Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1183/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02.05.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib edilmiş 02.05.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, İXM-in 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokolda Şəxs tərəfindən İXM-in 338.7ci maddəsinin tərkibini yaradan əməlin nədən ibarət olması göstərilməmişdir. Şəxs hansı yol hərəkəti qaydasını pozması, inzibati xətanın törədildiyi yer, kimin zərər çəkməsi, zərər çəkmiş şəxsə hansı miqdarda maddi zərərin yetirilməsi qeyd edilməmişdir. Həmçinin, iş materiallarına zərər çəkmiş şəxsə hansı miqdarda maddi zərərin yetirilməsinə dair müvafiq sənədlər də əlavə edilməmişdir. İXM-in: 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir; 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir; 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, sadalanan halların işə mahiyyəti üzrə baxılması zamanı aradan qaldırılması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 02.05.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1183/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1183/2021
24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver