Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1105/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 389-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 389-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, 2024-cü ilin (aylıq) 12xidmət xidmətlərin göstərilməsi (Malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi haqqında) hesabat mart ayı üzrə aprel ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməmişdir. Belə ki, xəta 06 aprel 2024-cü il tarixdə baş vermişdir. Bununla da, Şəxs İXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X4 iş materialları üzrə tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X7 məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhər Statitika İdarəsinin rəisi müavini X6 şəxsində 06 aprel 2024-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərəzli və qanunsuz Protokol tərtib etmişdir. Belə ki,X1 tərtib etdiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Bundan əlavə Bakı şəhər Statistika İdarəsinin əməkdaşları Rəsmi statistika haqqında AR Qanununda təsbit edilmiş vəzifə səlahiyyətlərini yerinə yetirməmişdir. G.Nəcəfova şəxsi mülahizəsinə əsasən hesab etmişdir ki, əgər Bakı şəhər Statistika İdarəsinin rəis müvaini vəsifəsini daşıyırsa onun qanunvericiyə əməl etməmək səlahiyyəti mövcuddur. G.Nəcəfova MN seriyalı ******* nömrəli inzibati xəta haqqında Protokolu Şirkətin nümayəndəsinin iştirakı və imzası olmadan birtərəfli qaydada imzalamış və dərhal Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Həmçinin rəis müavini Protokolun izahat barədə bölməsində yalan olaraq qeyd etmişidr ki, protokolun tərtib edildiyi anda, 06 aprel 2024-cü ildə Şirkətin iştirak etdiyi nümayəndəsi izahat verməkdən imtina etmişdir, lakin həmin protokol Şirkətin nümayəndəsinin iştirakı olmadan qanunsuz və qərəzli şəkildə tərtib edilmiş,tək rəis müavini özü imzalmışdır. İri vergi ödəyicilərindən alınan məlumata görə əvvəlki illərdə 12-xidmət aylıq hesabat forması üzrə onlayn sistem 13:00-da bağlanması halı baş verməmişdir.Həmçinin 12-xidmət aylıq hesabat formasının onlayn sisteminin aprelin 5-də saat 13.00-da bağlanması barədə Şirkətə heç bir yazılı məlumat və ya bildiriş göndərilməmişdir. 2023-cü ildə Şirkət rübdə bir dəfə həmin hesabatı steıtisika orqanına göndərib, 2024-cü ildən aylıq hesabat verilməsi sisteminə keçmişdir. Heç bu barədə də, yəni 2024-cü ildən hesabatı aylıq təqdim etməli olduğunu indi saat tələbinə ciddi yanaşması qərarına gələn statistika orqanı Şirkətə bildiriş, məlumat göndərməmişdir. Hesab olunur ki, həmin hesabatın müddəti saat ilə başa çatmış hesab edirsə belə olan halda statistika orqanı bu barədə Şirkəti məlumatlandırmalı idi. Bununla da məlum olur ki, statistika orqanının əməkdaşları qanunla müəyyən edilən vəzifə səlahiyyətlərini yerinə yetirməmişlər. Bunu da qeyd etmək vacibdir ki, həmin gün Şirkətin mühasibi statistika orqanının əməkdaşına zəng edərək bildirmişdir ki, 12-xidmət hesabat forması sistemdə bağlanmışdır, səbəbi nədir. Həmin əməkdaş mühasibə söyləmişdir ki, heç bir problem yoxdur, kağız formada tərtib edin və elektron poçt vasitəsilə hesabatı göndərin. Lakin ertəsi gün rəis maüvini qərəzli şəkildə Şirkət nümayəndəsinin iştirakı olmadan qanunsuz, yalan məlumatlarla əhatə edilən 06 aprei 2024-cü il tarixli MN seriyalı ******* nömrəii inzibati xəta haqqında protokolu tərtib edərək məhkəməyə göndərmişdir. Bundan əlavə əgər statistika orqanı hesab edirsə 12xidmət hesabatının təqdim edilməsi vaxtı hər ayın ilk 5 iş gününə qədər və 5-ci iş günü saat 13-də bitməsi Dövlət Statistika Komitəsinin Qərarı ilə müəyyən edilmişdir,ondan onlayn sistem hər zaman saat 13-də bağlanmalıdır. Əvvəlki illərdə və aylarda həmin hesabatı 5-ci iş gününün sonuna qədər onlayn təqdim edilməsi mümkün olmuşdur, onlayn sistem bağlanmırdı. Bu hal müəyyən edilən qaydanın elə qaydanı müəyyənləşdirən statistika orqanının özünün qeyri-ciddi yanaşdığına dəlalətdir. Əgər 2024-cü ilin əvvələrindən həmin hesabatın saat tələbinə ciddi yanaşılması qərar alınmışsa, statistika orqanın əvvəlcə bu barədə sahibkarları xəbərdar etməli, onları məlumatlandırılmalı idi. 12-xidmət hesabatınını saat 13-də bağlanması barədə qanunvericinin tələbinə əsasən sahibkarlara məlumat verilməmişdir. Gold Estetik MMC-nə Bakı şəhəri Statistika İdarəsindən belə bir məlumat, bildiriş daxil olmamışdır. Şəxs MMC heç bir inzibati xəta törətməmişdir. Hesabat tələb olunan gündə dövlət orqanına,əməkdaşların özlərinin verdikləri poçt ünvanına göndərilərək təqdim edilmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 389-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, 2024-cü ilin (aylıq) 12-xidmət xidmətlərin göstərilməsi (Malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi haqqında) hesabat mart ayı üzrə aprel ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-in 389-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1105/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1105/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver