Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1172/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, X7 barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X16 Şöbəsi tərəfindən AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin təhqiqatçısı R.Ağaəliyevin rədd materialının qərarına əsasən sürücü E.Sarafrazı YHN Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinin tələbini pozaraq “BMC” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yol nəqliyyat hadisəsi törədib. X1 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X7 həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: 28 fevral 2022-ci il tarixli, HK-1 N 246 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:14-də, DİN-nin 102 xidmətinə məlumat daxil oldu ki, vət.X4 zəng vuraraq, Ə.Rəcəbli küçəsi və F.X.Xoyski küçələrinin kəsişməsində, idarə etdiyi “BMC” markalı **- CO-*** dövlət nömrə nişanlı avtobusla, “Audi” markalı avtomaşın toqquşması və sonuncunun hadisə yerini tərk etməsini, həmçinin sərnişinlərdən bir nəfər şəxsin xəsarət almasını bildirmişdir. 28 fevral 2022-ci il tarixli, HK-2 N 2303 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə 18:35-də, 1 saylı TTYS-dan tibb-bacısı Axundova məlumat verərək bildirmişdir ki, Ə.Rəcəbli küçəsi və F.X.Xoyski küçələrinin kəsişməsində baş vermiş YNH-si zamanı, 1985-ci il təvəllüdlü X3 döş qəfəsinin əziyi xəsarəti almışdır. Aparılan araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, 28 fevral 2022-ci il tarixdə, saat 16:50 radələrində işdən sonra metronun Nərimanov stansiyası yaxınlığına getmək üçün Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində 2 saylı marşrut xətti üzrə hərəkət edən “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna minmiş və əyləşmək üçün boş oturacaq olmadığına görə salonun orta hissəsində ayaq üzərində dayanmışdır. Sərnişin avtobusunun sürücüsü xeyli məsafə qət etdikdən sonra anidən qarşısına minik avtomobili keçməsi səbəbindən əyləci bərk basmış və nəticədə salonda yerə yıxılaraq bədən xəsarəti almışdır. Bu səbəbdən avtobusun sürücüsü ona ilkin tibbi yardım göstərilməsi üçün TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Qısa zamanda hadisə yerinə gələn TTYS-nın həkim briqadası onu X13 X15n xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər bədənini müayinə edib ilkin tibbi yardımlar göstərdikdən sonra palataya yerləşdirmişlər. Təxminən 2 saat xəstəxanada olduqdan sonra orada qalmaqdan imtina edib evinə getmişdir. Aparılan araşdırma zamanı X8 izahat verərək bildirmişdir ki, 10 aydır Azərbaycan Respublikası Dövlət Neft şirkətində sürücü işləyir. 28 fevral 2022-ci il tarixdə, saat 17:05 radələrində yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “HYUNDAİ SONATA” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 40-50 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə, Z.Bünyadov prospekti istiqamətindən Təbriz küçəsi istiqamətinə, 3 zolaqdan ibarət avtomobil yolunun sağdan 3cü zolağı ilə hərəkət edib, Ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsinə çatanda qarşısında işıqforun hərəkəti qadağan edən qırmızı işığı yandığına görə 3-cü zolaqda avtomobili dayandırıb yaşıl işığın yanmasını gözləmişdir. Təxminən 10-13 saniyə dayandıqdan sonra yaşıl işıq yanmış və sağ tərəfə dönmək üçün dönmə işığını yandırıb 3cü zolaqdan hərəkətə başlayıb sağ tərəfə, yəni F.X.Xoyski küçəsinə dönməyə başlamışdır. Həmin vaxt ondan sağ zolaqda hərəkətdə olan “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü idarə etdiyi avtomobil ilə toqquşmanın qarşısını almaq üçün anidən əyləci basmış və nəticədə avtobusun sol tərəf ön qanadı idarə etdiyi avtomobilin sağ tərəf arxa qanadına dəymişdir. Buna baxmayaraq hadisə yerində dayanmadan hərəkətini davam etdirib hadisə yerindən getmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 223 nömrəli ekspert rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər-döş qəfəsinin küt travması, döş qəfəsinin və sol budun hematomaları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 mart 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə X7 barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, aparılan X7 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmişşəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan aparılan X5 əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1172/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1172/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver