Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1106/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 20 noyabr 2020ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Mərkəzi Bankın 07.10.2020-ci il tarixli, 26-15963-2020 saylı göstərişi əsasında “xxxx” ASC müvafiq sənədləri vaxtında təqdim etməmiş, bununla da “xxxx” ASC tərəfindən İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2244/2020 saylı 11 dekabr 2020-ci il tarixli qərarı ilə “xxxx” ASC İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2244/2020 saylı 11 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” ASC-nin nümayəndəsi X2 çıxış edərək bildirmişdir ki, “xxxx” ASC-nin 13.11.2020-ci il tarixli məktubu ilə, ASC tərəfindən 2018-ci il tarixdə keçirilmiş səhimdarların ümumi yığıncağına dair sənədlər, həmçinin 5 illik mənfəət vergisinə dair bəyannamə və maliyyə nəticələri Banka göndərilmişdir. Beləliklə, AR Mərkəzi Bankı tərəfində tələb edilən sənədlər sonuncu 5 (beş) il üzrə Banka göndərilmiş, yalnız 10 (on) il əvvələ aid olan sənədlərin göndərilməsi qeyri-mümkün olmuş və bu barədə Banka rəsmi məlumat verilmişdir. Digər tərəfdən, Mərkəzi Bankın tələb etdiyi sənədlərin saxlanma müddəti vardır. Həmçinin hazırda ASCnin həmin maddə ilə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Son olaraq “xxxx” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsinə dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 14.09.2020-ci il tarixli məktubdan görünür ki, vətəndaşın müraciətinin araşdırılması üçün adı çəkilən ASC-dən 2018-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər, 2009-cu ildən 2019-cu ilədək müəssisənin mühasibat balansı, illərin nəticələri üzrə mənfəət və zərər haqqında hesabatı, habelə son on il ərzində səhmdarlara dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdarlara hesablanmış dividendlərin məbləğləri haqqında 7 gün müddətində məlumat verilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış 07.10.2020-ci il tarixli məktubdan görünür ki, adı çəkilən ASC-dən 14.09.2020-ci il tarixli məktubla tələb edilən sənədlərin təqdim olunması bir daha xahiş olunmuşdur. “xxxx” ASC-nin 13.11.2020-ci il tarixli məktubundan görünür ki, adı çəkilən ASC tərəfindən 2018-ci il tarixdə keçirilmiş səhmdarlarının ümumi yığıncağına dair sənədlər, həmçinin 5 illik mənfəət vergisinə dair bəyannamə və maliyyə nəticələri Mərkəzi Banka göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla ASC-nin inzibati xəta törətməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə “xxxx” ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ASC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt qaiməsindən görünür ki, qeyd olunan məktub “ASC-nin rəsmi qeydiyyat ünvanına göndərilmiş və 10.11.2020-ci il tarixdə qaiməyə imza edilməklə qəbul olunmuş və məlumatların 20 noyabr 2020-ci il tarixinədək təqdim edilmədiyi təqdirdə müvafiq qaydada inzibati xəta haqqında protokol təqdim ediləcəyi göstərilmişdir. Göründüyü kimi ASC tərəfindən qeyd olunan inzibati xəta 20 noyabr 2020-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın 20 noyabr 2020-ci il tarixdə törədildiyini və həmin vaxtdan 3 ay müddətin keçdiyini nəzərə alaraq “xxxx” ASC 20 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “xxxx” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, inzibati xətanın törədildiyi 20.11.2020-ci il tarixdən üç aydan artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” ASC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə 20 noyabr 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1106/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1106/2021
26.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver