Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1102/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN ******* saylı, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, icra sənədinin icrası borclu Şəxs tərəfindən üzrsüz olaraq icra olunmamışdır. Ünvanına bildiriş, xəbərdarlıq və sair göndərilməsinə baxmayaraq qanunvericiliyin tələblərinə biganə yanaşılmışdır. Protokola əlavədən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-68/2024 saylı, xx.xx.2024-cü il tarixliicra sənədinə əsasən cavabdeh Şəxsndən 52.060 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş mediasiya xərcinin əvəzi 400 manat olmaqla, ümumilikdə 52.960 (əlli iki min doqquz yüz altmış) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh Şəxsndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab Ns AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir. İcra sənədinin icrası üzrsüz səbəbdən icra olunmamışdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına (icra məmuru Sevinc Qurbanova) daxil olmuş, həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icrası barədə bildiriş borclu Şəxsnə, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Tələb könüllü təmin edilmədiyindən borclu hüqiqi şəxsin əmlak vəziyyəti öyrənilmiş, lakin onda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu hüquqi şəxsin direktoru X3 ərizə ilə şöbəyə müraciət edərək məhkəmə qərarında tələb olunan borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Məsələ ilə bağlı olaraq Şirvan Kommersiya Məhkəməsinə sorğu göndərilmişdir. Borclu hüquqi şəxsin direktoru X3 ərizə ilə şöbəyə müraciət edərək məhkəmə qərarında tələb olunan borcun hissə-hissə ödənilməsinə dair ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Məsələ ilə bağlı olaraq Şirvan Kommersiya Məhkəməsinə sorğu göndərilmişdir. xx.xx.2025-ci il tarixdə daxil olmuş Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadına əsasən müəyyən edilmişdir ki, borclu tərəfindən verilmiş borcun hissə-hissə ödənilməsinin rədd edilməsinə dair Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verilmiş apeilyasiya şikayəti təmin edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu tərəfindən heç bir ödəniş edilmədiyindən elektron icra sistemi üzərindən borclu hüquqi şəxsin adına yalnız bank hesabları aşkar edildiyindən hesabların üzərinə xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərdə inkasso sərəncamları göndərilmişdir. Banklar tərəfindən müvafiq cavablar (53160 manat məbləğə həbsin qoyulması, icraya qəbul edilməsi) verilsə də, hesablarda pul vəsaitinin olmadığı aşkar edilmişdir. İcra sənədinin icrası ilə bağlı borcluya məxsus əlaqə nömrəsinə borclu hüquqi şəxsin direktoru X2 xx.xx.2025-ci il tarixdə zəng edilərək, şöbəyə dəvət edilmişdir. İcra sənədinin icrasının təmini məqsədilə borclu Şəxsnə icra məmurununun qanuni tələblərini yerinə yetirmədiyinə görə xx.xx.2025-ci il tarixdə inzibati protokolun veriləcəyi barədə xəbərdarlıq edilmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə inzibati protokol tərtib olunacağı barədə məlumat verilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında materiallarla tanış olmaq, izahat vermək, sübutlat təqdim etmək, etiraz vermək bu və ya digər hüquqların olduğu bildirilmişdir. Həmçinin tərəfindən icra sənədinin icrası ilə bağlı bu günə kimi edilmiş və ya ediləcək hərəkətsizliklərin məhkəmə qərarının icrasına maneçilik kimi qiymətləndiriləcəyi və bu hərəkətsizliklərin məhkəmə qərarının icrasına maneçilik kimi qiymətləndiriləcəyi və bu barədə inzibati protokolda müvafiq qeydlər aparılaraq baxılması üçün müvafiq məhkəməyə təqdim olunacağı da onun nəzərinə çatdırılmışdır. Qeyd edilən çağırış məktubu borclunun ünvanına göndərilmiş, habelə borclunun adma müəyyən olunmuş nömrəsinə vatsap üzərindən şəkli göndərilmişdir. Həmin çağırış məktubu borclu tərəfindən alınmışdır. Alınmasını təsdiq edən sənəd protokola əlavə olunur. xx.xx.2025-ci il ci il tarixdə yalnız borclu hüquqi şəxs tərəfindən icra sənədinin icrasına aidiyyəti olmayan, lakin borclunun mal göndərməklə malı qəbul edən digər təşkilatın malı dəyərləndirilməsi barədə 19000 və 152000 manat olması barədə qaimə şöbəyə vatsap üzərindən göndərilmişdir. Qeyd edilən məsələyə aydınlıq gətirilməsi ilə borclu təşkilatla əlaqə saxlanılmışdır. Borclu təşkilat qeyd edilən məbləğlərin M .04.2025-ci il tarixdə öz hesablarına keçiriləcəyi barədə məlumat vermişdir. Borclu təşkilatın bu günə qədər qeyd etdikləri hissə-hissə ödəməyə dair məlumatlar, eləcə də bu protokolun verilməsinə maneçilik xarakteri daşıyır. Belə ki, borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Borclu təşkilatın bu günə qədər qeyd etdikləri hissə-hissə ödəməyə dair məlumatlar, eləcə də bu protokolun verilməsinə maneçilik xarakteri daşıyır. Belə ki, borclu tərəfindən bugünə kimi heç bir ödəniş edilməmişdir. Məkhəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 9000 (doqquz min) manat ödəniş edib, bundan başqa adına əmlakının ölduğunu və borcun əmlakına yönlndirilməsi barədə ixra qurumuna müraciət etdiyini bildirmişdir. Məhkəmə qərarının icrasından yayınmadığını, ödəmək niyyətində olduğunu qeyd etmişdir. Məhkəmə yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru və zərəçəkmiş şəxsə (tələbkar) məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilən şəxslərin iştirakları olmadan məhkəmə prosesinin davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmədə tədqiq edilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh "CRM Construction” MMC-yə qarşı “pul tələbi“ barədə mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-68/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Şəxsndən 52.060 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş mediasiya xərcinin əvəzi 400 manat olmaqla, ümumilikdə 52.960 (əlli iki min doqquz yüz altmış) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan məhkəmədə tədqiq edilmiş icra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin sürətindən görünür ki, borclu Şəxsə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-524/2024 saylı, xx.xx.2024-cü il tarixli icra tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adıçəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs rəhbəri Nümayəndə tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu borclu Şəxs rəhbəri Nümayəndə hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi hallar hazırkı halda mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs rəhbəri Nümayəndə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1102/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1102/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver