Məhkəmə qərarları › İş №3(005)-1110/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1110/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1110/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Şikayət verən şəxs X4, Qərarından şikayət verilmiş Fövqaladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndələri – X2 və X3 iştirakları ilə, X4 Fövqaladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Fövqaladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətdə bildirmişdir ki, FHN Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. FHN Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın surətini xx.xx.2025-ci il tarixdə FHN Nüvə və X1 üzrə Dövlət Agentliyinin inzibati binasında almışdır (həmin Qərarın surətində tarix qeyd edilib). Həmin Qərarda o, İnzibati Xətalar Məcəlləsinin 268.0.1 -ci maddəsinə əsasən 2500 manat cərimələndiyi göstərilmişdir. Barəsində tətbiq edilən cəriməni qanunsuz hesab edir. Bildirir ki, FHN Nüvə və X1 üzrə Dövlət Agentliyi, “X11” PHŞ-də yoxlama aparmışdır. Həmin yoxlamanın nəticəsinə əsasən direktorun müavini kimi, inzibati qaydada cərimələnmişdir. Yoxlayıcılar tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən bildirmişdir ki, müəssisədə ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi onun səlahiyyətimdə deyil. Bu iş üçün Xəstəxananda mülki müdafiə əməyin təhlükəsizliyi və s. ixtisaslar üzrə vəzifəli şəxslər var. FHN Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən. xx.xx.2025- ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarda göstərilib ki, tərəfindən İXM-nin 268.0.1-ci maddəsinə əsasən inizbati xətanı törətmişəm. Qərarda qeyd olunanlara münasibət bildirərək, məhkəmənin nəzərinə çatdırır ki, FHN Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2025-cici il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarda göstərilmişdir ki, tərəfindən İXM-nin 268.0.1-ci maddəsinin tələblərini pozaraq inzibati xətaya yol vermişdir. Bildirmək istəyir ki, ehtimal olunan inzibati xəta onun tərəfindən törədilməyib və həmin xəta üzrə təqsirkar sayıla bilməz. Məhkəmə iclasında iştirak edən X8 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, “X11” PHŞ-də ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi onun səlahiyyətində olmadığını bu sahəyə məsul şəxsin müəyyən edildiyini bildirmişdir. Buna görə də iş üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Fövqaladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 qərarın qanuni olduğunu və şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Fövqaladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarından görünür ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X15 “X11” X15 tərəfindən 14 may 2024-cü il tarixdə imzalanmış əmrdən aydın olur ki, X13 şüa diaqnostika şöbəsinin həkim rentgenoloqu X7 radiasiya təhlükəsizliyi üzrə cavabdeh şəxs təyin edilmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X6 İXM-in 268.0.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Fövqaladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İXM-in 268.0.1-ci maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X4 İXM-in 268.0.1-ci maddəsində nəzərdə tutulan təhlükəsizliyə məsul şəxs kimi xx.xx.2024-cü il tarixli Əmrlə X13 şüa diaqnostika şöbəsinin həkim rentgenoloqu X7 müəyyən edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar müəssisənin direktoru barəsində tərtib olunmuşdur. Bu da X4 təqsirliliyini şübhə altına alır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X4 İXM-in 268.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X4 barəsində Fövqaladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə cərimə olunmasına dair Fövqaladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar