Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1123/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 389-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 389-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri 2024-cü ilin (aylıq) 12xidmət, xidmətlərin göstərilməsi, malların təqdim edilməsi, və işlərin yerinə yetirilməsi haqqında hesabatı mart ayı üzrə aprel ayının 5-ci iş günü təqdim edilməli olduğu halda bu günə kimi təqdim edilməmişdir. Belə ki, inzibati xəta hadisəsi 06 aprel 2024-cü il tarixdə törədilmişdir. Bununla da, Şəxs MMC İXM-in 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin dəftərxanası vasitəsi ilə Şəxs MMC onun barəsində İXM-in 389-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Stalistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokolda qeyd edilmişdir ki, Bakı şəhəri, 2024-cü ilin 12-xidmət, xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında mart ayı üzrə aprel ayının 5-ci iş günü təqdim edilməli olduğu halda bu günə kimi təqdim edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi tərəfindən protokolda qeyd olunan 12-xidmət statistik hesabatı qanunvericiliyin tələbinə uyğun olaraq Şəxs tərəfindən tərtib edilmişdir. Lakin hesabatı təqdim etmək üçün mövcud olan elektron sistemdə dəfələrlə baş verən xətalar ucbatından həmin hesabatı aprel ayının 5-nə kimi təqdim etmək mümkün olmamışdır. Bununla yanaşı, tərtib edilmiş inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə bu barədə hər hansı formada məlumatın verilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmiş, inzibati xəta haqqında protokolda həmin protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilməs,. Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, onun imzası, izahat və mülahizələri olan hissələrdə müvafiq qeydiyyatın aparılması və ya belə qeydiyyatın aparılmamasının səbəbləri göstərilməmişdir. Hazırki işə onların iştirakı olmadan baxılması, şikayət təmin olunması, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi tərəfindən “SOCAR-Petrofac" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin, protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri 2024-cü ilin (aylıq) 12-xidmət, xidmətlərin göstərilməsi, malların təqdim edilməsi, və işlərin yerinə yetirilməsi haqqında hesabatı mart ayı üzrə aprel ayının 5-ci iş günü təqdim edilməli olduğu halda bu günə kimi təqdim edilməmişdir. Belə ki, inzibati xəta hadisəsi 06 aprel 2024-cü il tarixdə törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, Şəxs www.azstat.gov.az saytında baş verən xətalara görə Bakı şəhəri 2024-cü ilin (aylıq) 12-xidmət, xidmətlərin göstərilməsi, malların təqdim edilməsi, və işlərin yerinə yetirilməsi haqqında hesabatı təqdim edə bilməmişdir. Beləliklə müəyyən olundu ki, Şəxs əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Belə ki, Şəxs MMC qeyd olunan hesabatı www.azstat.gov.az saytında yerləşdirməyə cəhd etmiş, lakin texniki problemlər səbəbindən bu mümkün olmamışdır. İXM-in: 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 389-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1123/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1123/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver