Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1125/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 06 aprel 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhər, Nərimanov rayonu, Y.Bakuvi, Q.Primov və C.Zeynalov küçələrinin kəsişməsi ünvanında 03.03.2022-ci il tarixdə saat 11:25-də X12 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X7 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə 06 aprel 2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola etiraz etməklə yanaşı qeyd edirik ki, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi məhəllə 2, bina 2 ünvanında tikilməkdə olan “Grand Narimanoff” yaşayış kompleksinin dəmir və qəlbçi işlərinin aparılmasını sifarişçi "xxxx" Mənzil Tikinti Kooperativinin sifarişi əsasında podratçı Şəxs MMC öz öhdəliyinə götürmüşdür. Bu barədə tərəflar arasında 02 noyabr 2021-ci il tarixli 005 saylı Podrat müqaviləsi bağlanmışdır. Eyni zamanda tərəflər arasında bağlanmış 02 noyabr 2021-ci il tarixli 005 saylı Podrat müqaviləsinə 15 noyabr 2021-ci il tarixdə 2 nömrəli əlavə edilmişdir. Həmin əlavədə qeyd olunmuşdur ki, kranın quraşdırılması, çatdırılması və fəaliyyətinin Şəxs MMC-yə heç bir aidiyyəti yoxdur. Bundan başqa isə, podratçı fiziki şəxs X1 "xxxx" MTK ilə 01 iyul 2019-cu il tarixli Podrat (Xidmət) müqaviləsi bağlamış və kranın çatdırılması və quraşdırılması, operatorun əmək haqqının verilməsi müqavilədə göstərilmişdir. "xxxx" MMC ilə fiziki şəxs X9 arasında bağlanılmış 24 may 2021-ci il tarixli KG 001/028 saylı xidmət müqaviləsinə əsasən, isə xidmət göstərən KB-403 A markalı № 25939 olan qülləli krana sifarişçinin tikinti sahəsində texniki xidmət göstərməyi öz öhdəsinə götürmüşdür. Qeyd olunanlardan bir daha görünür ki, kranın və onun operatorunun Şəxs MMC-yə heç bir aidiyyəti yoxdur. Onu da qeyd edirlər ki, şirkətin fəaliyyətində kran texnikasından istifadə olunmur. 03 mart 2022-ci il tarixdə saat 11:25-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsində yerləşən tikinti obyektində yoxlama keçirilmiş və guya 1 (bir) şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Həmin şəxs "xxxx" MMC-nin işçisi, kran operatoru X12 olmuşdur. Lakin həmin vaxt ərazidə məsul şəxsin olmamağı səbəbindən ərazidə yoxlama aparan X2 səhvən və ya qəsdən Şəxs MMC-nin işçisi saymışdır. Sonradan X10 Xidməti İXM-nin 192.1-ci maddəsi ilə 06 aprel 2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin göstərir ki, tikinti sahəsinin aparıldığı və inzibati protokolun tərtib edildiyi ünvan protokolda qeyd olunduğu kimi Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi, Q.Primov və C.Zeynalov küçələrinin kəsişməsində deyil, ünvan 3 ünvanıdır. Hesab edirlər ki, barələrində tərtib edilmiş 06 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Belə ki, X12 "xxxx" MMC-nin kran operatoru işçisi kimi fəaliyyət göstərir. Vüqar Şirinovun "xxxx" MMC-də işləməsi faktı 03 mart 2021-ci il tarixli X4 ilə bağlı Əmək Müqavilsi bildirişində öz əksini tapmışdır və həmin müqavilə müddətsizdir. Bu isə X6 "xxxx" MMC-nin işçisi olduğunu təsdiqləyir. 03 mart 2022-ci il tarixdə isə həmin müqavilə qüvvədə olmuşdur. Ona görə də, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə tərtib edilmiş 06 aprel 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Şəxs MMC 02.04.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır, nizamnamə kapitalı 20.00 AZN təşkil edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 28 fevral 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi, Q.Primov və C.Zeynalov küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı Şəxs MMC-də 2022-ci ilin 3-7 mart tarixlərində (3 iş günü müddətində) qərar ilə tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X11 münasbitələrinin monitorinqi mərkəzi tərəfindən plandankənar yoxlamanın (monitorinqin) həyata keçirilməsi qərara alınmışdır. Şəxs MMC tərəfindən inşa olunan tikinti obyekində həyata keçirilmiş monitorinqin nəticələrinə dair Arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Y.Bakuvı, Q.Prımov və C Zeynalov küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı Şəxsndə (VÖEN **********) qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2022-ci il 3 mart tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı tikinti obyektində "xxxx" MTK (VÖEN 1**********) tərəfindən işə cəlb edilmiş 19 nəfər şəxslə əmək müqaviləsinin bağlanıldığı, 1 nəfər şəxslə isə əmək müqaviləsinin bağlamadığı müəyyən edilmişdir (Cədvəl 1). Monitorinq zamanı tikinti obyektinin sifarişçisi "xxxx" MTK (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 2 nəfər şəxslə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir (Cədvəl 1). Aparılmış monitorinqin nəticələrinə dair məcmu statistika (Cədvəl 1) və əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edilən şəxslərin siyahısı təqdim edilir (Cədvəl 2). İş materiallarında olan 01 iyul 2019-cu il tarixli “Podrat (xidmət)” müqaviləsindən görünür ki, həmin müqavilə fiziki şəxs X9 (Podratçı) ilə "xxxx"MTK (Sifarişçi) arasında bağlanmışdır. Həmin müqavilə KB tipli 403A markalı kran ilə xidmət göstərilməsini nəzərdə tutur. Kranın çatdırılması və quraşdırılmasının dəyəri “Sifarişçi” tərəfindən ödənilir. Aylıq xidmət haqqı 1000 (bir min) AZN təşkil edir (xidmətə operatorun əmək haqqısı, kranın elektriki daxildir). İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli “Podrat” müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MTK (Sifarişçi) ilə Şəxs MMC (Podratçı) arasında bağlanmışdır. Həmin müqavilə üzrə Sifarişçi ünvan 4 ünvanında yerləşəcək “Grand Narimanoff” yaşayış kompleksinin dəmir və qəlibçi işlərini aparmağı Podratçıya tapşırır və Podratçı Sifarişçinin tapşırığına əsasən binanın dəmir və qəlibçi işlərinin görülməsini həyata keçirməyi və Sifarişçiyə təhvil verməyi öhdəsinə götürür. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli 005 saylı Podrat müqaviləsinə 2 №li əlavədən görünür ki, kranın quraşdırılması, çatdırılması və fəaliyyətinin "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur. İş materiallarında olan 24 may 2021-ci il tarixli “Xidmət” müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC (Xidmət göstərən) ilə fiziki şəxs X9 (Sifarişçi) arasında bağlanmışdır. Həmin müqavilə üzrə Xidmət göstərən KB-403 A markalı qeydiyyat № 25939 olan qülləli krana Sifarişçinin tikinti sahəsində texniki xidmət göstərməyi öz öhdəsinə götürür. Texniki xidmət kranın quraşdırılıb sökülməsi, təmiri və operator (kran maşinisti) ilə təmin etməkdən ibarətdir. İş materiallarında olan X6 izahatından görünür ki, 03.03.2022-ci il tarixdə tikinti obyektində yoxlama keçirilərkən Agentliyin əməkdaşları səhvən onu Şəxs MMC-nin işçisi kimi göstərmişlər. O, "xxxx" MMC-də kran operatoru (maşinisti) vəzifəsində işləyir. İş materiallarında olan 03.03.2021-ci il tarixli əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, X12 "xxxx" MMC-nin direktoru tərəfindən əmək müqaviləsi üzrə “kran operatoru” vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş sənədlərlə Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin hallarını tam və hərtərəfli araşdıraraq qeyd edir ki, inzibati xəta haqqında protokolda göstərilən X6 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən edilmir. Belə ki, iş üzrə tədqiq edilmiş 02 noyabr 2021-ci il tarixli “Podrat” müqaviləsi ilə müəyyən edildi ki, həmin müqavilə "xxxx" MTK (Sifarişçi) ilə Şəxs MMC (Podratçı) arasında bağlanmış, həmin müqavilə üzrə Sifarişçi ünvan 4 ünvanında yerləşəcək “Grand Narimanoff” yaşayış kompleksinin dəmir və qəlibçi işlərini aparmağı Podratçıya tapşırır və Podratçı Sifarişçinin tapşırığına əsasən binanın dəmir və qəlibçi işlərinin görülməsini həyata keçirməyi və Sifarişçiyə təhvil verməyi öhdəsinə götürür. İş üzrə tədqiq edilmiş 01 iyul 2019-cu il tarixli “Podrat (xidmət)” müqaviləsi ilə müəyyən edildi ki, həmin müqavilə fiziki şəxs X9 (Podratçı) ilə "xxxx"MTK (Sifarişçi) arasında bağlanmış, həmin müqavilə KB tipli 403A markalı kran ilə xidmət göstərilməsini nəzərdə tutur. Kranın çatdırılması və quraşdırılmasının dəyəri “Sifarişçi” tərəfindən ödənilir. Aylıq xidmət haqqı 1000 (bir min) AZN təşkil edir (xidmətə operatorun əmək haqqısı, kranın elektriki daxildir). İş üzrə tədqiq edilmiş 24 may 2021-ci il tarixli “Xidmət” müqaviləsi ilə müəyyən edildi ki, həmin müqavilə "xxxx" MMC (Xidmət göstərən) ilə fiziki şəxs X9 (Sifarişçi) arasında bağlanmış, həmin müqavilə üzrə Xidmət göstərən KB- 403 A markalı qeydiyyat № 25939 olan qülləli krana Sifarişçinin tikinti sahəsində texniki xidmət göstərməyi öz öhdəsinə götürür. Texniki xidmət kranın quraşdırılıb sökülməsi, təmiri və operator (kran maşinisti) ilə təmin etməkdən ibarətdir. İş üzrə tədqiq edilmiş 03.03.2021-ci il tarixli əmək müqaviləsinin bildirişinin surəti ilə müəyyən edildi ki, X12 "xxxx" MMC-nin direktoru tərəfindən əmək müqaviləsi üzrə “kran operatoru” vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə tədqiq edilmiş 02 noyabr 2021-ci il tarixli 005 saylı Podrat müqaviləsinə 2 №-li əlavədən görünür ki, kranın quraşdırılması, çatdırılması və fəaliyyətinin "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur. Məhkəmə, qeyd edilənlərə məcmu halda qiymət verərək bildirir ki, hazırki halda Şəxs MMC tikinti obyektinə tikintini həyata keçirən MTK tərəfindən podrat müqaviləsi əsasında cəlb edilmiş bir neçə podratçıdan biridir və tikinti ərazisində dəmir və qəlibçi işlərinin aparılmasını həyata keçirir. Tikinti obyektində fəaliyyət göstərən KB-403 A markalı qeydiyyat № 25939 olan qülləli kran fiziki şəxs X9 ilə bağlanmış podrat müqaviləsi əsasında tikintiyə cəlb edilmişdir. Eyni zamanda, kran operatoru (maşinisti) X12 isə həmin fiziki şəxslə "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsi əsasında "xxxx" MMC-nin işçisi kimi cəlb edilmiş və həmin “Kran Group MMC ilə qüvvəyə minmiş əmək müqaviləsi mövcuddur. Belə olan halda, Şəxs MMC tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş orqan kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinə izah edir ki, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın vəzifəsidir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət vermədən, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, bununla da sonuncunun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 06 aprel 2022-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 06 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1125/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1125/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver