Məhkəmə qərarları › İş №3(005)-115/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-115/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-115/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-cü maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-cü maddələri ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 28 dekabr 2021-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, Şəxs texniki təhlükəsizlik qaydalarını pozaraq xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Real MTK”ya məxsus 22 mərtəbəli binanın sərnişin-yük liftində minməsi və liftdə yaranan nasazlıq səbəbindən liftin qırılaraq 1-ci mərtəbəyə düşməsi nəticəsində X23 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, X28 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, X31 Mansoor dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, X8 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, X13 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almalarına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2 və 198.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun nümayəndəsi X14 “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarın məzmununa uyğun çıxış edərək Şəxs barəsində qanunauyğun tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2014-cü il tarixdən "xxxx"xxxx"xxxx" MTK təxminən 2005ci il tarixdə təsis edilmiş və əsas fəaliyyəti hündür mərtəbəli yaşayış binalarının, məktəblərin, uşaq bağçalarının və xəstəxanaların tikintisindən ibarət olmuşdur. "xxxx" MTK-nın sədri təxminən 2013-cü il tarixdən X9r. X29 2018-ci ildə cinayət məsuliyyətinə cəlb olunaraq, azadlıqdan məhrum etmə cəsasına məhkum olunmuşdur. Qeyd edir ki, X15 "xxxx" MTK-nın sədri olsa da MTK-nın əsas sahibi və idarəçisi İlham Qasımovdur. O, şirkətdə mühasib vəzifəsində işləsə də, X15 tərəfindən ona verilmiş xx.xx.2017-ci il tarixli etibarnamə üzrə "xxxx" MTK-nı dövlət orqanlarında təmsil edir. Mahiyyəti üzrə bildirmək istəyir ki, xx.xx.2021-ci il tarixdə, təxminən saat 18 radələrində "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski 21, 955-ci məhəllədə inşa etdiyi 22 mərtəbəli binada komendant işləyən X10 ona zəng edərək, xx.xx.2021-ci il tarixdə təxminən saat 20 radələrində binanın 2-ci korpusunun, 2-ci blokunda olan sərnişin-yük liftinin qəza nəticəsində yuxarı mərtəbədən sürətlə aşağı enməsi və 1-ci mərtəbədə yerləşən məhdudlaşdırıcıya dəyərək, həmin vaxt liftin içərisində olan ümumi 7 nəfər şəxsdən 2 əcnəbi və 2 nəfər yerli vətəndaşın xəsarət aldığını bildirdi. Həmçinin söylədi ki, bu hadisədən sonra, həmin 4 nəfər xəsarət alan şəxs 1 saylı ŞKX-na aparılaraq onlara tibbi yardım göstərilmişdir. Bundan əlavə o, baş vermiş hadisə ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.2 və 198.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X30 xx.xx.2021-ci il tarixli, 829 nömrəli rəyindən görünür ki, X16 almış olduğu xəsarətlər – sol iç topuğunun qapalı yerdəyişməmiş sınığı, sol bazu və dirsək oynağının əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə hündürmərtəbəli binanın liftinin nasazlıq səbəbindən yuxarı mərtəbədən sürətlə şaxtaya çırpılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X30 xx.xx.2021-ci il tarixli, 848 nömrəli rəyindən görünür ki, X19 almış olduğu xəsarətlər - sağ ayağın l, ll ayaq daraq sümüyünün əsasının İİ, İİİ ayaq daraq sümüyünün başının qapalı yerdəyişmiş sınıqları küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə hündürmərtəbəli binanın liftinin nasazlıq səbəbindən yuxarı mərtəbədən sürətlə şaxtaya çırpılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X30 xx.xx.2021-ci il tarixli, 847 nömrəli rəyindən görünür ki, X31 Mansoorun almış olduğu xəsarət - sağ iç topuğun qapalı yer-dəyişmiş sınığı küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə hündürmərtəbəli binanın liftinin nasazlıq səbəbindən yuxarı mərtəbədən sürətlə şaxtaya çırpılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X30 xx.xx.2021-ci il tarixli, 855 nömrəli rəyindən görünür ki, X5 almış olduğu xəsarət - sağ aşıq-baldır aparatının gərilməsi küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə hündürmərtəbəli binanın liftinin nasazlıq səbəbindən yuxarı mərtəbədən sürətlə şaxtaya çırpılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X30 xx.xx.2021-ci il tarixli, 851 nömrəli rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər - sol iç topuğun qapalı, qəlpəli, yerdəyişən, sağ iç topuğun qapalı yerdəyişməyən sınıqları, osteosintez əməliyyatından sonrakı vəziyyət küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə hündürmərtəbəli binanın liftinin nasazlıq səbəbindən yuxarı mərtəbədən sürətlə şaxtaya çırpılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2021-ci il tarixli, 10/6033 nömrəli rəyindən görünür ki, yerləşən "xxxx" MTK-ya məxsus 22 mərtəbəli binanın 2-ci korpusunun 2-ci girişində quraşdırılmış sərnişin liftində sürət məhdudlaşdırıcı tutacaqlar quraşdırılmadığına, liftin daimi saz vəziyyətdə saxlanılması üçün dövri olaraq texniki müayinə və yoxlamalar keçirilmədiyinə və liftdə yaranmış nasazlığın aradan qaldırılması üçün bu işlərin görülməsinə xüsusi razılığı (lisenziyası) olmayan şəxs(lər) cəlb olunmaqla liftə yaranmış qüsurların vaxtında və keyfiyyətli şəkildə aradan qaldırılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.7.1, 7.3.1, 7.3.6, 7.3.7, 7.4.1 bəndlərinin və «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydası və şərtləri»nin 11 bəndinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2 olan «Müəssisə direktorunun əmək funksiyası»nın tələblərinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən 22 mərtəbəli binanın 2-ci korpusunun 2-ci girişində quraşdırılmış sərnişin liftinin sürət məhdudlaşdırıcı tutacaqlar ilə təmin edilməsi və liftin daimi saz vəziyyətdə saxlanılması üçün dövri olaraq texniki müayinə və yoxlamaların keçirilməsi təşkil edilmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.7.1, 7.3.1, 7.3.6, 7.3.7, 7.4.1 bəndlərinin tələbləri "xxxx" MTK-nın sədri tərəfindən pozulmuşdur. ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 22 mərtəbəli binanın 2-ci korpusunun 2-ci girişində quraşdırılmış sərnişin liftində yaranmış nasazlığın aradan qaldırılması üçün bu işlərin görülməsinə xüsusi razılığı (lisenziyası) olmayan şəxs(lər) cəlb edildiyinə (bununla da liftdə yaranmış qüsurların vaxtında və keyfiyyətli şəkildə aradan qaldırılmasını təmin edilməmişdir) görə, «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydası və şərtləri»nin 11 bəndinin tələbləri "xxxx" MTK-da iş icraçısı (komendant) vəzifəsində işləyən X12 tərəfindən pozulmuşdur. ünvan 2 ünvanında yerləşən 22 mərtəbəli binanın 2-ci korpusun 2-ci girişində quraşdırılmış sərnişin liftinin sürət məhdudlaşdırıcı tutacaqlar ilə təmin edilmədiyini nəzərə aldıqda, həmin liftin texniki vəziyyətinin normativ akların («Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın) tələblərinə uyğun olmadığı müəyyən edilir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, təxminən saat 20 radələrində "xxxx" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski 21, 955-ci məhəllədə inşa etdiyi 22 mərtəbəli binanın 2-ci korpusunun, 2-ci blokunda sərnişin-yük liftinin qəza nəticəsində yuxarı mərtəbədən sürətlə aşağı enməsi və 1-ci mərtəbədə yerləşən məhdudlaşdırıcıya dəyməsi nəticəsində həmin vaxt liftin içərisində 8 nəfər şəxsdən 5 nəfər, yəni X16, X8, X35, X31 Mansoor və X5 xəsarət almaları faktında "xxxx" MTK-nın sədri X7 və "xxxx" MTK-da iş icraçısı “komendant” vəzifəsində işləyən X3 əməllərində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, hüquqi şəxs "xxxx" MTK və Şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi, hüquqi şəxs "xxxx" MTK, X11 və X3 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 198.2 və 198.3-cü maddələrinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilən Nərimanov rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs Şəxs "xxxx" MTKnın direktoru kimi üzərinə İXM-in 198.2 və 198.3-cü maddələrində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 28 dekabr 2021-ci il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyləri, məhkəmətəhlükəsizlik texnikası ekspertizası rəyi və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2 və 198.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddələrlə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halların və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar