Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1132/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızı, X4 tərəfindən verilmiş Daxili İşlər Nazirliyi X8 İdarəsi tərəfindən qəbul edilmiş müxtəlif tarixli və nömrəli inizbati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi X8 İdarəsinin EQ25522565 nömrəli inzibati xəta haqqında protokol, AYN1001557 nömrəli inzibati xəta haqqında protokol, EQ25657206 nömrəli inzibati xəta haqqında protokol, EQ25657264 nömrəli inzibati xəta haqqında protokol, EQ25781321 nömrəli inzibati xəta haqqında protokol, EQ26018993 nömrəli inzibati xəta haqqında protokol, EQ26062856 nömrəli inzibati xəta haqqında protokol, EQ26452928 nömrəli inzibati xəta haqqında protokol, EQ26465517 nömrəli inzibati xəta haqqında protokol, EQ/26545874 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə inzibati xəta materialı araşdırıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən müxtəlif tarixlərdə qəbul edilmiş bir neçə inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi prosedurunun, hər bir qərara münasibətdə inzibati icraatın müstəqil həyata keçirilməsinin, həmçinin bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını qeyd edərək hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X3 mübahisələndirdiyi hər bir qərardan ayrı icraat qaydasında şikayət vermək hüququnun olması izah olunur. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1132/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1132/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver