Məhkəmə qərarları › İş №3(005)-1142/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1142/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1142/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Şikayət vermiş şəxs- X2 iştirakı ilə, X2 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon RPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon RPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 xx xxxxxx 2020-ci il tarixdə yazılı şəkildə ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon RPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından vermiş olduğu şikayətindən imtina edir. Bu səbəbdən şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materialını araşdırıb, barəsində inzibati icraat aparılan şəxs tərəfindən məhkəməyə verilmiş ərizənin geri qaytarılması ilə bağlı müraciətini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon RPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından X1 verilmiş şikayət ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon RPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş TP ******* saylı xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar