Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-117/2023 05.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X9 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-361/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 05 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə saat 12:00-da ünvan 2 ünvanında ünvan 3ı ilə bağlı icra məmurunun qanuni tələbləri borclu Şəxs tərəfindən yerinə yetirilməmişdir. Nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru X17 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, bir neçə dəfə görüş təyin edilmişdir. Görüş zamanı uşaqların ataya qarşı münasibəti mənfi xarakterli olmuşdur. Bundan sonra Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının aparıcı məsləhətçisi X3 işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçipsixoloqunun görüzdə iştirakı təmin edilmiş və onun rəyinə əsasən uşaqların anası Şəxs tərəfindən hər hansı psixoloji təsir və təzyiqə məruz qalmadığını bildirmişdir. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin psixoloqu şöbəyə dəvət olunmuş və onun rəyinə əsasən valideynlər arasında münasibətlərin gərgin olmasının uşaqların psixoloji durumuna təsir etmişdir. Psixoloqun bildirdiyinə görə tələbkar və borclu arasında olan kəskin münasibətlər uşaqların psixoloji durumuna təsir etmiş, uşaqlarda borclu tərəfindən təsir və qorxu hissləri yaranmış və uşaqların atası ilə ünsiyyətinin borclu tərəfindən bərpa edilə biləcəyinin mümkün olduğunu qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXMin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, uşaqlar əvvəl atalarının yanında olmuş, indi isə onunla birgə qalırlar. Sonuncu psixoloq rəyi ilə razı deyil. Belə ki, uşaqlar atalarından qorxub çəkindiklərinə görə görüşə getmək istəmirlər. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X21 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, uşaqlar keçmiş həyat yoldaşı Şəxs tərəfindən ona qarşı qərəzli böyüdülür. Bu da övladları ilə ünsiyyətinə mənfi təsir göstərir. Nəticədə iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-361/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, X9 xx.xx.2012-ci il tarixdə anadan olmuş X18 və 01,04.2014-cü il tarixdə anadan olmuş X19 ilə hər həftənin şənbə günü saat 10:Q0-dan bazar günü saat 20:00-dək ünsiyyətdə olmasına şərait yaradılması vəzifəsi borclu X4 üzərinə qoyulmalıdır. İcra sənədi Göyçay Rayon icra və Probasiya Şöbəsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilmiş və Şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış, həmin tarixdə borcluya könüllü icra haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir, icraata başlamaq haqqında qərar borclu tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə 3 dəfə icra qurumunda uşaqların atası ilə getmək istəmədiyi müşayiət olunmuş, bu səbəbdən uşaqlarla ananın iştirakı olmadan profilaktik söhbətlər aparılmış, söhbətlərdən sonra birinci dəfə xx.xx.2014-cü il təvəllüdlü X19 atası ilə getməyə razılıq vermiş, lakin növbəti 2 həftə uşaqlardan heç biri atası ilə getmək istəməmiş, bu barədə aktlar tərtib olunmuşdur. X1 xx.xx.2022-ci il tarixdə rəsmi qaydada ərizə ilə şöbəyə müraciət edərək uşaqlara anası və nənəsi tərəfindən təsir və təzyiqlər edilməsi, onunla ünsiyyətin alınmaması üçün uşaqların öyrədilməsi və qorxudulması, bu səbəbdən dövlət orqanından psixoloq dəvət edilməsini və borclu barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsini xahiş etmiş, bu səbəbdən xx.xx.2022~ci il tarixdə xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 X1 ilə ünsiyyətdən yayınmaları üçün borclu X14 tərəfindən hər-hansı psixoloji təsir və təzyiqin olub-olmamasının araşdırılması üçün Nərimanov Rayon icra Hakimiyyətinin Başçısı cənab Elgün Həbibullayevə məktub göndərilmiş, alınmış 22.11,2022-ci il tarixli cavab məktubuna əsasən X9 övladları xx.xx.2012-ci il təvəllüdlü X18 və xx.xx.2014-cü il təvəllüdlü X19 ilə ünsiyyətdə olmalarına anaları X14 tərəfindən psixoloji təsir və təzyiqin olmaması müəyyən edilmişdir. X1 30.11,2022-ci il tarixdə rəsmi qaydada ərizə ilə şöbəyə müraciət edərək Nərimanov Rayon icra Hakimiyyətinin rəyi ilə razı olmadığını, psixoloqun başqa qurumdan dəvət olunmasını xahiş etmiş, müraciət əsasında xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 X1 ilə ünsiyyətdən yayınmaları üçün borclu X14 tərəfindən hər-hansı psixoloji təsir və təzyiqin olub-olmamasının araşdırılaraq nəticəsi barədə Nərimanov Rayon İcra Şöbəsinə məlumat verilməsi və növbəti ünsiyyət zamanı Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir mütəxəssisin icra prosesində iştirakının təmin olunması barədə Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edilmiş, həmin qurumun xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, Komitənin aparatında psixoloq ştatı mövcud olmadığına görə məktubun icrası mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilərək xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 X1 ilə xx.xx.2022-ci il tarixdə saat 10:00-a təyin edilmiş ünsiyyəti ilə bağlı icra prosesində psixoloqun iştirakının təmin olunması xahiş olunmuş, xx.xx.2022-ci il tarixdə tərəflər, dəvət olunmuş psixoloq və uşaqların iştirakı ilə məhkəmə qərarının icrası ilə bağlı profilaktik söhbətlər aparılmış, aparılmış söhbətlərdən sonra uşaqların atası ilə getmək istəmədiyi müəyyən olunmuşdur. Psixoloqun bildirdiyinə görə tələbkar və borclu arasında olan kəskin münasibətlər uşaqların psixoloji durumuna təsir etmiş, uşaqlarda borclu tərəfindən təsir və qorxu hissləri yaranmış və uşaqların atası ilə ünsiyyətinin borclu tərəfindən bərpa edilə biləcəyinin mümkün olduğunu qeyd etmişdir. Belə olan halda, məhkəmə qərarının icrasının borclu X14 tərəfindən qərəzli olaraq yerinə yetirilmədiyi qənaətinə gəlinmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-361/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə anadan olmuş X18 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X19 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 20:00-dək ünsiyyətdə olmasına şərait yaratması vəzifəsi ünvan 4 ünvanda qeydiyyatda olan cavabdeh X4 üzərinə qoyulmuşdur. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 76672/22-61-9-2(046)-361/2022 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-361/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Qeyd edilən bildiriş xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən qəbul edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini YYÇİHMK-nın sədri İradə Muradovanın 1/1214 saylı, xx.xx.2022-ci il tarixli Nərimanov rayon icra şöbəsinin rəisi Zaur Abdullayevə ünvanlanmış məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli **********/22-15-12 nömrəli məktuba cavab olaraq bildirilir ki, X3 işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən xx.xx.2022-ci il tarixdə saat 10:00-da Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının aparıcı məsləhətçisi X3 işləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X8 iştirakı ilə keçirilən iclasda X12 övladları X15 və X16 ilə ünsiyyətdə olmasına anaları X13 tərəfindən psixoloji təsir və təzyiqin olmaması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli Aktın məzmunundan görünür ki, “... Psixoloq bildirdi ki, tələbkar və borclu arasında olan kəskin münasibətlər uşaqların psixoloji durumuna təsir etmiş, tərəflərin nikahı pozulduqdan sonra uşaqların digər tərəfdə olduqda qaytarılmama ehtimalını düşündüyü üçün uşaqlara hər-hansı təsir və qorxu hisləri borclu tərəfindən yaranır, hər iki uşağın hal-hazırda qorxu içində olduğunu və borclu tərəfindən uşaqlarla atasının ünsiyyətinin bərpa edilə biləcəyinin mümkünlüyünü bildirdi...”. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, icra sənədi üzrə tələb borclu tərəfindən qismən yerinə yetirilmişdir. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. Belə ki, işdə iki fərqli psixoloq fikirləri vardır və bu halın yenidən araşdırılması üçün yeni psixoloq rəyi alınmalı, uşaqlarla psixoloq yenidən söhbətlər aparmalıdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə iclasında borclu Şəxs tərəfindən Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-361/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)- 361/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-117/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-117/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver