Məhkəmə qərarları › İş №3(005)-116/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-116/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-116/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə, "xxxx" MTK-nın barəsində Azərbaycan Respublikasının İXM-in 198.2 və 198.3-cü maddəsi ilə Bakı şəhəri Nərimanov rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokurorluğundan "xxxx" MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 28 dekabr 2021-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərarda göstərilmişdir ki, hüquqi şəxs “MTK-REAL" MTK (VÖEN: **********) - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər tərəfindən texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən, 23.10.2021 -ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Real MTK’ ya məxsus 22 mərtəbəli binanın sərnişin-yük liftində minməsi və liftdə yaranan nasazlıq səbəbindən liftin qırılaraq 1-ci mərtəbəyə düşməsi nəticəsində X16 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, X20 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, X22 Mansoor dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, X6 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR, X10 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarətlər almışlar. Bununla da hüquqi şəxs "xxxx" MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğuna, hüquqi şəxs "xxxx" MTK-ya və zərər çəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, prokurorluğun nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi və zərər çəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə prokurorluğun nümayəndəsinin, hüquqi şəxsin nümayəndəsinin və zərər çəkmiş şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X21 məhkəmə-tibbi ekspertizasının 24.11.2021-ci il tarixli 829 saylı rəyində qeyd edilmişdir ki, X11 almış olduğu xəsarətlər-sol iç topuğun qapalı yerdəyişməmiş sınığı, sol bazu və dirsək oynağının əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 23.10.2021-ci il tarixdə hündürmərtəbəli binanın liftinin nasazlıq səbəbindən yuxarı mərtəbədən sürətlə şaxtaya çırpılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X21 məhkəmə-tibbi ekspertizasının 24.11.2021-ci il tarixli 848 saylı rəyində qeyd edilmişdir ki, X13 almış olduğu xəsarətlər - sağ ayağın l,ll ayaq daraq sümüyünün əsasının İİ,İİİ ayaq daraq sümüyünün başının qapalı yerdəyişmiş sınıqları küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 23.10.2021-ci il tarixdə hündürmərtəbəli binanın liftinin nasazlıq səbəbindən yuxarı mərtəbədən sürətlə şaxtaya çırpılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X21 məhkəmə-tibbi ekspertizasının 24.11.2021-ci il tarixli 847 saylı rəyində qeyd edilmişdir ki, Alledani X23 almış olduğu xəsarət - sağ iç topuğun qapalı yer-dəyişmiş sınığı küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 23.10.2021-ci il tarixdə hündürmərtəbəli binanın liftinin nasazlıq səbəbindən yuxarı mərtəbədən sürətlə şaxtaya çırpılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X21 məhkəmə-tibbi ekspertizasının 24.11.2021-ci il tarixli 855 saylı rəyində qeyd edilmişdir ki, X4 almış olduğu xəsarət - sağ aşıq-baldır aparatının gərilməsi küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 23.10.2021-ci il tarixdə hündürmərtəbəli binanın liftinin nasazlıq səbəbindən yuxarı mərtəbədən sürətlə şaxtaya çırpılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X21 məhkəmə-tibbi ekspertizasının 24.11.2021-ci il tarixli 851 saylı rəyində qeyd edilmişdir ki, X1 almış olduğu xəsarətlər-sol iç topuğun qapalı, qəlpəli, yerdəyişən, sağ iç topuğun qapalı yerdəyişməyən sınıqları, osteosintez əməliyyatından sonrakı vəziyyət küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 23.10.2021-ci il tarixdə hündürmərtəbəli binanın liftinin nasazlıq səbəbindən yuxarı mərtəbədən sürətlə şaxtaya çırpılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 15.12.2021-ci il tarixli, 10/6033 №-li rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 22 mərtəbəli binanın 2-ci korpusunun 2-ci girişində quraşdırılmış sərnişin liftində sürət məhdudlaşdırıcı tutacaqlar quraşdırılmadığına, liftin daimi saz vəziyyətdə saxlanılması üçün dövri olaraq texniki müayinə və yoxlamalar keçirilmədiyinə və liftdə yaranmış nasazlığın aradan qaldırılması üçün bu işlərin görülməsinə xüsusi razılığı (lisenziyası) olmayan şəxs(lər) cəlb olunmaqla liftə yaranmış qüsurların vaxtında və keyfiyyətli şəkildə aradan qaldırılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.7.1, 7.3.1, 7.3.6, 7.3.7, 7.4.1 bəndlərinin və «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydası və şərtləri»nin 11 bəndinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X2 olan «Müəssisə direktorunun əmək funksiyası”-nın tələblərinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən 22 mərtəbəli binanın 2-ci korpusunun 2-ci girişində quraşdırılmış sərnişin liftinin sürət məhdudlaşdırıcı tutacaqlar ilə təmin edilməsi və liftin daimi saz vəziyyətdə saxlanılması üçün dövri olaraq texniki müayinə və yoxlamaların keçirilməsi təşkil edilmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.7.1, 7.3.1, 7.3.6, 7.3.7, 7.4.1 bəndlərinin tələbləri "xxxx" MTK-nın sədri tərəfindən pozulmuşdur. ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 22 mərtəbəli binanın 2-ci korpusunun 2-ci girişində quraşdırılmış sərnişin liftində yaranmış nasazlığın aradan qaldırılması üçün bu işlərin görülməsinə xüsusi razılığı (lisenziyası) olmayan şəxs(lər) cəlb edildiyinə (bununla da liftdə yaranmış qüsurların vaxtında və keyfiyyətli şəkildə aradan qaldırılmasını təmin edilməmişdir) görə, «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydası və şərtləri»nin 11 bəndinin tələbləri "xxxx" MTK-da iş icraçısı (komendant) vəzifəsində işləyən X8 tərəfindən pozulmuşdur. ünvan 1 ünvanında yerləşən 22 mərtəbəli binanın 2-ci korpusun 2-ci girişində quraşdırılmış sərnişin liftinin sürət məhdudlaşdırıcı tutacaqlar ilə təmin edilmədiyini nəzərə aldıqda, həmin liftin texniki vəziyyətinin normativ aktların («Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın) tələblərinə uyğun olmadığı müəyyən edilir. Cinayət işinin balanmasının rədd edilməsi barədə 28 dekabr 2021-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs "xxxx" MTK, X9 və X3 əməllərində cinayət tərkibinin əlamətləri olmadığından, AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin şəxslərin əməllərində AR İXM-nin 192.1, 198.2 və 198.3-cü maddələrinin tərkib əlamətləri mövcud olduğundan barələrində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 28 dekabr 2021-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə "xxxx" MTK-nın tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2 və 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, "xxxx" MTK-nın həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə —min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə "xxxx" MTK-nın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-cü maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MTK Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar