Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1189/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, X2 tərəfindən Bakı Nəqliyyat Agentliyinin 29 mart 2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 29 mart 2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2005/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 29 mart 2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2005/2021 saylı, xx.xx.2021ci il tarixli qərarından Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-738/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xətaya dair qərar qəbul etmiş səlahiyyətli orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı Nəqliyyat Agentliyinin 29 mart 2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətin qismən təmin olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2005/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarı inzibati xətaya dair qərar qəbul etmiş səlahiyyətli orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməsi və işin yenidən baxılması üçün həmin Məhkəməyə göndərilməsi qərara alınmışdır. Şikayət vermiş şəxs X2 məhkəməyə həm elektron qaydada, həm də poçt vasitəsilə müraciət edərək şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinin geri qaytarılmasına dair X1 müraciətini nəzərə alaraq belə qənaətə gəlir ki, X1 Bakı Nəqliyyat Agentliyinin 29 mart 2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli qərarından verdiyi şikayət baxılmadan ona geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə İXM-ə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin 29 mart 2021-ci il tarixli, BNA seriyalı ******* nömrəli qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1189/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1189/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver