Məhkəmə qərarları › İş №3(005)-1133/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1133/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1133/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1996-cı il tarixdə Naxçıvan, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Naxçıvan MR, Yuxarı Daşarx kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadə 01 noyabr 2024-cü il tarixli qərarından və 12 aprel 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Toyota Prius markalı, ** EY *** dövlət nömrə nişanlı avtomobili idarə edən Şəxs tərəfindən törədildiyi müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 19.30 radələrində Nərimanov rayonu Ə.Ağaoğlu küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində sola dönmə əməliyyatı edərkən ehtiyatsızlıqdan piyada qismində yolu keçmək istəyən X2 vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsi nəticələnən yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı X3 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Nərimanov rayonu Ə.Ağaoğlu küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində yolun hərəkət hissəsinə daxil olub, adi yerişlə yolu keçərkən əks istiqamətdə sola dönmə əməliyyatı edən Toyota Prius markalı, boz metallik rəngli, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun ayaq nahiyəsindən vuraraq yerə yıxılmışdır. Avtomobilin sürücüsü onu xəstəxanaya aparmamışdır. Əksinə onu aldadıb avtomobili qabaqa verib xəstəxanaya aparacağını bildirərək oradan uzaqlaşmış və onu köməksiz vəziyyətdə qoymuşdur.Sonra piyada evə gəlmişdir. Təhqiqat zamanı X2 vuraraq hadisə yerindən yayınmış Toyota Prius markalı, boz metallik rəngli, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü müəyyən etmək üçün tapşırıq verilmişdir.xx.xx.2023-cü il tarixdə RPİ-nin Təhiqat şöbəsinə daxil olan məlumatda həmin hadisənin Toyota Prius markalı ** EY *** dövlət nömrə nişanlı avtomobil tərəfindən törədilməsi faktı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı həmin qeyd olunan avtomobili həmin vaxtı idarə edən xx.xx.1996-cı ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş Şəxs olması müəyyən edilmiş onun adına baş etibarnamə ilə hüququnun olması öz əksini tapmışdır.Həmçinin qeyd olunan avtomobilin xx.xx.2023cü il tarixdə X4 adına keçirilərək alqı satqısı keçirilmişdir. Həmin şəxsin DYPŞ-nin mərkəzləşdirilmiş sistemində qeydiyyatdan keçən ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılmış və özünü Şəxs olduğunu bildirib hadisə ilə bağlı dəvət izahat vermək üçün RPİ-nə dəvət olunmuş lakin həmin şəxs daha sonra telefon dəstəyini qoyaraq sonra edilən zənglərə cavab verməmişdir. Araşdıma zamanı X5 izahat verərək, X4 özünü və ailəsinin sürücüsüdür. Onun adından ona dəfələrlə etibarnamələr verilmişdir. Turbo az saytında Toyota Prius markalı **-EY-*** dövlət nömrə nişanlı avtomobilin satışa çıxarıdlığını həmin şəxslə ***-***-**-** əlaqə saxlayıb Nərimanov rayonu A.M.Cümə küçəsində xx.xx.2023-cü il tarixdə görüşmüş və avtomobilə beh olaraq 200 manat pul verərək xx.xx.2023-cü il tarixdə Şəxs ilə Xırdalan şəhərində yerləşən DİN-in Baş Dövlət Yol Polis İdarəsində Rəhimə xanımla yollanıb orada Rəhimə xanım ina öz sənədlərini verib Toğrul ilə görüşdüyünü, alqı satqı sənədləşmə işlərində onun iştirak etdiyi həyata keçirildiyini və ona 7800 manat, ümumilikdə 8.000 manat pul vermişdir. O izahatında Şəxs onunla danışıq zamanı qeyd olunan avtomobil ancaq özünün idarə etdiyini ona bildirdiyini qeyd etmişdir. Həmçinin o həmin avtomobilin sənədləşmə aparılarkən evakuatorla gətirildiyini və hal hazırda da təmirlə bağlı avtoservisdə bildirilmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov tərəfindən tərtib edilmiş HK-1N-1125/102-9466 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:23-də DİN-in 102 Xidməti-Zəng Mərkəzinə müraciət edən vət. X3 məlumat verərək, Ə.Ağaoğlu və Qarabağ küçələrinin kəsişməsində piyada olan zaman Toyota Prius markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu vurması nəticəsində xəsarət almasını bildirdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X6 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1290 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ əlin 1-ci barmağının şişkinlik halında hərəkət məhdudluğu ilə müşayiət olunan qançırı, sol əlin ovuc səthinin, sağ və sol baldırın qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ biləcək və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞyə göndərilməsi qərara alınmışdır. Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1 -ci hissəsinin (Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin 1-ci hissəsinə əsasən sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar