Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1127/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və X2 bölməsinin təhqiqatçısı X3 "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 00700-0063/22 nömrəli, 06 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsinə təqdim edilən 04.04.2022-ci il tarixli “**********8516” sorğu nömrəli gömrük bəyannaməsi ilə, Gömrük Məcəlləsinin 113.3-cü maddəsinə əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına təqdim edilən 31.03.2022-ci il tarixli “**********6196” sorğu nömrəli qısa idxal gömrük bəyannaməsində qeyd olunan məlumatların eyniləşdirilməsini həyata keçirmək üçün sənədlərə baxış həyata keçirilmişdir. İş üzrə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına Rusiya Federasiyasından “91324392” nömrəli yük vaqonu ilə göndərilmiş “X4 yayılmış prokat” yükünə dair öncədən gömrük orqanına təqdim edilmiş, 31.03.2022-ci il tarixli “**********6196” sorğu nömrəli qısa idxal gömrük bəyannaməsinin 44-cü qrafasında 06.03.2022-ci il tarixli “23974206” və “23974207” nömrəli invoys sənədləri qeyd olunduğu halda, faktiki olaraq həmin yük Sumqayıt Ərazi Baş Gömrük İdarəsində “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilən zaman 04.04.2022-ci il tarixli “**********8516” saylı gömrük bəyannaməsinin 44-cü qrafasında 05.03.2022-ci il tarixli “23974176” və “23974164” nömrəli invoys sənədləri qeyd edilmişdir. Tərəfindən sənədlərə həyata keçirilən baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən gömrük orqanına elektron formada təqdim edilən 31.03.2022-ci il tarixli “**********6196” sorğu nömrəli qısa idxal gömrük bəyannaməsinin 44-cü qrafasında malın invoys nömrəsi ilə 04.04.2022-ci il tarixli “**********8516” saylı gömrük bəyannaməsinin 44-cü qrafasında göstərilən invoys nömrəsi uyğunsuzluq təşkil etmiş və beləliklə, "xxxx" MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan 05.04.2022-ci il tarixli raporta əsasən, "xxxx" MMC-nin ünvanına Rusiya Federasiyasından 91324392 nömrəli nəqliyyat vasitəsi ilə “X4 Yayılmış Prokat” yükü ölkə ərazisinə daxil olmuş və **********8516 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Rəsmiləşdirmə zamanı tərəflərindən aşkar edilmiş mallar üçün tərtib edilən qısa gömrük bəyannaməsində hesab-faktura ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna təqdim olunan hesab-faktura eynilik təşkil etmir. İş materiallarında olan “MET-AK MMC-nin nümayəndəsi X1 izahatından görünür ki, “MET-AK MMC-nin ünvanına Rusiya Federasiyasından “91324392” nömrəli yük vaqonu ilə göndərilmiş “X4 Yayılmış Prokat” yükü Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” dəmir yolu gömrük postundan keçərək ölkə ərazisinə daxil olmuş və 04.04.2022-ci il tarixli “**********8516” sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Baş Gömrük İdarəsində bəyan edilmişdir. Həmin yüklərə dair əvvəlcədən 31.03.2022-ci il tarixli “**********6196” sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilərək gömrük orqanına elektron qaydada təqdim edilmişdir. Qısa idxal bəyannaməsini təqdim edərkən bəyannamənin 44-cü qrafasında şirkət tərəfindən səhvən 06.03.2022-ci il tarixli “23974206” və “23974207” nömrəli invoys sənədləri qeyd edilmişdir. Lakin 04.04.2022-ci il tarixli “**********8516” sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunan zaman qeyd olunan yanlışlıq aradan qaldırılmış və gömrük bəyannaməsinin 44-cü qrafasında 05.03.2022-ci il tarixli “23974176” və “23974164” nömrəli invoys sənədləri göstərilmişdir. Qeyd olunan yanlışlığın “MET-AK MMC-nin nümayəndəsi olaraq onun səhvi olduğunu və gömrük qanunvericiliyinin tələblərini pozduqlarını etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 485.1 maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə və ya görük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatların verilməsinə, yaxud malların və nəqliyyat vasiələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğində, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" MMCnin ünvanına Rusiya Federasiyasından 91324392 nömrəli nəqliyyat vasitəsi ilə “X4 Yayılmış Prokat” yükü ölkə ərazisinə daxil olmuş və **********8516 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir, rəsmiləşdirmə zamanı aşkar edilmiş mallar üçün tərtib edilən qısa gömrük bəyannaməsində hesab-faktura ilə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna təqdim olunan hesab-faktura eynilik təşkil etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 485.1 maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.1 maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1127/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1127/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver