Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1091/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayətçi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin direktoru X7 nümayəndəsi X2 , Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X10 iştirakları ilə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin direktoru X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin direktoru X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi «Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin« direktoru X12 bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində 3700 (üç min yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarda qeyd edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Daşkəsən rayonu Kəmərqaya kəndində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən direktor vəzifəsi üzrə işlərin (xidmətlərin) görülməsinə cəlb olunduğu müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsində nəzərdə tutulan inzibati xəta, yəni “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” inzibati xətası törədildiyi qeyd olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmiş, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar nəzərə alınmamışdır: 1. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarda qeyd olunan inzibati xətanın törədilməsində onun təqsiri yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta, yəni “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” inzibati xətası qəsdən törədilən inzibati xətadır. X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən məktəb direktoru kimi işlərin yerinə yetirilməsinə cəlb etmək niyyəti və əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilməməsi barədə məlumatı olmayıb. O, X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə Daşkəsən rayonu F.Ələsgərov adına Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-29-69/3-137K/2024 tarixli əmr imzalamışdır. X5 vaxtlı-vaxtında və tam əmək haqqı ödənilmiş, əmək haqqından icbari ödənişlər həyata keçirilmişdir. Yəyin və vəzifədən azad etmək Agentliyin direktorunun səlahiyyətinə daxildir. Bu da o deməkdir ki, ölkənin müxtəlif şəhər, rayon, kənd və qəsəbələrində fəaliyyət göstərən 5200 sayda məktəbəqədər, məktəbdənkənar və ümumi təhsil müəssisələrinin rəhbərləri ə əmək müqavilələrinin, bağlanması, ona dəyişiklik edilməsi vəxitam verilməsi Agentliyin direktoru olaraq mənim tərəfimdən həyata keçirilir. Bu da əmək müqavilələrinin Dağlanmasının və elektron informasiya sisteminə daxil edilməsinin tərəfimdən birbaşa həyata keçirilməsi imkanını məhdudlaşdırır. Mövcud praktikaya görə əmək müqaviləsinin bağlanmasının və elektron informasiya sisteminə daxil edilməsinin təşkil edilməsi məsul əməkdaşlar tərəfindən həyata keçirilir. Əmək müqaviləsi imza üçün ona təqdim edilir və tərəfindən imzalanır. Hazırki halda Gəncə- Daşkəsən Regional İdarəsi və Agentliyin aparatının məsul əməkdaşları tərəfindən əmək müqaviləsinin bağlanması səhlənkarlıq nəticəsində unudulmuş və əmək müqaviləsi imza üçün ona təqdim edilməmişdir. 2. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə müəyyən edilmiş hüquqi məsuliyyət qeyri-formal məşğulluğun və işçilərin hüquqlarının pozulmasının qarşısının alınması məqsədi daşıyır. Dövlət büdcəsindən maliyyələşən təhsil müəssisəsində işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmək yalnız formal xəta ola bilər. Bu da ictimai münasibətlərə qəsd hesab edilmir. Eyni zamanda, X9 xx.xx.2003-cü il tarixdən Daşkəsən rayonu F.Ələsgərov adına Kəmərqaya kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir. Yəni 21 ildən çoxdur ki, İsmayılov Zahid həmin vəzifədə çalışır. O, xx.xx.2024-cü il tarixdə dövlət dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə, yəni 65 yaşına çatmışdır. Onun dövlət təhsil müəssisəsində çalışma müddətinin xx.xx.2024-cü il tarixədək uzadılması məqsədilə xx.xx.2024-cü il tarixli 3-29-69/3- 137K/2024 tarixli əmr imzalanmışdır. Göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı olmamışdır. O, illərdir həmin vəzifədə işləyir və əmək haqqı alır. Bu fasiləsiz olaraq xx.xx.2024-cü il tarixədək davam etmişdir. Onun hər hansı hüququ pozulmamışdır. Hazırki iş üzrə əməldə (hərəkətsizlikdə) inzibati xətanın əlamətləri formal cənətdən mövcud olsa da, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd olunmamış, şəxsə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməmişdir. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar ədalətli olmamış, qanunla qorunan ictimai münasibətlərə qəsd edən əməl mövcud olmamış, əməldə inzibati xəta əlamətlərinin bütün tərkibi mövcud olmamış, qərarda qeyd olunan əməlin törədilməsində mənim təqsirim olmamış, qərarda qeyd olunan əməl mənim öz vəzifələrimin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı olmamışdır. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin direktoru X7 nümayəndəsi X6 şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X14 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qərarın ləğvi üçün əsas yoxdur. Bu səbəblə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli qərarın qüvvədə saxlanılmasını, şikayətçi «Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin «direktoru X12 şikayət ərizəsinin təmin olunmaması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, vətəndaş X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Daşkəsən rayonu Kəmərqaya kəndində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən direktor vəzifəsi üzrə işlərin (xidmətlərin) görülməsinə cəlb edilmiş, buna görə də inzibati orqanın rəhbəri X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğu üçün barələrində 3700 (üç min yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin yaranması üçün yazılı şəkildə əmək müqaviləsi bağlanılmalı, bu müqavilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. 192.1-ci maddəsinə əsasən-Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin direktoru X12 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1091/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1091/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver