Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1177/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7, Şikayət vermiş şəxs X10 nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs AR DNŞ-nın «X20» Trestinin nümayəndəsi X5 iştirakları ilə Şikayət vermiş şəxs X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 02 aprel 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 02 aprel 2024cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin ******* MN nömrəli xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X14 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 900 manat məbləğində cərimə edilmişdir. Həmin Qərar xx.xx.2024-cü il tarixdə X20 Trestinə daxil olmuşdur. Həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, inzibati xəta hadisəsi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati qərar qəbul etmiş şəxs tərəfindən heç bir araşdırma aparmağa lüzum bilmədən əsassız olaraq X14 cərimə edilmişdir. İnzibati xəta haqqında qərarda və prokolda qeyd edilmişdir ki, işçi Vüqar Əbdürəhmanlı ilə bağlanmış əmək müqaviləsinin 4.6-ci bəndinə əməl edilməmiş və Əmək Məcəlləsinin 12-ci maddəsinin tələbləri pozulmuşdur. O, X4 Qazma işləri Trestində Baş mühəndis vəzifəsində işləyir. Onun vəzifə təlimatında işçilərin əmək haqqının verilməsi, hesablanması nəzərdə tutulmamışdır və X14 işəgötürən deyil, həmçinin işçilərə verilən əmək haqqının hesablanmasına, verilməsinə dair məsul şəxs deyil. İnzibati xəta məcəlləsinin 192.4-cü maddəsindən də açıq aşkar görünür ki, işçilərin əmək və məzuniyyət haqqlarını hesablayan, ödəyən və ya hesablanmasına, ödənilməsinə nəzarət edən şəxs həmin maddə üzrə inzibati məsuliyyətə cəlb edilə bilər. Bundan əlavə, inzibati xəta haqqında protokolda nə də inzibati xəta haqqında qərarda AR Əmək Məcəlləsinin 12-ci maddəsinin tələbinin pozulduğu qeyd edilmiş, lakin Əmək Məcəlləsinin 12-ci maddəsinin 15 bəndi var, inzibati xəta haqqında protokolda Əmək Məcəlləsinin 12-ci maddəsinin hansı bəndinin pozulduğu qeyd edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs bunu qeyd etməməklə İXM-nin tələblərini pozmuşdur. Bundan əlavə, MN ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolan görünür ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt və bu xətanın mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməmiş, hüquqları və vəzifələri izah edilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamışdır. Protokolda protokolu imzalamaqdan onun imtina etməyi göstərilmiş, lakin X14 inzibati xəta haqqında protokolun tərtibi zamanı iştirak etmədiyi halda necə imzalamaqdan imtina edə bilərdi. Burdan da görünür ki, inzibati xəta haqqında protokol və qərar heç bir araşdırma aparılmadan tərtib edilmişdir. Bakı ərazi idarəsi inzibati isə qeyri-ciddi yanaşılmışdır. Bakı ərazi idarəsi inzibati işi lazımi qaydada araşdırsa idi, işçinin əmək haqqısının verilməsinə, hesablanmasına görə heç bir məsuliyyəti olmayan onun, baş mühəndisin barəsində inzibati xəta haqqında protokol və qərar tərtib edilməzdi. X10 barəsində olan inzibati tənbeh tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv olunması və onun barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X10 və onun nümayəndəsi və vəkili Vəkil çıxış edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarın əsassız olduğunu bildirmişdir. Şikayət vermiş şəxs X10 baş mühəndis olduğunu və onun işçilərin əmək haqqının verilməsi, hesablanması kimi səlahiyyəti olmadığını bildirmişdir. O, X14 tərəfindən verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv olunması və onun barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs AR DNŞ-nın «X20» Trestinin nümayəndəsi X8 çıxış edərək X10 baş mühəndis olduğunu və onun işçilərin əmək haqqının verilməsi, hesablanması kimi səlahiyyəti olmadığını bildirmişdir. O, X14 tərəfindən verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024cü il tarixli MN ******* saylı qərarının ləğv olunması və onun barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024cü il tarixli MN ******* saylı qərarını müdafiə edərək X14 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli 02 aprel 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 02 aprel 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X6 əmək haqqı ödənilərkən əmək müqaviləsinin 46-cı bəndinin nəzərə alınmadığı və Azərbaycan Respublikası Əmək Məcəlləsinin “a” bəndinin tələbinin pozulduğu aşkar edilmişdir. X3 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 900 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Baş mühəndis vəzifəsinə dair vəzifə standartından görünür ki, X1 işçilərin əmək haqqılarının verilməsi, hesablanması kimi səlahiyyəti nəzərdə tutulmamışdır. İş materiallarında olan “Əmək qabiliyyətinin olmaması vərəqəsi” haqqında sənədin surətindən görünür ki, X9 16 avqust 2023-cü il tarixdən 18 avqusr 2023-cü il tarixədək, 19 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək, 22 avqust 2023-cü il tarixdən 31 avqust 2023cü il tarixədək işdən azad edilmiş və ona ödənişlər edilmişdir. İş materiallarında olan X9 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin rəisinə ünvanlanan 03 aprel 2024-cü il tarixli ərizədən görünür ki, X9 əmək hüquqlarının pozulmasına dair hər hansı orqana, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmədiyini, ona müvafiq olaraq başqa işə keçirildikdən sonra ödənişlərin olunduğunu bildirmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl X10 təqsirli bilindiyi inzibati xətalara dair münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 91.2-ci maddəsinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. 119.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; İXM-in: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.1.3-cü maddəsinə əsasən bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Hazırki iş üzrə şikayət vermiş şəxs X14 AR DNŞ-nın «X20» Trestində baş mühəndis vəzifəsində çalışır və onun vəzifə təlimatında işçilərin əmək haqqılarının verilməsi, hesablanması kimi səlahiyyəti nəzərdə tutulmamış, onun belə bir öhdəliyi olmadığı müəyyən edilmişdir. Eyni zamanda X9 xəstəliyi ilə əlaqədar o başqa işə keçirilmiş və buna görə ona ödənişlər edilmişdir. X2 əmək hüquqlarının pozulmasına dair hər hansı orqana, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar X10 barəsində inzibati məsuliyyəti istisna edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in: 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Beləliklə məhkəmə hesab edir ki, X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 02 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmalı, qərar ləgv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X10 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 02 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1177/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1177/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver