Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-12/2022 05.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X2 oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 26 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 26 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsi və cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayət ərizəsində və məhkəmə iclasında izahatında göstərmişdir ki, o, yəni X5 26.12.2020-ci il tarixdə, saat 15:40 radələrində, ünvan 1 ünvanında öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən, Nərimanov RPİ-nin 17-ci PB-nin 2-nəfər polis əməkdaşı ona yaxınlaşıb sənəd tələb etmiş, heç-bir qanun pozuntusu olmadığı, portalda rabitə işçisi kimi rəsmi icazəsi olduğu və günün tələblərinə uyğun olaraq qaydalara riayət etdiyi halda qoruyucu maskadan istifadə etmədiyini bildirmiş, sənədləşmə apararaq üzərində heç- bir yazı, tarix, səbəb və s. olmayan MN № ******* saylı “X4” Protokol təqdim edərək, COVİD-19 virusu ilə əlaqədar onun 100 manat cərimə olunduğunu bildirmişdir. O, tərtib edilmiş protokola öz etirazını bildirmiş və heç bir günahının olmadığı halda barəsində niyə protokol tərtib edib onun cərimələndiyini polis əməkdaşından soruşduğu zaman ona əhəmiyyət vermədən öz işinə davam etdi. Üzərində heç-bir yazı olmayan qanunsuz protokolla razı olmadığı üçün, DİN-ə, Nərimanov RPİ-ə və Nərimanov RPİ-nin 18-ci PB-ə 30.12.2020-ci il tarixdə rəsmi müraciət edərək etirazını bildirmişdir. Əlavə olaraq, 16.02.2021 -ci il tarixdə həmin təşkilatlarla yanaşı, Bakı şəhər Baş Polis İdarəsinə də müraciət etmişdir. 13.01.2021-ci il tarixdə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsi müraciətinə baxılması üçün Nərimanov RPİ-nə vəsatətlə müraciət ünvanlamışdır. Lakin Nərimanov RPİ-si heç bir araşdırma aparmadan, sübut (foto və ya video görüntü) təqdim etmədən 19.01.2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunması və 100 manat inzibati cərimə olunduğu haqqında ona məktub ünvanlamışdır. İkinci müraciətinə də 23.03.2021-ci və 14.04.2021-ci il tarixlərdə eyni qayda ilə eyni məzmunlu cavablar verilmişdir. Polis idarəsi kamera görüntüsü və foto görüntü təqdim etməklə, protokolu təsdiq edə bilərdi. Buna baxmayaraq qoruyucu maskadan istifadə etdiyim halda mənə qanunsuz protokol tərtib edilərək 100 manat karantin rejimində cərimə yazılmışdır. Sözügedən protokolun (MN № 0766640) əsassız və qanunsuz olduğunu hesab edərək, ləğv edilməsi və 100 manat inzibati cərimənin silinməsi barədə 04.06.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi 2-1(112)-7401/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmamasını qərara almışdır. 31.08.2021-ci il tarixində tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7401/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadının və Daxli İşlər Nazirliyinin MN № ******* saylı Protokolunun ləğv olunması barədə yeni qərar çıxarılması üçün Bakı Apellyasıya Məhkəməsinə Apellyasiya şikayəti ilə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2577/2021 tarixli, 18 oktyabr 2021-ci il tarixli Qərardadına əsasən Apellyasiya şikayəti təmin oiunmamış, Bakı İnzibati Məhkəməsi 2-1(112)-7401 /2021 saylı, 12 iyul 2021-ci il tarixli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. Əlavə olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən sözügedən protokolun ləğv olunması barədə iddia ərizəsi ilə Birinci İnstansiya Məhkəməsinə müraciət olunması tövsiyə olunmuşdur. Odur ki, Daxili İşlər Nazirliyinin MN seriyalı, № ******* saylı X4 Protokolunun ləğv olunması, MN seriyalı, № ******* saylı X4 qərarın ləğv edilməsi və 100 manat inzibati cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 26 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 26.12.2020-ci il tarixdə tibbi qoruyucu maskadan düzgün istifadə etmədiyinə görə X5 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X4 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X4 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan X4 protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X3 epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozulması əsas gətirilməklə İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 26 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X3 26 dekabr 2020-ci il tarixdə İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmiş, lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən X4 protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X3 26 dekabr 2020-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozmasını müəyyən etmək mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, MN seriyalı ******* nömrəli, 26 dekabr 2020-ci il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş 26.12.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və X4 qanunvericiliyin tələbləri X4 işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən X4 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X4 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və X4 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 26 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 26 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilsin və iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-12/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-12/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver