Məhkəmə qərarları › İş №3(005)-1109/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1109/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1109/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi ilə Azərbaycan Respublikası X6nin nümayəndəsi X9, X10 vəkili və nümayəndəsi “BHM və Partnyorları” Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası X6nin vəzifəli şəxsinin inzibati təneh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ilə bağlı X10 vəkili və nümayəndəsi Nümayəndə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası X6nin vəzifəli şəxsinin inzibati təneh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası X6nin Bakı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən vəzifəli şəxs kimi X3 Xətalar Məcəlləsinin 220.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş hesab edilmiş, barəsində 200 AZN məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edirik ki, AQTA-nın BRB-nin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı əsassız olduğundan ləğv edilməli və X13 barəsində inzibati icraata xitam verilməlidir. Qərarda istinad olunan pozuntu “iaşə obyektində çalışan işçilərin çalışdıqları işə uyğun olaraq sanitar-gigiyena mövzuları üzrə təlimlərə cəlb edilməmələri olmuşdur”. Qida təhlükəsizliyi haqqında AR Qanununun 22.1-ci maddəsinə istinad etmişdlər. Məhkəmənin diqqətinə çatdırırıq ki, "Papa Johns" iaşə obyektində işçilər müvafiq təlimlərə cəlb olunmuş və qanunvericiliyin tələbləri pozulmamışdır. İnzibati orqana işçilərin şirkət tərəfindən müvafiq təlimlərə cəlb olunması ilə bağlı məlumat verilməsinə və müvafiq sənədin təqdim olunmasına baxmayaraq buna heç bir əhəmiyyət verilməmişdir. Məhkəmə iclasında şikayət verən şəxsin vəkili və nümayəndəsi Nümayəndə şikayətini müdafiə edərək bildirmişdir ki, qanunvericilikdə müəsisələrdə gigiyena ilə bağlı təlimlərin konkret olaraq hansısa müəssisə tərəfindən keçirilməsi müəyyən edilməmişdir. MMC-də keçirilən yoxlama zamanı da işçilərin gigiyena tələbləri barədə təlimlərə cəlb edildikləri, habelə təlimə cəlb edilmiş işçilərin siyahısı yoxlayıcı orqana təqdim olunmuşdur. Bundan başqa təlimçinin beynəlxalq sertifikatları mövcuddur. Qeyd edilənlərin nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası X6nin nümayəndəsi X14 çıxış edərək bildirmişdir ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə əsasən qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müvafiq gigiyenik təlimlərə cəlb olunmalıdırlar. X6 tərəfindən keçirilən yoxlama zamanı müəssisənin əməkdaşlarına təlimin kim tərəfindən keçirilməsi, təlim keçən müəssisənin buna səlahiyyətinin olub-olmaması müəyyən edilməmişdir. Bundan başqa qanunvericilikdə təlimin təlim keçməyə səlahiyyəti olan ixtisaslaşdırılmış qurum tərəfindən keçirilməsi qeyd edilmişdir. Lakin müəssisə tərəfindən bu qaydalara əməl edilməmişdir. Buna görə də müəssisənin vəzifəli şəxsi barəsində inzibati qərar qəbul edilmişdir. Bu səbəbdən şikayət əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası X6nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, vəzifəli şəxs X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Şikayət tərəfindən təqdim edilmiş serifikatlardan görünür ki, Yekaterina Husnaddinova adlı şəxs müxtəlif təlim serfikatları əldə etmişdir. Azərbaycan Respublikasının X6nin Bakı Regional Bölməsinin “Yoxlama aparılması haqqında” xx.xx.2023-cü il tarixli Qərarından aydın olur ki, Bakı şəhəti Nərimanov rayonu X17 küçəsi 82Q 151.1 KV/M ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində planlı yoxlamanın keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli Çıxarışdan aydın olur ki, planlı yoxlama KY242076563 saylı nömrə ilə reyestrdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının X6nin Bakı Regional Bölməsi tərəfindən təsdiq edilmiş “Yoxlama suallarının siyahısı”ndan görünür ki, siyahı üzrə 13 yoxlama sualı təsdiq edilmiş və həmin suallar ətrafında yoxlama keçirilməsi planlaşdırılmışdır. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar barəsində qərar qəbul edilmiş şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsinə əsasən xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinə əsasən qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VİQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci maddəsinə əsasən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.47-ci, 3.4-cü, 6.2-ci, 6.3-cü, 6.6-cı, 6.7-ci, 7.1-ci, 7.4-cü, 9.2-ci, 9.5-ci, 9.6-cı, 9.10-cu, 9.11-ci, 10.3-cü, 10.4-cü, 11.5-ci maddələrində, 12.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 12.3-cü, 13.1-ci, 14.2ci, 14.3-cü, 15.1.7-ci, 19.1-ci, 19.2-ci, 20.1-20.3-cü, 20.5-20.7-ci maddələrində, 20.8-ci maddəsinin birinci cümləsində (hər iki halda), 20.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 20.10-20.12-ci, 21.3-cü, 21.3.1-ci, 21.4-cü, 22.1-ci, 23.4-cü, 24.1-ci (hər iki halda) maddələrində, 24.3-cü maddəsinin üçüncü cümləsində, 24.5-ci maddəsində (hər iki halda), 24.6-cı maddəsinin birinci cümləsində, 24.7-ci, 24.8-ci maddələrində, 24.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 24.12-ci, 24.13-cü (hər iki halda), 24.14-cü, 24.16-cı, 25.1-ci, 25.2-ci maddələrində, 25.3-cü maddəsinin birinci cümləsində, 25.5-ci, 25.6-cı (hər iki halda), 25.7-ci, 25.8-ci, 26.1-ci, 26.2-ci, 26.4-cü (hər iki halda), 26.6-cı, 27.2-ci, 27.4-cü, 28.1-28.3-cü, 29.3-cü, 30.1-ci (hər iki halda), 30.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) və ikinci cümləsində, 30.3-30.6-cı, 30.8-ci, 30.9-cu, 31.1-31.3cü, 31.4-cü (hər üç halda), 31.5-31.9-cu, 31.11-ci, 32.2-ci, 33.1-33.4-cü, 33.6-33.8-ci, 35.1.2-ci, 35.1.4-35.1.7-ci, 37.1-ci (hər üç halda) və 37.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Fərmanın 2.7-ci maddəsinə əsasən həmin Qanunun 22.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 may 2018-ci il tarixli 220 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsində İnstitutun fəaliyyət istiqamətlərindən biri də qida təhlükəsizliyinə dair beynəlxalq standartların tətbiq edilməsi üzrə məsləhətlər vermək və təlimlər keçməkdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayət vermiş şəxs məhkəməyə şikayətdə qeyd etdiyi halları təsdiq edən heç bir sənəd təqdim etməmişdir, təqdim etmiş olduğu sertifikatlarda isə şəxsin qanunvericilikdə müəyyən edilmiş təlimin həyata keçirilməsi ilə bağlı hər hansısa bir səlahiyyəti olması müəyyən edilməmişdir. Bundan başqa müəssisə tərəfindən təqdim edilmiş işçilərin təlim keçməsi barədə siyahıda işçilərə hansı mövzuda təlimlərin keçirilməsi, təlimin müddəti, nəticəsi qeyd edilməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından aydın olur ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinə əsasən qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar. Həmin Qanunun tətbiqi haqqında Fərmandan aydın olur ki, Qanunun 22.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini - Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, “orqan (qurum)” dedikdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur. Qeyd olunanlardan müəyyən edilir ki, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar. Məhkəmə hesab edir ki, hazırki iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada gigiyenik təlimlərə cəlb olunması öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, X2 vəkili və nümayəndəsi Nümayəndə müdafiə etdiyi şəxsin inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X10 vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası X6nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 18 yanvar 2023-cü il Bakı şəhəri Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Nərimanov rayon Polis İdarəsinin Dövlət X22 yol patrul xidmətinin inspektoru X7, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi Dövlət X21 TP seriyalı ******* nömrəli, 14 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 11:45-də başlanır. Sədrlik edən baxış iclasını açır, baxılacaq işi elan edir və məhkəmə iclasında texniki səbəblərə görə audio-video yazıdan istifadə edilmədiyini bildirir. Sədrlik edən proses iştirakçılarının, habelə məhkəməyə çağırılmış şəxslərin məhkəmə iclasına gəlmələri və gəlməyən şəxslərin gəlməmə səbəbləri barədə məruzə etmək üçün məhkəmə iclasının katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına qərardan şikayət vermiş şəxs X8 və inzibati protokol tərtib edən orqanın nümayəndəsi X12 məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən məhkəmə icraatının Azərbaycan dilində aparıldığını bildirir və iştirakçılardan Azərbaycan dilində başa düşmələrini və danışa bilmələrini soruşur. İşdə iştirak edən Azərbaycan dilində başa düşdüklərini və sərbəst danışa bildiklərini bildirir. Sədrlik edən məhkəmə iclasına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrlik etdiyini, məhkəmə iclas katibinin Mayılzadə Gülzadə Çingiz qızı olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edənin icazəsi ilə Nərimanov rayon Polis İdarəsinin Dövlət X22 nümayəndəsi X1 qəbzini məhkəməyə təqdim edir. Sədrlik edən Alkotesterın qəbzini iş materiallarına əlavə edir. Məhkəmə materialı və inzibatı protokolu nəzərdən keçirir. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Sədrlik edən çıxış üçün proses iştirakçısına söz verir: Səlahiyyətli orqanın nümayəndəsi X12: - Hörmətli hakim! İnzibati xəta törətmiş X8 barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X8: - Hörmətli hakim! İş üzrə icraata xitam verilməsini xahiş edirəm. Məhkəmə müşavirə otağına gedir. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardaddan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxsə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüququnun olmasını izah edir. Məhkəmə iclası saat 11:55-də bağlı elan olunur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar