Məhkəmə qərarları › İş №3(005)-1169/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1169/2021

19.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1169/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2, Zərər çəkmiş şəxs- “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 19 may 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-31/2011 nömrəli, 30.06.2011-ci il tarixli icra sənədinə əsasən Şəxs 25452,72 manat və 20 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-35/2020 nömrəli, 04.03.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 545135,16 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinin, həmçinin 375 manat ekspertiza xərcinin dəyəri dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Nərimanov rayon Məhkəməsinin 2(005)-3090/2017 nömrəli, 19.05.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 1026 manat və 30 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Nərimanov rayon Məhkəməsinin 2(005)-296/2016 nömrəli, 28.01.2016-ci il tarixli icra sənədinə əsasən Şəxs 6000 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Hazırkı tarixə borclu Şəxs Nərimanov rayon Məhkəməsinin 2(005)- 296/2016 nömrəli, 28.01.2016-ci il tarixli icra sənədi üzrə 4500 manat ödəniş etmiş, 1500 manat ödənilmiş vəsait qalmışdır. Həmçinin borclu Şəxs tərəfindən Nərimanov rayon Məhkəməsinin 2(005)- 31/2011 nömrəli, 30.06.2011-ci il tarixli, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-35/2020 nömrəli, 04.03.2020-ci il tarixli və Nərimanov rayon Məhkəməsinin 2(005)-3090/2017 nömrəli, 19.05.2017-ci il tarixli icra sənədləri üzrə ödəniş edilməmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 01.03.2021-ci il tarixdə şöbəyə dəvət olunaraq icraata başlamaq haqqında qərarlar müvafiq bildirişlə borcluya şəxsən təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış və Şəxs adına qeydiyyatdan keçmiş “MERCEDES 250 D” markalı, **-KR-*** nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş məhkəmənin müvafiq qərardadı ilə təqdimat təmin edilərək həmin avtomobilin üzərinə həbs qoyulmuşdur, icra tədbiri olaraq qərardad avtomobillərin saxlanılması üçün AR DİN BDYPİ-nə göndərilmiş, lakin avtomobillərin saxlanılması təmin edilməmişdir. Həmçinin həmin avtomobil borcludan tələb olunan zaman müxtəlif bəhanələrə avtomobilləri təqdim etməkdən imtina etmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılarkən onun adına tələbin yönəldiləcəyi əmlak aşkar edilməmişdir. Həmçinin borclu tərəfindən icra sənədinin hissə-hissə icra olunmasına dair məhkəmənin müvafiq qərarı təqdim edilməmişdir. Borclu Şəxs izahat alınmış, borclu icra sənədlərin tam icrasını maddi vəziyyəti ilə əlaqədar eyni zamanda icra etməsinin mümkün olmadığını, lakin hissə-hissə ödənişlər edəcəyini izahatında bildirmişdir. Bununla da borclu Şəxs icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, maddi imkansızlığı səbəbindən icra sənədlərinin icrasını tam şəkildə təmin edə bilmir. Hazırda heç bir əmək fəaliyyəti ilə məşğul deyildir. Bu səbəblə də icra sənədlərinin icrasını tam şəkildə təmin edə bilmir. Hissə-hissə olmaqla icra sənədlərini icrası ilə əlaqədar ödənişlər edəcək. İcra sənədlərinin icrasından qərəzli olaraq boyun qaçırmır. Göstərilənləri nəzərə alaraq barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs şikayətçidir. İcra sənədinin icra olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov Rayon Məhkəməsinin 2(005)-31/2011 nömrəli, 30.06.2011-ci il tarixli icra sənədinə əsasən Şəxs 25452,72 manat və 20 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-35/2020 nömrəli, 04.03.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 545135,16 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinin, həmçinin 375 manat ekspertiza xərcinin dəyəri dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Nərimanov rayon Məhkəməsinin 2(005)-3090/2017 nömrəli, 19.05.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 1026 manat və 30 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Nərimanov rayon Məhkəməsinin 2(005)-296/2016 nömrəli, 28.01.2016-ci il tarixli icra sənədinə əsasən Şəxs 6000 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında 02.04.2012-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-31/2011 nömrəli, 30.06.2011-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İcraata başlamaq haqqında 07.09.2016-cı il tarixli qərardan görünür ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-296/2016 nömrəli, 28.01.2016-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir İcraata başlamaq haqqında 20.04.2020-ci il tarixli qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 1(103)-35/2020 nömrəli, 04.03.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir İcraata başlamaq haqqında 14.07.2017-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-3090/2017 nömrəli, 19.05.2017-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, bildirişlər, özünün və zərərçəkmiş şəxsin verdiyi izahatı və iş materiallarında olan sənənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, borclunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə yuxarıda adıçəkilən icra sənədlərinin icrasını təmin etməmiş, borcların ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə inzibati xətanın xarakterini, habelə onun 65 yaşının olmasını nəzərə alaraq, hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 3 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar