Məhkəmə qərarları › İş №3(005)-1191/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1191/2020

18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1191/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu x2 və onun nümayəndəsi və vəkili-fərdi qaydada fəaliyyət göstərən Vəkilinzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işə baxaraq, MÜƏYYƏN ETDİ: x2 və nümayəndəsi və vəkili ilə birgə barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişlər. Materiallara baxılarkən müəyyən edildi ki, x1 şikayətində yaşayış ünvanı ünvan 1 ünvanı göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırki şikayətə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadığı müəyyən edildikdə, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 129 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x2 və nümayəndəsi və vəkili ilə birgə barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardanverdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar