Məhkəmə qərarları › İş №3(005)-1142/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1142/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1142/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhər DYPİ-nin əməkdaşı X1 tərəfindən qəbul edilmiş 25.07.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ-nin əməkdaşı X1 tərəfindən qəbul edilmiş 25.07.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2020-ci ilin mart ayından onun çalışdığı xəstəxana “COVİD-19” pandemiyası ilə mübarizə aparır. 22.06.2020-ci il tarixdən o, koronovirus xəstəliyinə yoluxduğundan və həmin tarixdən ev şəraitində müalicə alınmaq üçün müşahidəyə götürülmüşdür. Həmin vaxtdan adını oradan silmişlər. Müalicəsi son yetəndən sonra iyul ayının 22-dən o, işə çıxmış və kadrlar şöbəsinə bildirmişdir ki, onu yenidən portala salsınlar. İşə çıxmağının üstündən vaxt keçsə də, 25.07.2020-ci il tarixdə Koroğlu metrostansiyası yaxınlığında tək post yaradan polis leytenantı X1 onu saxlayaraq sənədlərini tələb etmişdir. Çalışdığı yerdən arayış təqdim etsə də, polis əməkdaşı Ənvər Almuradov adını portalda yoxlamış və adının orada olmadığını bildirmişdir. Həmin an o, kadrlar şöbəsinin rəhbəri Şükufə xanım Əliyevaya zəng vurmuş və nə baş verdiyini soruşmuşdur. Sualına cavab olaraq bildirmişlər ki, artıq bir həftədir ki, portal işləmir və bu səbəbdən adını TƏBİB-in operatorları portala sala bilməmişlər. Bu barədə onu saxlayan polis nəfərinə bildirməsinə baxmayaraq polis leytenantı Ənvər Almuradov TP3832244 saylı inzibati tənbeh vermə haqqında qərarı tərtib etdiyini bildirmişdir. Həmin an 102 nömrəli məlumat bürosuna xəbər versə də heç bir nəticəyə nail olmamışdır. İş yerində baş həkimə bu barədə bildirsə belə, nə baş həkim, nə də TƏBİB-in nümayəndələri ona heç bir köməklik göstərə bilməmişlər. Üzərindən 1 il keçdikdən sonra poçt vasitəsi ilə 16.05.2021ci il tarixdə icraçı Elzamin İsayev tərəfindən əmlakına və nəqliyyat vasitəsinə həbs qoyulması barədə qərar qəbul etdiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis leytenantı Almuradov Ənvər tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 25.07.2020-ci il tarixli qərarın nəzərdən keçirilməsini və qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin əməkdaşı X1 tərəfindən qəbul edilmiş 25.07.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X3 25.07.2020-ci il tarixdə saat 17:41 radələrində “MERCEDES BENZ E240” minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili Z.Bünyadov küçəsi ərazisində idarə edərkən onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması halı baş vermiş və nəticədə o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X3 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər DYPİ-nin əməkdaşı X1 tərəfindən qəbul edilmiş 25.07.2020-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar