Məhkəmə qərarları › İş №3(005)-1134/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1134/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1134/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehtiyevin 29 mart 2024-cü il tarixli qərarından və 12 aprel 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü X9 xx.xx.2024-cü il tarixdə saat saat təxminən 16:33 radələrində Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ilə etibarnamə ilə idarə etdiyi “X15” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət etdiyi zaman sağa yaşayış yerinə daxil olduqda qarşıdan gələn avtomobilin olduğunu görüb avtomobilini saxlayıb və həmin avtomobilə yol vermək üçün arxaya hərəkət etdiyi zaman “İsuzu” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı 38 saylı sərnişin avtobusu ilə toqquşmuş və avtomobilindən düşdükdən sonra həmin avtobusun içərisində yıxılan yaşlı qadın X2 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 16:33 radələrində Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ilə etibarnamə ilə idarə etdiyi “X15” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət etdiyi zaman sağa yaşayış yerinə daxil olduqda qarşıdan gələn avtomobilin olduğunu görüb avtomobilini saxlayıb və həmin avtomobilə yol vermək üçün arxaya hərəkət etdiyi zaman “İsuzu” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı 38 saylı sərnişin avtobusu ilə toqquşduğunu bildirmişdir. Bundan sonra avtomobilindən düşdükdən sonra həmin avtobusun içərisində yıxılan yaşlı qadını TTYS-nm maşını KTM-ə aparmışdır. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman təxminən 2 km/saat sürətlə hərəkət etdiyini, hadisə baş verən zaman spirtli içkili olmadığını bildirmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təhqiqat araşdırması zamanı vətəndaş X10 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 16:33 radələrində Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ilə yol vərəqəsi ilə idarə etdiyi İsuzu markalı **-JU-*** d.q.n-lı 38 saylı sərnişin avtobusu ilə hərəkətdə olduğu zaman yolun sağ tərəfindən yaşayış yerindən X15 markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna ani olaraq arxa-arxaya hərəkət etdi, lakin o, ona dəyməmək üçün əyləcdən istifadə etsədə onunla toqquşmuşdur. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman onun sürəti 30 km/saat olduğunu, hadisə baş verən zaman spirtli içkili olmadığını və idarə etdiyi avtobusda sərnişinlər olmuşdur, lakin onlardan bir qadın xəsarət aldığını bildirmişdir. Araşdırma zamanı vətəndaş X4 ərizə və izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:33 radələrində Nərimanov rayonu, Ağa Neymətulla küçəsində 38 saylı sərnişin avtobusunda əyləşmiş və həmin avtobus hərəkətdə olduğu zaman yol nəqliyyat hadisəsi baş vermiş və xəsarət aldığı üçün Semaşqa xəstəxanasına aparılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, hadisəni törədən sürücü X15 markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5r. Həmin sürücü X9 onun xəstəxana xərclərini ödədiyi və ona dəymiş maddi ziyanı tam ödədiyi üçün onun barəsində heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis baş leytenantı Vüsal Həsənov tərəfindən tərtib edilmiş HK 1№ 164 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:41-də vətəndaş X9 DİN-nin 102 xidmətinə verdiyi məlumatda, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində idarə etdiyi X15 markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İsuzu markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmasını bildirmişdir. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ 1 saylı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş AC 031848 nömrəli, xx.xx.2014-cü il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, X9 BC kateqoriyalı sürücüdür; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/8365 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, X3 alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/8369 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, X7 alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X8 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 261 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki vətəndaş X1 aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sağ yarısının Vİİİ qabırğanın arxa qoltuq xətti üzrə yerdəyişməsiz sınığı-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş “YÜNGÜL” zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü X9 barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə olan X4 tərəfindən yazılmış ərizədən görünür ki, X6 qarşı şikayət və tələdi yoxdur, barışmışlar. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X9 tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, X3 törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X9 İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar