Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1154/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, Azərbaycan Respublokasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8, Şikayətçi barəsində qərar qəbul edilmiş şəxs “X17 İnşaat” MMC-nin direktoru X15 vəkili fəri qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli , MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan “Koray Kılıç “X17 İnşaat” MMC-nin direktoru X15 vəkili X2 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X11 Kılıcın vəkili X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli , MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2189/2025 saylı, xx.xx.2025-ci il tarixli qərar ilə X16 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs X18 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 04 mart 2025-ci il tarixli MN ******* saylı qərar qəbul olunmuşdur. Əmək Müfəttişliyi hesab etmişdir ki, X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam veriləndə, həmin Məcəllənin 83.4-cü maddəsinin tələbləri pozularaq, son haqq-hesab ödənilməmişdir. Hesab edirlər ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, X6 ilə “X17 inşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq iş qrafiki olmuş (həftənin beş günü iş saatı 10:00-18:00, nahar vaxtı 13:00- 14:00, şənbə günü 10:00-16:00) və əməyinin ödənilməsi forması vaxtamuzd olmaqla, 841.14 manat əmək haqqı ilə şirkətdə tikinti üzrə usta köməkçisi vəzifəsində xx.xx.2023-cü il tarixdən işə başlamışdır. Daha sonra, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər 19 ay müddətində iş qrafikinə əsasən, işçi işlədiyi dövr ərzində 3012 saat əsas və 180 saat əlavə olmaqla, ümumilikdə 3192 saat işləmişdir. Əlavə işlədiyi 180 saata görə işçiyə ümumilikdə 2846,90 (iki min səkkiz yüz qırx altı, 90) manat əlavə əmək haqqı və mükafat hesablanaraq işəgötürən tərəfindən ödənilmişdir. Eyni zamanda, işçinin öz təşəbüsü ilə əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesab olaraq 1109,10 (bir min bir yüz doqquz, 10) manat vəsait şirkət tərəfindən ödənilmişdir. Bu səbəbdən hesab edirlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən vəzifəli şəxs X19 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında 04 mart 2025-ci il tarixli MN ******* saylı qərar əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X11 Kılıcın vəkili X4 şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X14 şikayətin əsassız olmasını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətdə göstərilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Belə ki, şikayət vermiş şəxs məhkəməyə şikayətdə qeyd etdiyi halları təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli , MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində 1000 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 78.4 nömrəli Əmrdən görünür ki, "Ofis" bölməsində "Usta köməkçisi" vəzifəsində işləyən X7 ilə bağlanılmış 5P5YWXZ000500 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2."a" tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmiş, işçinin xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 33 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. 31.010.2024-cü il tarixli “Zəhmət haqqı üzrə hesab”dan aydın olur ki, X1 məzuniyyət ödənişi xx.xx.2024-cü il tarixdə ödnilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs X15 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, məhkəmə iş materiallarını nəzərdən keçirir və belə qənaətə gəlir ki, X6 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2a bəndinə əsasən xitam verilməsinə baxmayaraq onunla son haqq-hesabın aparılmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilən əsaslarla məhkəmə X11 Kılıcın vəkili X2 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X15 vəkili X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli , MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1154/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1154/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver