Məhkəmə qərarları › İş №3(005)-112/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-112/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-112/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Füzuli rayon Prokurorluğunun nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Füzuli rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə Füzuli rayon Prokurorluğu tərəfindən 29 dekabr 2021-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Füzuli rayon Prokurorluğunun nümayəndəsi X10 Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X7 izahatında göstərdi ki, Füzuli Rayon Prokuroruluğu tərəfindən inzibati xəta haqqında iş üzrə aparılmış icraat qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Belə ki, Şəxs MMC qanuni əsaslarla fəaliyyət göstərən hüquqi şəxs olmaqla, işğaldan azad olunmuş ərazilərdə bir sıra iri lahiyələr həyata keçirir. Tam şəkildə qanuni əsaslarla fəaliyyət göstərən bir şirkətin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi inandırıcı deyil. Eyni zamanda, Fuad Əhmədovun da mövqeyi bundan ibarətdir ki, o, prokurorluğa verdiyi izahatı özü yazmamış və oxumadan imzalamışdır. O, Şəxs MMC-nin işçisi olmamışdır. Həmçinin, Cəbrayıl Səfərov hadisə zamanı aldığı xəsarətdən görmə qabiliyyətində problem olduğundan icraat zamanı verdiyi izahatı oxuya bilməmişdir. Beləliklə, ifadələr arasında ziddiyyətlərin mövcud olması, nəzərdə tutulan ifadələrin bir-birini tamamlamaması, şahidlərin verdikləri ifadələrlə tanış olmamaları onu təsdiq edir ki, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraat qanunsuz və əsassız olduğundan işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, hələ 2021-ci ilin sentyabr ayında taksi fəaliyyəti ilə məşğul olarkən tanışı Cəbrayıl Səfərova ona münasib iş olduqda xəbər etməsini xahiş etmişdir. Cəbrayıl da ona işlə bağlı Fizuli rayonunun Horadiz qəsəbəsinə gedəcəyini, orada Əli adlı şəxsə iş üçün müraciət edəcəyini bildirmişdir. Bir müddət sonra o da Soltanlı kəndinə, tikinti işlərinin aparıldığı əraziyə getmişdir. Burada Şəxs MMC tərəfindən tikinti işlərini icra edən Əli adlı şəxs ona bildirmişdir ki, ərazi ilə tanış olsun və orada hansı işlə məşğul ola biləcəyini müəyyən etsin. Buna görə də, o, 3-4 gün ərzində Şəxs tərəfindən tikinti işlərinin aparıldığı ərazi ilə tanış olmuş, lakin özünə münasib iş olmadığından geri qayıtmışdır. Həmin 3-4 gün ərzində Şəxs MMC-nin işçisi olmamış, işin nədən ibarət olacağı, əmək haqqı barədə heç bir razılıq olmamışdır. Prokurorluğa verdiyi ifadədə Şəxs MMC-nin işçisi olduğunu deməmiş, izahatı isə oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, 2018-ci ildən Şəxs MMC-də təchizatçı kimi işləyir, əmək müqaviləsi vardır. 2021-ci ilin avqust ayında Şəxs MMC ilə başqa bir tikinti şirkəti arasında bağlanmış müqaviləyə əsasən “Zəngəzur” avtomagistralının 46-cı km-dən 50-ci km-ə qədər olan hissəsində yol çəkilişinə başlanmışdır. MMC-də subpodratçı qismində işə Əli adlı şəxs rəhbərlik edirdi. Uzun müddətdir ki, Fuadla tanışlığı vardır. Fuad ondan özünə görə iş olduqda məlumat verməsini xahiş etmişdir. O da Fuadı Soltanlı kəndində tikinti işlərinə rəhbərlik edən Əli adlı şəxslə tanış etmişdir. Bundan sonra Fuad onunla birgə Soltanlı kəndində yol çəkilişinin aparıldığı əraziyə gəlmişdir. Fuadın həmin ərazilərə keçmək icazəsi olmamış, həmin əraziyə onunla birlikdə keçmişdir. Fuad Soltanlı kəndinə onunla birlikdə gedirmiş, bir neçə gün Soltanlı kəndində işlərin görüldüyü yerlərə baxıb özü üçün uyğun iş axtarmış, lakin iş Fuadı qane etmədiyi üçün Bakıya geri qayıtmışdır. O, Fuad və 15-ə yaxın işçiylə birlikdə Horadiz qəsəbəsində yerləşən evdə qalırdılar. Prokurorluğun izahatında göstərilənlər onun tərəfindən deyilməyib, ifadə verməzdən əvvəl kütləvi dava zamanı döyülmüş, buna görə də ifadə verən zaman huşu özündə olmamış və gözləri yaxşı görməmişdir. Bu səbəbdən də ifadəsi ilə özü tanış ola bilməmiş, prokurorluq əməkdaşı tərəfindən oxunulmuş və ifadəsinin yalnız cinayət işi ilə bağlı olan hissəsi ona oxunmuşdur. Fuad Şəxs MMC-də işləməmiş, o, sadəcə iş tapmaq üçün həmin əraziyə gəlmiş, özünə uyğun iş tapmadığı üçün geri qayıtmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 29 dekabr 2021-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya ququmlarının dövlət reyestri məlumatlarından görünür ki, Şəxs MMC 06.09.2014-cü ildə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1ın qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin və vəzifəli şəxs X8 əməlində Azərbaycan Respublikası Cİnayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi əlamətləri müəyyən olunmadığı üçün barələrində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, icraatın bu hissəsinə aid olan materialların cinayət işindən ayrıca icraata ayrılması və müəyyən edilmiş qaydada qeydiyyata alınması, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğu üçün barələrində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasından ötrü qəbul edilmiş qərarın surətinin Füzuli rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” X16 Beyləqan rayon şöbəsinin 18 oktyabr 2021-ci il tarixli, 318/21 saylı rəyindən görünür ki, X2 gözaltı nahiyədə qançır, burun nahiyəsində isə sıyrıq aşkar olunmuşdur, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarələr olduğu üçün dərəcələri təyin edilmir. “Baxış keçirilməsi haqqında” 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Füzuli rayon prokurorunun köməkçisi X10 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətindən daxil olmuş 1 ədəd diskə baxış keçirmişdir. Protokoldan görünür ki, diskə baxış zamanı X3 əmək müqaviləsi əsasında Şəxs MMC də təchizatçı işləməyi təsbit olunsa da, Fuad Əhmədovla MMC arasında əmək müqaviləsinin olması göstərilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Füzuli Rayon Prokurorluğu Şəxs MMC tərəfindən işçilərlə əmək müqaviləsi bağlanmamasına dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Belə ki, iş materiallarında olan Füzuli rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə şahid qismində dindirilmiş X11 izahatında 09 oktyabr 2021-ci il tarixdən Şəxs MMC-də nəzarətçi işlədiyini bildirmiş, həmçinin X3 izahatında da Fuad adlı şəxsin MMCdə nəzarətçi işlədiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, Füzuli rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə şahid qismində dindirilmiş X11 və X1, yəni Şəxs MMC-nin və vəzifəli şəxs X8 əməllərində inzibati xəta tərkibi olduğu üçün istintaq olunan cinayət işindən ayrıca icraata ayrılaraq İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlandıqdan sonra istintaqa verdikləri ifadələri təkzib etmələri, ifadələrinin dəyişdirildiyini, oxumadan imzaladıqlarını, ifadə verərkən huşunun özündə olmadığı və gözünün görmədiyini bildirməsi, habelə X11 təmir-tikinti işlərinin aparıldığı 4 km-lik ərazidə 3-4 gün ərzində məhz özünə münasib iş axtarmaq üçün qalması inandırıcı olmamaqla birlikdə, Şəxs MMC-ni məsuliyyətdən qorumaq xarakteri daşıyır və işin mötəbər sübutlarla təsdiq edilmiş halları ilə ziddiyət təşkil edir. Həmçinin, Şəxs MMC tərəfindən təmir-tikinti işləri Beynəlxalq “Zəngəzur” avtomagistralının 46-cı km-dən 50-ci km-nə qədər olan hissədə həyata keçirilmişdir. Həmin əraziyə hər hansı fiziki şəxsin daxil olması müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, X14 həmin əraziyə işçi kimi MMC tərəfindən keçirilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər

Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar