Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1096/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, X3 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X5 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 19:01 radələrində Bakı şəhəri, Təbriz küçəsi ilə özünə məxsus olan **-TY-*** dövlət nömrə nişanlı “TOYOTA Prius” minik markalı avtomobillə hərəkətdə olarkən Təbriz 54 ünvanında Fərid İldırımzadə ona saxla əmri verərək, guya yol ayrıcını keçmə qaydasını pozduğunu bildirərək, barəsində protokol tərtib ediləcəyini söylədi. Həmin polis əməkdaşı guya işıqforun qırmızı işığında keçdiyini bildirdi və barəsində İXP6933097 nömrəli protokol tərtib etdi. Həmin protokolla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXP-nin) 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməklə bağlı təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Həmin vaxt o, protokolla razılaşmadığı üçün dərhal polis kapitanına bu barədə bildirmiş və inzibati xətanın nədən ibarət olması və buna dair hansı sübutunun olması ilə əlaqədar izahat verməsini tələb etmişdir. Maraqlıdır ki, polis kapitanı ona guya svetoforun qadağanedici işığında keçdiyini əsas gətirməklə, sarı işığın qadağanedici işıq olduğunu bildirdi və buna görə barəsində protokol tərtib edildiyini əsaslandırmağa çalışdı. Təəssüflər olsun ki, buna dair əlində olan hər hansısa fotoşəklin və ya video görüntünün olub-olmaması barədə ona sübut təqdim edə bilmədi. Bundan sonra o, polis kapitanına “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsində nəzərdə tutulan normaları xatırladaraq, əslində sarı işıqda deyil, yaşıl işıqda keçdiyini, sarı işıq olsa belə bəzi istisna hallarda sarı işıqda da hərəkətin mümkün olduğunu xatırlatmışdır. Bundan sonra o, həmin polis kapitanı ilə mübahisənin mənasız olduğunu bilərək, bu halın mübahisəli olduğunu və hal şahidlərinin cəlb edilməsini xahiş etsə də, polis kapitanı bununla da razılaşmadı və hazırki şikayət ərizəsi ilə mübahisələndirdiyi qərarı ona təqdim edərək orada iradın bildirilməsi üçün qeyd etməyinə imkan vermədən ərazidən uzaqlaşdı. Bu səbəbdən də o, xx.xx.2025-ci il tarixli İXP6933097 nömrəli protokoldan və həmin protokol əsasında tərtib edilən xx.xx.2025-ci il tarixli TP7099146 saylı qərardan hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Artıq yuxarıda da qeyd etdiyi kimi barəsində tərtib edilən protokolda göstərilən maddə ilə razı deyil və svetoforun qadağanedici işığında keçməmişdir. Qeyd edilənlərdən də görünür ki, o, heç bir inzibati xəta törətmədiyi halda məsuliyyətə cəlb edilmişdir. Hətta protokola nəzər salınsa, görünər ki, orada inzibati xətanın hansı vasitələrlə aşkara çıxarılması ilə bağlı qeyd hissəsi və hal-şahidi hissəsi də boşdur. Bununla polis serjantı elektron vasitənin dövlət standartlarına cavab verib-vermədiyini gizlətməyə çalışmış və barəsində əsassız tədbir görmüşdür. Şikayət vermiş şəxs və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarının məhkəmə iclasında qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında saat 19:01-də X1 qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə cərimə edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir və səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1096/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1096/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver