Məhkəmə qərarları › İş №3(005)-1142/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1142/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1142/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X3, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X2 iştirakı ilə, X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, EQ 20561313 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, EQ 20561313 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onun əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan olan, ünvan 1əsində yaşadığım binanın qarşısında 90TC060 nömrə nişanlı avtomobilini saxlayaraq mənzilinə qalxmışdır. Bir müddət sonra asan pay internet portalında olan şəxsi kabinetinə sms bildiriş gələrək İXM 346.1-ci maddəsi üzrə (dayanma və durma qaydalarının pozulması) barəsində EQ20561313 nömrəli inzibati protokol tərtib edildiyinə və cərimə qərarı qüvvəyə mindiyinə dair məlumat verilmişdir. Bildirir ki, avtomobilini saxladığı həmin yerdə dayanma və durmanı qadağan edən 3.27 nişanı yoxdur, yəni həmin yerdə dayanma və durma qadağan deyildir (bu faktı təsdiq edən fotoşəkillər ərizəyə əlavə edilmişdir). Ona dayanma və durmanın qadağan edilmədiyi yerdə dayanma və durma qaydalarını pozmağı iddiası ilə inzibati protokol tərtib edilmiş və cərimə qərarı qəbul edilmişdir. Dayanma və durma qadağan edilməyən yerdə belə bir inzibati xəta pozuntusu iddiası ilə hər hansı protokol tərtib edilməsi tam qanunsuz və əsassız olduğundan həmin qərarın ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə inzibati orqana (polis orqanına) şifahi şikayətini bildirərək, qəbul olunan qanunsuz qərarın ləğv edilməsini xahiş etmişdir. Müvafiq şikayətinə şifahi qaydada baxılmış və inzibati tənbeh vermə barədə qərar ləğv edilmədən qüvvədə saxlanıldığı bildirilmişdir. Bundan sonra o, həmin inzibati tənbeh vermə barədə qərarı məhkəmə qaydasında mübahisələndirmək istədiyini, buna görə də qərarın ona təqdim edilməsini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli EQ20561313 saylı inzibati tənbehvermə bardə qərar Bakı şəhəri X9 idarəsində ona təqdim edilmişdir. Ona qanunsuz və əsassız protokol tərtib edildiyindən, o, həmin qərarla razı deyil və hesab edir ki, qanunvericiliyin tələbi üzrə həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X5 çıxış edərək bildirmişdir ki, qeyd etdiyi ünvanda yaşayır. Əməlində inzibati xətanın tərkib əlamətləri yoxdur. Avtomobili saxladığı yerdə qadağan edici nişan yoxdur. Belə olan halda həmin yerdə avtomobili saxlama qadağan deyildir. Avtomobili saxladığı yerdə dayanma durma istisna edən hər hansı şərait yoxdur. O, həm Xətaidə, həmdə Nərimanovda yaşayır. Avtomobili saxladığı yer səki deyil, binanın başlanğıcıdır. Yol hərəkəti haqqında qanunun 52-ci maddəsinin 4-cü bəndi 10-cu hissəsi (3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında) avtomobil saxladığım yer yol çiynidir, əgər qadağandırsa nişan olmalıdır, nişan yoxdursa saxlanıla bilər. Eyni zamanda İXM 100-cü maddəsində konkret tələblər göstərilib və protokol bu tələblərə uyğun olmalıdır. Ora səki deyil. Həm o tərəf, həm bu tərəf binanın başlanğıcıdır. Günün müxtəlif saatlarında binanın sakinləri orada avtomobil saxlayırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, yol hərəkət qaydaları haqqında qanunun 52-ci maddəsinin 4-cü bəndi 9-cu hissəsi qeyd olnur ki, səkilərdə avtomobil saxlamaq olmaz. Yol hərəkəti haqqında qanununda səkinin anlayışı verilib Yolun çiyini başqa anlayışdır. Fotoşəkilərdə göstərilən yer səkidir. Şəxsin qeydiyyat ünvanı Xətaidir. İnzibati xətanın baş verdiyi yer Azadlıq prospektidir. Yol hərəkəti haqqında qanunda səkinin anlayışı verilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 15 aprel 2024cü il tarixli, EQ 20561313 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X5 tərəfindən dayanma qaydasını pozmasına görə İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş dayanma qaydasını pozmağa görə iyirmi manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş EQ 20561313 nömrəli, 15 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2024-cü il tarixdə İXM-in 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. Belə ki, inzibati xətanın törədilmə yeri kimi, Bakı şəhəri Ak. Mirəli Qaşqay 162 ünvanı göstərilmiş, lakin şikayət vermiş şəxs avtomobilini yaşadığı ünvanda - ünvan 4ir ki, X5 barəsində qəbul edilmiş EQ 20561313 nömrəli, 15 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş EQ 20561313 nömrəli, 15 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-yə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, EQ 20561313 nömrəli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar