Məhkəmə qərarları › İş №3(005)-1182/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1182/2020

22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1182/2020 22.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət x1 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət x4 Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, 09 avqust 2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir İnzibati xəta haqqında 09.08.2019-cu il tarixli İXP ******* nömrəli protokolda göstərilmişdir ki, «AUDİ A4» minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs 09.08.2019-cu il tarixdə, saat 20:27-də Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospektində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 511.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat miqdarında cərimə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2128/2019 saylı, 13 sentyabr 2019-cu il tarixli qərarı ilə iş üzrə Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat miqdarında cərimə edilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş materialları yenidən baxılıb qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qərarı ilə Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 511.1-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 09 avqust 2019-cu il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-756/2020 saylı, 22 may 2020-ci il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraat materiallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, 09 avqust 2019-cu il tarixdə H.Əliyev prospektində hərəkətdə olarkən tələsdiyi üçün idarə etdiyi avtomobillə bir neçə dəfə ötmə əməliyyatı etmişdir. Bir müddət hərəkət etdikdən sonra YPX avtomobili ona yaxınlaşmış və saxla əmri vermişdir. Etiraf edir ki, iki dəfə sağdan ötmə etmiş və başqa qayda pozuntusuna yol verməmişdir. İdarə etdiyi avtomobillə surət həddini artırmamış, avtoxuliqanlıq etməmiş və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməmişdir. Son olaraq məhkəmədən barəsində olan iş üzrə icraata xitam verməsini xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət x3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət x4 tərəfindən Şəxs barəsində AR İXM-nin 511.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol 09.08.2019-cu il tarixdə tərtib edilmişdir. Həmin protokolda isə göstərilmişdir ki, «AUDİ A4» minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs 09.08.2019-cu il tarixdə, saat 20:27-də Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospektində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da Şəxs barəsində İXM-in 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Lakin inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Digər tərəfdən 09.08.2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda yuxarıda qeyd olunan hadisənin 09.08.2019-cu il tarixdə, saat 20:27-də baş verdiyi göstərilmişdir. Göründüyü kimi inzibati xəta 09 avqust 2019-cu il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın 09.08.2019-cu il tarixdə törədildiyini və həmin vaxtdan 3 ay müddətin keçdiyini nəzərə alaraqŞəxs 09.08.2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasənbu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa da, inzibati xətanın törədildiyi 09.08.2019-cu il tarixdən üç aydan artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsbarəsində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət x2 Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə 09.08.2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar