Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1171/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov RPİ-nin X10 Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X4 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Bakı şəhəri Nərimanov RPİ-nin X10 Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov RPİ-nin X10 Şöbəsinin xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 150 (yüz əlli) manat cərimə edilmişdir. Bildirmək istəyir ki, **-DS-*** dövlət qeydiyyat nişanlı, BMW 3281 minik markalı avtonəqliyyat vasitəsi onun şəxsi mülkiyyətindədir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixində saat 15:19 radələrində özünə məxsus BMW markali 328İ **-DS-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili ilə Ziya Bünyadov prospektində hərəkətdə olduğu zaman ** YP *** nömrəli avtomobili idarə edən yol patrul xidməti inspektor X1 əmri verib avtomobilini dayandıran zaman atomobilindən düşərək ona yaxınlaşıb “sənədlərinə niyə M yazdırmamısan demiş” və sağ tərəfə 2-ci səs boğucu başlığı quraşdırmanın qadağan olduğunu bildirərək ona İXM-nin 342.2.2-ci maddəsini əsas gətirərək İXP6118638 qərarsız protokolunu tərtib etmişdir. O, isə bundan ötrü qeydiyyat şəhadətnaməsinə M yazdırmağın qanunsuz olduğunu bildirmiş və sağ tərəfə quraşdırdığı 2-ci səs boğucu başlığından tüstü çıxsa da heç bir normativ qaydaları pozmadığını (ətraf mühitə əlavə qazların xaric olunmaması va səs desibelini keçməməsi) və tərtib etdiyi protokolu qərarlı yazmasını xahiş etsə də heç bir faydası olmamış, avtomobilində əyləşən valideyinlərini düşürdərək avtomobilini cərimə meydançasına yerləşdirmişdir. Lakin bayramla əlaqədar “İmprotex Motors” servis işləmədiyinə görə avtomobili xx.xx.2024-cü ilə qədər əsassız yerə cərimə meydançasında saxlanılmışdır. Polis inspektoru ilə birlikdə xx.xx.2024-cü il tarixdə “İmprotex Motors”a getdikdə baxış zamanı avtomobilin səsboğucu sistemində müdaxilə aşkarlanmamışdır. Bundan sonra polis inspektoru avtomobili cərimə meydançasından çıxara biləcəyini bildirmişdir. Cərimə meydançasında saxlanılma ilə bağlı 10 manat rüsum ödədikdən sonra avtomobili meydançadan çıxartmışdır. Həmin polis inspektoru İXP ******* nömrəli qərarsız protokolun silinəcəyini bildirmişdir. Lakin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozmağıla bağlı TP ******* nömrəli qərar yazılmışdır. Yazılan qərar qanunsuz və əsassızdır. Belə ki, polis işçiləri bu sahədə yetərli biliyə sahib olmadıqları halda avtomobili BMW avtomobil brendinin Azərbaycandakı rəsmi servisi olan “İmprotex Motors”a aparmış və həmin servisin rəyinə əhəmiyyət vermədən əsassız qərar yazmışdırlar. Texniki baxışdan keçməli olduğu üçün cəriməni ödəmək məcburiyyətində qalmış və xx.xx.2024-cü il tarixdə avtomobilini texniki baxışdan keçirmişdir. Texniki baxışdan keçdikdə avtomobilin həmin bildirişin 40-cı maddəsində qeyd edilən "mühərrik səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaricetmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və dəyişdirilməsi" ilə bağlı yoxlanış keçirilmiş və saz vəziyyətdə olduğu aşkar olunmuşdur. Əlavə edilmiş rəy və bildirişə baxdıqda görünür ki, xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində göstərilən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi ilə bağlı hər hansı bir hal aşkarlanmamışdır. Polis işçiləri xüsusi texniki biliyə və ixtisasa sahib olmadıqları sahədə öz fikirlərinə əsaslanaraq qərar yazmışdırlar. Həmçinin qeyd edir ki, polis işçilərinin qanunsuz hərəkətləri ilə bağlı DİN-nin 102 xidmətinə, DİN-ə yazılı, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazılı müraciət etmişdir. Polis işçiləri tərəfindən dəfələrlə qanunsuz və əsassız şəkildə saxlanıldığı üçün, bu cür halların qarşısını almaq məqsədi ilə həmin orqanlara müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, protokol tərtib olunduqdan sonra xx.xx.2024-cü il tarixində BMW avtomobil brendinin Azərbaycandakı rəsmi servisi olan “İmprotex Motors”da polis əməkdaşı ilə birlikdə yoxlanılmış və BMW 3281 minik markalı 77-D5-026 dövlət qeydiyyat nişanlı avtomobilin vizual baxışı zamanı səsboğucu sistemində müdaxilə aşkarlanmamışdır. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan Bakı şəhəri Nərimanov RPİ-nin X10 Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİ-nin X10 Şöbəsinin məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov RPİ-nin X10 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin X10 Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. DİN-nin Baş X10i İdarəsinin əməkdaşı polis baş leytenantı X3 tərəfindən imzalanmış Bildirişin “Konstruksiyaların tərkib hissələrinin və əlavə qurğularının parametrlərinin adları” Cədvəlinin 40-cı qrafasından görünür ki, X5 məxsus BMW 3281 minik markalı 77-D5-026 dövlət qeydiyyat nişanlı avtomobilində “İşlənmiş qazları xaric etmə sisteminin vəziyyəti – “Saz” göstərilmişdir. “İmprotex Motors” tərəfindən vətəndaş X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, BMW 328İ markali **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin (xx.xx.2024-cü il tarixdə) vizual baxışı zamanı səsboğucu sisteminə müdaxilə aşkarlanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9 ooğlu tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X10 Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov RPİ-nin X10 Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1171/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1171/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver