Məhkəmə qərarları › İş №3(005)-1150/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1150/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1150/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8, Şikayət verən X2 vəkili (nümayəndəsi) Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar ilə bağlı X2 vəkili (nümayəndəsi) Nümayəndə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 vəkili (nümayəndəsi) Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin rəis müavini X11 “Oba Market" MMC-nin (bundan sonra — Cəmiyyət) İdarə Heyətinin sədri X3 baş veren hadisənin araşdırılması üçün hadisə baş veran gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə malumat verilməməsi ila bağlı cərimə edilmişdir. Hesab edir ki, xx.xx.2025-ci il tarixli qarar ləğv edilməli va icraata xitam verilməlidir. Hadisə iş vaxtı baş verib, amma işçi birbaşa öz əmək funksiyasını yerinə yetirərkən deyil, başqa bir işçini polisə verilərkən müdaxilə edərkən halı pisləşib. Burada onun fəaliyyəti rəsmi tapşırıq və ya əmək funksiyasına daxil deyil. Bu, öz təşəbbüsü ilə görülmüş bir hərəkətdir. İşçinin sağlamlığına təsdiqlənmiş zərər yoxdur. Həkim sadəcə göz ağrısına görə damcı yazıb. Bu, sadə ambulator müalicədir. Əmək qabiliyyətinin itirilməsi və ya müalicə tələb edən ağır hal qeydə alınmayıb. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ambulator çıxarışdan görünür ki, xəstənin dediyinə görə xx.xx.2024cü il tarixdə polis əməkdaşları mağazanın qarşısından bir nəfər şəxsi aparıblar, həmin vaxt hadisə zamanı sudurğa keçirdiyini qeyd edir, o vaxtdan sol gözündə ağrı olduğunu bildirir. Yəni, işçi hadisə barədə heç kimə məlumat verməyib, hadisədən 5 gün sonra həkimə müraciət edib. Bundan sonra DƏMX- dən bu işçi ilə bağlı xx.xx.2025-ci il tarixdə məlumat daxil olub ki, "OBA Market” MMC-yə məxsus mağazada işçi Tovuz Babayeva xx.xx.2024cü il tarixdə xəsarət almışdır. Məhkəmə iclasında şikayət verən X2 vəkili (nümayəndəsi) Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək qeyd edilən halların nəzərə alınmasını və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X12 bildirmişdir ki, şikayətdə qeyd olunan hadisənin bədbəxt hadisə olub-olmaması mübahisələndirilmir, bu dövlət orqanı kimi əmək müfəttişliyinin funsiyasına aid olan məsələdir və bunu müfəttişlik müəyyən edir. Digər hal odur ki, müəssisə qanunvericiliyə əsasən baş verən hadisə ilə bağlı həmin gün məlumat verməli idi. Lakin, bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilməmişdir. X7 izahatında da qeyd etdiyi kimi, eləcə də nümayəndənin çıxışından da aydın olur ki, X7 “Oba” marketdə işləyir və halının pisləşməsi əmək funksiyasını yerinə yetirərkən baş vermişdir. Göstərilənlərin nəzərə alınmasını və şikayətin əsassız olması səbəbilə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar, eləcə də məhkəmə iclasında şikayət verən X2 vəkili (nümayəndəsi) Nümayəndə tərəfindən qeyd edilən hallar müdafiə etdiyi şəxsin müdafiəsi üçün gətirdiyi dəlillərdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilən DVD disk görüntüsündən aydın olur ki, qızı “Oba” marketdə iş prosessində xanım özünü pis hiss edərək yıxılmışdır. xx.xx.2025-ci il tarixli Müraciət vərəqəsindən aydın olur ki, həkim əməkdaşı tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Həmin Məcəllənin 217-ci maddəsinin 4-cü bəndinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. X1 vəkili (nümayəndəsi) Nümayəndə şikayətində müvəkkili barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanın törədilməsi üçün heç bir əsasın olmadığı, müvafiq orqanlara bədbəxt hadisə ilə bağlı işəgötürən tərəfindən məlumat verilməli olduğunu, lakin göstərilən hadisənin bədbəxt hadisə olmadığını, işçi X5 hadisə baş verən zaman əmək funsiyasını yerinə yetirmədiyini, işəgötürənin əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, işəgötürənin hadisənin baş verdiyi müəssisəyə rəhbərlik etdiyini, işçilərə özünün nəzarət etdiyini, onlara icazələri və iş saatlarına nəzarəti özünün apardığını, səlahiyyətli vəzifəli şəxs olduğunu bildirmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1 vəkili (nümayəndəsi) Nümayəndə şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X2 və vəkili (nümayəndəsi) Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar