Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1197/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Kamranov Hafiz Eldar oğlu, Şəxs barəsində toplanmış Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə materiallar Nərimanov rayon məhkəməsinə göndərilib. İnzibati xəta törədilməsi haqqında materialları tədqiq edərək, məhkəmə hesab edir ki, bu işin baxılması Bakı şəhəri Nərimanov rayon məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasının istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokollar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati xəta haqqında material daxil olmudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtda törətdiyi bir neçə inzibati xəta ilə bağlı 2 ayrı-ayrı inzibati materiallar xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(005)- 1197/2022 nömrəli inzibati iş birlikdə baxılması üçün 3(005)-1208/2022 nömrəli iş ilə bir icraatda birləşdirilərək işin 3(005)-1208/2022 nömrə ilə davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİM:
1. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddəsi tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.
2. Məhkəməsinin icraatında olan 3(005)-1197/2022 nömrəli inzibati iş birlikdə baxılması üçün 3(005)-1208/2022 nömrəli iş ilə bir icraatda birləşdirilsin və iş 3(005)- 1208/2022 nömrə ilə davam etdirilsin.
3. İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında dərhal baxılsın.
4. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.
5. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.
Hakim Hafiz Kamranov