Məhkəmə qərarları › İş №3(005)-1152/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1152/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1152/2025 25.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayətçi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin direktoru X4 nümayəndəsi X1 , Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin direktoru X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 mart 2025-ci il tarixli, MN ******* nömrəli nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin direktoru X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 mart 2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi «Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin«direktoru X7 şikayətində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmiş, İnzibati Xətalar Məcəlləsiniı 53-cü maddəsində nəzərdə tutulmuş hallar nəzərə alınmamışdır:

1. Qərarda qeyd edilmişdir ki, Astara rayonu, Səncərədi kənd E.Ağayev adına tam orta məktəbin direktoru X2 müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblər pozularaq, xəbərdarlıq müddəti gözləmədən xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verirnişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta, yəni “İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə” inzibati xətası törədildiyi qeyd olunmuşdur. Sözügedən proses əmək qanunvericiliyinin bütün tələblərinə uyğun olaraq həyata keçirilmiş, xəbərdarlıq müddətinə riayət edilmiş və Agentlik tərəfindən iddiaçıya əmək müqaviləsinin müddətinin bitməsi barədə “Əmək və məşğulluq” altsistemində (ƏMAS) şəxsi kabinet vasitəsilə rəsmi xəbərdarlıq edilmiş və müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçiyə müəyyən edilmiş qaydada və vaxtda xəbərdarlıq edilməlidir. Məhz bu təiəbə uyğun olaraq, müvafiq bildiriş hazırlanmış və müəyyən olunmuş müddətdə “Əmək və məşğulluq" altsistemində (ƏMAS) şəxsi kabinet vasitəsilə təqdim edilmişdir. Yuxanda qeyd olunanlardan görünür ki, “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli qərar ədalətli olmamış, qanunla qorunan ictimai münasibətlərə qəsd edən əməl mövcud olmamış, əməldə inzibati xəta əlamətlərinin bütün tərkibi mövcud olmamış, qərarda qeyd olunan əməlin törədilməsində mənim təqsirim olmamış, qərarda qeyd olunan əməl mənim öz vəzifələrimin yerinə yetirilməməsi və ya azımınca yerinə yetirilməməsi ilə bağlı olmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin direktoru X4 nümayəndəsi X3 şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qərarın ləğvi üçün əsas yoxdur. Bu səbəblə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 13 mart 2025-ci il tarixli, MN ******* nömrəli nömrəli qərarın qüvvədə saxlanılmasını, şikayətçi «Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin« direktoru X7 şikayət ərizəsinin təmin olunmaması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 13 mart 2025ci il tarixli, MN ******* nömrəli nömrəli qərarından görünür ki, X2 müqaviləsinə Azərbaycar Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblər pozularaq, xəbərdarlıq müddəti gözləmədən xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmiş, buna görə də inzibati orqanın rəhbəri X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinin tələblərini pozduğu üçün barələrində 1700 (min yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 73-cü maddəsinin 1-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Beləlikə, qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, müəssisənin rəhbəri əmək müqaviləsinin bitməsinə ən azı bir həftə qalmış müqavilənin xitam verilməsinə dair işçiyə məlumat verməli olduğu halda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin direktoru X7 tərəfindən qanunvericiliyin tələbləriə düzgün şəkildə riayət olunmamışdır. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayətçi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agetliyinin direktoru X7 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 13 mart 2025-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar