədilər. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X6 şikayətə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib olunmuş qərar qanunsuz olduğundan ləğv edilməli və barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X14 inspektoru X3 qərarı müdafiə edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X14 baş inspektoru X9 bildirmişdir ki, xx.xx.2024-cü il tarixində X6 idarə etdiyi “X13” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən avtomobilinin sola dönmə işığını yandırmış, lakin gözləmədən təhlükəsizliyi təmin etmədən sola dönmə əməliyyatını həyata keçirmişdir. Bununla bağlı müvafiq görüntüləri məhkəməyə təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X14 tərəfindən tərtib olunmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə təqdim edilmiş DVD diskdəki görüntüdən görünür ki, xx.xx.2024-cü il tarixində X6 idarə etdiyi “X13” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən sola dönmə əməliyyat qaydalarının tələblərini pozmuşdur. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 5ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qanunun 51-ci maddəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, qeyd edilənlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Belə ki, inzibait protokolu tərtib etmiş şəxsin məhkəməyə təqdim etdiyi DVD diskdəki görüntüsündən görünür ki, xx.xx.2024-cü il tarixində X6 idarə etdiyi “X13” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən manevr etmə qaydalarını pozmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nın inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X4 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X14 tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol əsasında xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X14 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1091/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1091/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver