Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1174/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin təhqiqatçısı R.Ağəliyevin rədd materialının qərarına əsasən sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələbini pozaraq “Toyota Prius” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Hadisə zamanı avtomaşınlara maddi ziyan dəymişdir. Sərnişinlər X.Mahmudov və N.Sabirzadənin sağlamlığına “Yüngül” dərəcəli bədən xəsarəti dəymişdir. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1-N 227 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:50-də Bakı şəhər BPİ-nin DYPİ-nin NH-dən Əliyev məlumat verərək, Ak.H.Əliyev küçəsi S.Vurğun küçəsinin kəsişməsində xəsarətlə nəticələnən YNH baş vernəsini bildirmişdir. HK-2-N 2115 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:55-də, KTM-dən tibb bacısı Məmmədova məlumat verərək, Ak.H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində baş vermiş YNH nəticəsində 1992-ci il təv. X4 alın nahiyyəsinin və sol dizin əzilməsi xəsarəti ilə onlara müraciət etməsini bildirmişdir. Araşdırma zamanı X1 izahat verərək bildirmişdir ki, 23 fevral 2022-ci il tarixdə, təxminən 20:30 radələrində etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz olan “TOYOTA PRİUS” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sifariş əsasında Binəqədi rayonu Rəsulzadə qəsəbəsinə yaxınlaşmış və avtomobilinə 2 cavan oğlan əyləşərək onları Yasamal rayonu, B.Bağırova küçəsinə aparmasını xahiş etmişlər. Müştərilər avtomobilə əyləşdikdən sonra onları gedəcəkləri ünvana aparan zaman, təxminən saat 20:35 radələrində saatda 60-65 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi ilə, Y.V.Çəmənzəminli küçəsi istiqamətindən N.B.Yusifbəyli küçəsi istiqamətinə hərəkət edərkən S.Vurğun küçəsi ilə Ak.H.Əliyev küçəsinin kəsişməsinə çatanda qarşısında işıqforun hərəkətə icazə verən yaşıl işığının yanılı olduğunu görüb dayanmadan hərəkətini düzünə davam etdirib kəsişməni keçdiyi zaman əks istiqamətdən gələn “MERSEDES BENZ-190” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü anidən qarşısına dönmüşdür. Bu səbəbdən idarə etdiyi avtomobilin sol tərəf fara hissəsi qarşı avtomobilin sağ tərəf fara hissəsi ilə toqquşmuş və nəticədə idarə etmədən çıxan avtomobili yolun sağ tərəfində bərkidilmiş reklam lövhəsinin dayağına dəyib dayanmışdır. Toqquşma zamanı avtomobilində sərnişin olan cavan oğlanlar bədən xəsarəti almışlar. Toqquşmadan dərhal sonra hadisə yerində Bakı şəhəri DYPİ-i YPX-nin əməkdaşları dayanmışlar. Onlar sərnişinlərin bədən xəsarəti aldığını görüb TTYS-na zəng edib hadisə yerini həkim briqadası dəvət etmişlər. Qısa zamanda hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşları və TTYS-nın həkim briqadası gəlmişdir. Həkimlər bədən xəsarəti alan sərnişinləri xəstəxanaya aparmışlar, polis əməkdaşı araşdırmanı davam etdirmişdir. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 23 fevral 2022-ci il tarixdə, saat 20:45 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “MERSEDES BENZ-190” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 30-40 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi ilə, N.B.Yusifbəyli küçəsi istiqamətindən Y.V.Çəmənzəminli küçəsi istiqamətinə hərəkət edərkən S.Vurğun küçəsi ilə Ak.H.Əliyev küçəsinin kəsişməsinə çatanda qarşısında işıqforun hərəkətə icazə verən yaşıl işığının yanılı olduğunu görüb dayanmadan hərəkətini davam etdirib sol tərəfə dönmüşdür. Bu zaman idarə etdiyi avtomobilin ön hissəsi əks istiqamətdən gələn “TOYOTA PRİUS” minikmarkalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Toqquşmadan dərhal sonra hadisə yerində Bakı şəhəri DYPİ-i YPX-nin əməkdaşları dayanmışlar. Onlar qarşı avtomobilin sərnişini olan cavan oğlanın bədən xəsarəti aldığını görüb TTYS-na zəng edib hadisə yerini həkim briqadası dəvət etmişlər. Qısa zamanda hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşları və TTYS-nın həklim briqadası gəlmişdir. Həkimlər bədən xəsarəti alan sərnişini xəstəxanaya aparmış, polis əməkdaşı araşdırmanı davam etdirmişdir. Aparılan araşdırma zamanı X4 izahat verərək bildirmişdir ki, 23 fevral 2022-ci il tarixdə, saat 20:30 radələrində dostu Xəyal Mahmudovla birlikdə yaşadığı ünvandan Yasamal rayonu, B.Bağırova küçəsinə getmək üçün taksi sifariş etmişdir. Təxminən saat 20:35 radələrində olduğu ünvana “TOYOTA PRİUS” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmışdır. O, avtomobilin ön oturacağında X.Mahmudov isə sol tərəf arxa oturacaqda əyləşdikdən sonra sürücü onları gedəcəyi ünvana çatdırmaq üçün hərəkətə başlamışdır. Təxminən saat 20:45 radələrində əyləşdiyi avtomobilin sürücüsü S.Vurğun küçəsi ilə hərəkətini davam etdirib Ak.H.Əliyev küçəsinin kəsişməsinə çatanda qarşısında işıqforun hərəkətə icazə verən yaşıl işığının yanılı olduğunu görüb dayanmadan hərəkətini düzünə davam etdirib kəsişməni keçdiyi zaman əks istiqamətdən gələn “MERSEDES BENZ-190” minik markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qarşılarına dönmüş və nəticədə sərnişini olduğu avtomobilin sol tərəf fara hissəsi qarşı avtomobilin sağ tərəf fara hissəsi ilə toqquşduqdan sonra yolun sağ tərəfində bərkidilmiş reklam tablosunun dayağına çırpılıb dayanmışdır. Toqquşma zamanı alın nahiyəsi avtomobilin alın şüşəsinə çırpıldığından, X.Mahmudov isə salonda olan dayaqlara dəydiyindən bədən xəsarəti almışlar. Toqquşmadan dərhal sonra hadisə yerində Bakı şəhəri DYPİ-i YPX-nin əməkdaşları dayanmışlar. Polis əməkdaşları onun və X.Mahmudovun bədən xəsarəti aldıqlarını görüb TTYS-na zəng edib hadisə yerini həkim briqadası dəvət etmişlər. Qısa zamanda hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşları və TTYS-nın həklim briqadası gəlmişdir. Həkimlər onların bədənini müayinə etdirib tibbi yardımlar göstərilməsindən ötrü X9 xəstəxanaya aparmışlar. Xəstəxanada həkimlər onun bədənini müayinə edib tibbi yardım göstərib evə göndərmişlər, X.Muradov isə xəstələrin çox olması səbəbindən müayinə olunmayaraq evinə getmişdir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 19 mart 2022-ci il tarixli 273 nömrəli rəyindən görünür ki, vət. X3 bədən səthində aşkar edilmiş xəsarətlər: alının sol yarısının əzilmiş yarası, sol diz oynağının yumuşaq toxumasının əzilməsi-sıyrığı -küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 19 mart 2022-ci il tarixli 277 nömrəli rəyindən görünür ki, vət. X2 bədən səthində aşkar edilmiş xəsarətlər: alt çənənin sol yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması -küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə yol nəqliyyatı hadisəsi zamanı əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 19 mart 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın sürətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın ödənilməsi dövlət hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1174/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1174/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver