Məhkəmə qərarları › İş №3(005)-1184/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1184/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1184/2020 14.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin inzibati xəta haqqında xx xxxxxx 2014-cü il tarixli 400648 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin inzibati xəta haqqında xx xxxxxx 2014-cü il tarixli 400648 nömrəli qərarından şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli 400648 nömrəli qərarı ilə onun (2015-ci il tarixədək qüvvədə olmuş) AR İnzibati Xətalar Məcəlləsinin 163- 1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Qərar 2014-cü il tarixində qəbul edilsə də, bu günədək ona rəsmi qaydada təqdim eşdilməyib. Qərarın mövcudluğundan həmin qərarın icrası ilə məşğul olan Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vasitəsilə xəbər tutmuşdur. Qərar qanunsuz və əsassızdır, ləğv edilməlidir. Belə ki, qərarda göstərilib ki, guya o, xx.xx.2014-cü il saat 02:57-də Bakı-Quba-Rusiya Federasiyası ilə yolunun 130-cu km-də SHACMAN MARKALİ **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə hər oxa düşən kütlə parametrlərini aşmaqla yükləmişdir. Yuxarıda adı çəkilən nəqliyyat vasitəsi onun mülkiyyətində olsa da, həmin yük maşınını bir dəfə də olsun idarə etməmişdir. Həmin nəqliyyat vasitəsini öz mülkiyyətinə keçirdikdən sonra, etibarnamə əsasında həmin nəqliyyat vasitəsi başqa şəxsin faktiki idarəçiliyində olmuşdur. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin vəzifəli şəxsi Əkbər Məmmədov nəqliyyat vasitəsinin onun mülkiyyətində olduğunu öyrənsə də, avtomobili idarə edən şəxsin şəxsiyyətini müəyyənləşdirməmiş, nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyini soruşmadan, yalnız texniki pasporta baxmaqla, onun hüquqlarını pozan tamamilə qanunsuz və əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin inzibati xəta haqqında xx xxxxxx 2014-cü il tarixli 400648 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(005)-360/2020 nömrəli qərarına əsasən X3 Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin inzibati xəta haqqında xx xxxxxx 2014-cü il tarixli 400648 nömrəli qərarından verdiyi şikayət təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-695/2020 nömrəli qərarı ilə X5 tərəfindən apelyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (xx xxxx 2016-cı il tarixədək qüvvədə olmuş) 163-1.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası keçmiş Nəqliyyat Nazirliyinin inzibati xəta haqqında xx xxxxxx 2014-cü il tarixli 400648 saylı qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(005)-360/2020 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan X5 şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Qeyd etmişdir ki, «Shacman» markalı 99- BC-696 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətində olsa da, o həmin avtomobili heç vaxt idarə etməmişdir və avtomobil orun verdiyi etibarnamə əsasında başqa şəxs tərəfindən idarə olunmuşdur. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Nəqliyyat Nazirliyinin baş məsləhətçisi X6 qəbul etdiyi 400648 nömrəli xx xxxxxx 2014-cü il tarixli qərardan görünür ki, X5 xx xxxxxx 2014-cü il tarixdə saat 02:57-də Bakı-X7 ilə dövlət sərhədinin avtomobil yolunun 130-cu km-də Shacman markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icazə verilmiş çəki və yüklə birlikdə hər oxa düşən kütlə parametrlərini aşmaqla yüklədiyi üçün AR İnzibati Xətalar Məcəlləsinin 163-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 700 (yeddi yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan 01 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, inzibati xəta haqqında xx xxxxxx 2014-cü il tarixli protokol tərtib olunarkən «Shacman» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 tərəfindən deyi, digər şəxs tərəfindən idarə olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası keçmiş Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərəfindən xx xxxxxx 2014-cü il tarixli akt tərtib olunarkən həmin aktda sürücünün kimliyi müəyyən edilmədən avtomobilin mülkiyyətçisi kimi X5 inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədib törətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə X4 istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zaman həmin inzibati xətanın digər şəxs tərəfindən törədilməsinə baxmayaraq, Qorxmaz Məmmədovun barəsində səlahiyyətli orqan tərəfindən əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin (2015-ci il tarixədək qüvvədə olmuş) 163-1.3. maddəsinə görə, bu maddənin 163-1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -altı yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin maddənin 8.2 və 8.3-cü bəndinlərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X3 şikayəti təmin edilməli və Azərbaycan Respublikasının keçmiş Nəqliyyat Nazirliyinin inzibati xəta haqqında xx xxxxxx 2014-cü il tarixli 400648 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası keçmiş Nəqliyyat Nazirliyinin xx xxxxxx 2014-cü il tarixli 400648 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar