Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1107/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, şikayət vermiş şəxs x3 x3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi Dövlət x6 tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 02.06.2020-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: x4 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi Dövlət x6 TP ******* nömrəli, 02.06.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs x4 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirdi ki, 02.06.2020-ci il tarixində, saat 16.00 radələrində ona məxsus olan **-KG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” minik markalı nəqliyyat vasitəsi ilə Xətai rayonu, Dəmirçizadə küçəsi ilə üzü Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olmuşdur. Sözügedən ərazidə “Günaydın” adlı restoranın qarşısından yolun sol hərəkət hissəsi ilə işıqforun yaşıl işığında sola dönərək Heydər Əliyev prospektinə yola düzəlmişdir ki, bir neçə saniyə sonra Bakı şəhəri, DYPİ Müşayiət-Eskort bolöyü YPX inspektoru polis baş serjantı x2 dövlət yol polisi avtomobili ilə onu Heydər Əliyev prospektində körpünün üzərində hərəkətdə olarkən nəqliyyat vasitəsini saxlamağı üçün işərələr verildi və həmin vəziyyətdə dayanmağının ərazidə hərəkət edən çoxlu sayda avtomobillərin hərəkətinə maneə olacağına baxmayaraq avtomobilini dayandırmışdır. Mülkiyyətində olan və idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşan polis baş serjantı x2 ona işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyini bildirmişdir. O isə razılaşmadıqda, DYP avtomobilində olan və hansı tarixdə nə vaxt çəkildiyi bilinməyən bir video görüntünü təqdim etmiş, lakin o videoda hansı dövlət nömrə nişanlı avtomobilin qaydanı pozması halı müəyyən edilməmişdir. Həmçinin S.Cəfərov ona digər nəqliyyat vasitələri ilə bir yerdə əvvəlcə işıqforun sarı işığında hərəkət etdiyini, daha sonra qırmızıda keçdiyini bildirmiş, sonra onunla birgə qadağanedici işarə verilərkən hərəkət edən digər bir nəqliyyat vasitəsinin isə qarşıdakı DYP əməkdaşları tərəfindən saxlanılacağını bildirmişdir. O, sözügedən qərarla və protokolla razı olmadığını, hərəkətini svetoforun qadağanedici işarəsi verilərkən davam etdirmədiyini bildirmişdir. Lakin cavabında, “artıq gecdir kameraya düşmüsən” kimi cavab almışdır. Bundan əlavə bildirmişdir ki, əsassız yerə barəsində elektron qərar qəbul edilərək (AR İXM 327.2-ci maddəsi ilə protokol tərtib edilərək) ona məxsus elektron kabinetə yerləşdirilmiş, lakin həmin elektron kabinetdə inzibati xətanın törədildiyini sübut edən hər hansı foto və ya video görüntü yerləşdirilməmişdir. Bu isə onu deməyə əsas verir ki, o inzibati xəta törətməmiş, barəsində tərtib edilmiş inzibati tənbeh vermə barədə qərar əsassız və qanunsuzdur. Odur ki, bunları nəzərə alaraq TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi Dövlət x6 nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, x3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi Dövlət x6 tərtib etdiyi inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 02.06.2020-ci il tarixli qərarı ləğv edilməli, İXP ******* saylı inzibati xəta haqqında protokola yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi Dövlət x8 tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi Dövlət x6 müşayiəteskort bölüyü YPX inspektoru polis baş serjantı x1 TP 37009568 saylı inzibati xəta haqqında qərarına əsasən x4 **-KG-*** dövlət qeydiyyat nişanlı «Hyundai Accent” minik markalı avtomobillə 02 iyun 2020-ci il tarixdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. x4 Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, x4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4.-cü maddəsinə əsasən İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli ºəxs) tərəfindən həmin iº üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs x4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında 02 iyun 2020-ci il tarixli TP ******* nömrəli qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.6-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, x4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. x4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi Dövlət x6 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş x3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 02 iyun 2020-ci il tarixli qərarı ləğv edilməli, x4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Bakı şəhəri Baş Polis İdarəsi Dövlət x8 tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi Dövlət x6 vəzifəli şəxsi tərəfindən qəbul edilmiş x3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 02 iyun 2020-ci il tarixli qərar ləğv edilsin. x4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi Dövlət x8 tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(005)-1107/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1107/2020
18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver