Məhkəmə qərarları › İş №3(005)-1174/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1174/2021

02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1174/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, “X6 X3 Nakliyat Ticaret və Sanayi Limited Şirkəti” Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X6 X3 Nakliyat Ticaret və Sanayi Limited Şirkəti” Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə 00100-0113/21 nömrəli, 26 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs “X6 Gıda X2 Ticarət və Sanayi Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filial tərəfindən müvəqqəti idxal gömrük proseduranda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətin bitdiyi, lakin adı qeyd olunan şirkətin filialı tərəfindən malların digər gömrük prosedura altında yerləşdirilməməsi və ya ölkə ərazisindən aparılmaması faktı aşkar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(005)-1174/2021 nömrəli qərarından görünür ki, X6 Gıda X2 Ticarət və Sanayi Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin X6 Gıda X2 Ticaret və Sanayi Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 3(005)-1174/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarı ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və “X6 X3 Nakliyat Ticaret və Sanayi Limited Şirkəti” Azərbaycan Respublikasındakı Filialına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin edilməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, “X6 X3 Nakliyat Ticaret və Sanayi Limited Şirkəti” Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXM-in 499.1.4cü maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında tədqiq olunmuş: 26 yanvar 2021-ci il tarixli, 00100-0113/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qevdiyyatda olan “X6 X5 Naklivat Ticaret və Sanayi Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2018-ci ildə Türkiyə Respublikasından 54EY718 nömrəli avtomaşınla 1 ədəd, müh.həcmi: 1560 sm3. buraxılış ili 2011, şassi/ban no: VF37F9HXCBJ578556 olan “Peugeot Partner” markalı avtomobil ölkə ərazisinə gətirilmiş və Bakı Bas Gömrük İdarəsində **********1268 sorğu nömrəli xx.xx.2018ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2019-cu il tarixdə ölkə ərazisindən geri aparılması öhdəliyi altında müvəqqəti idxal xüsusi gömrük prosedurunda bəyan edilərək rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə görülən işlərin davam etdirilməsi ilə əlaqədar olaraq qeyd olunan avtomobilin müvəqqəti idxal müddətinin bir il artırılması məqsədi ilə ərizə ilə gömrük orqanına müraciət olunmuş. Bakı Bas Gömrük İdarəsində xx/xx/012261 qeydiyyat nömrəli ərizə əsas götürülərək malın müvəqqəti idxal müddəti 1 (bir) il, yəni xx.xx.2020-ci il tarixədək artırılmışdır. 1 ədəd, müh. həcmi: 1560 sm3. buraxılış ili 2011, şassi/ban no: VF37F9HXCBJ578556 olan “Peuoeot Partner” markalı avtomobilin müvəqqəti idxal müddəti xx.xx.2020-ci il tarixdə bitsə də “X6 X3 Nakliyat Ticaret və Sanayi Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Bakı Baş Gömrük idarəsinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edilərək avtomobilin ölkə ərazisində qalma müddətinin daha 1 il uzadılması xahiş edilmişdir. Gömrük Xidmətinin “X1 Sistemi (VALS), informasiya resursundan çıxarışdan görünür ki, **********1268 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malın ölkə ərazisindən aparılma müddətinin son tarixi xx.xx.2020-ci il tarixi müəyyən edilmişdir. ünvan 2 ünvanında qeydiyyatda olan “X6 X5 Naklivat Ticaret və Sanavi Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2018-ci ildə 1 ədəd, ümumi gömrük dəyəri 9350 (doqquz min üç yüz əlli) manat olan, müh.həcmi: 1560 sm3. buraxılış ili 2011. şassi/ban no: VF37F9HXCBJ578556 olan “Peugeot Partner” markalı avtomobili Bakı Baş Gömrük İdarəsində **********1268 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında bəyan edərək xx.xx.2019-cü il tarixədək 1 (bir) il müddətinə Türkiyə Respublikasından Azərbaycan Respublikasına müvəqqəti olaraq gətirilmiş, lakin malın ölkə ərazisindən aparılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, gömrük orqanı tərəfindən malın ölkə ərazisindən aparılma müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilsə də, adı qeyd olunan şirkətin filialı tərəfindən 1 ədəd avtomobil Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış, digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmiş, öhdəlik müddəti bitdikdən altı ay iyirmi doqquz gün sonra xx.xx.2021-ci il tarixdə malın müvəqqəti idxal müddəti qanunamüvafiq qaydada uzadılması üçün gömrük orqanına ərizə ilə müraciət edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X6 Gıda X2 Ticarət və Sanayi Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialın inzibati xəta törətməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə X6 Gıda X2 Ticarət və Sanayi Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. X6 Gıda X2 Ticarət və Sanayi Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi əsası kimi avtomobilin müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2020-ci il tarixli olması və Xüsusi Gömrük Prosedurları Şöbəsinin rəis müavini gömrük xidməti mayoru Akif Hümmətov xx.xx.2020-ci il tarixdə faktla əlaqədar raportla Bakı Baş Gömrük İdarəsinə müraciət etməsi, müvafiq tədbir görülməsi üçün sərəncam verilməsini xahiş etməsi əsas götürülmüşdür. İXM-in 38.2-ci maddəsinə əsasən uzanan inzibati xətaya münasibətdə məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın aşkara çıxarıldığı vaxtdan hesablanır. Göründüyü kimi “X6 X3 Nakliyat Ticaret və Sanayi Limited Şirkəti” Azərbaycan Respublikasındakı Filialı tərəfindən qeyd olunan inzibati xəta xx.xx.2020-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən hazırki iş üzrə inzibati xətanın xx.xx.2020-ci il tarixdə törədildiyini və həmin vaxtdan bir ildən artıq müddətin keçdiyini nəzərə alaraq “X6 X3 Nakliyat Ticaret və Sanayi Limited Şirkəti” Azərbaycan Respublikasındakı Filialın 26 yanvar 2021-ci il tarixli, 00100-0113/21 nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “X6 X3 Nakliyat Ticaret və Sanayi Limited Şirkəti” Azərbaycan Respublikasındakı Filialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, inzibati xətanın törədildiyi xx.xx.2020-ci il tarixdən bir ildən artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X6 X3 Nakliyat Ticaret və Sanayi Limited Şirkəti” Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə tərtib edilmiş 26 yanvar 2021-ci il tarixli, 00100-0113/21 nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar