Məhkəmə qərarları › İş №3(005)-1207/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1207/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1207/2020 14.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 barəsində İmişli RPŞ-nin Yol Patrul xidməti əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, barəsində İmişli RPŞ-nin Yol Patrul xidməti əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 ərizə təqdim edərək barəsində İmişli RPŞ-nin Yol Patrul xidməti əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdə keçirib və proses iştirakçısının çıxışını dinləyib hesab edir ki, X1 barəsində İmişli RPŞ-nin Yol Patrul xidməti əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ona əlavə ediliş sənədlərlə birlikdə həmin şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, inzibati qanunvericiliklə barəsində qərar çıxarılmış şəxsin həmin qərardan şikayət vermək hüququ olduğu kimi verdiyi şikayəti geri götürmək hüququ da var, buna görə də ərizə təmin edilərək şikayət ərizəsi baxılmadan onu verən şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində İmişli RPŞ-nin Yol Patrul xidməti əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi baxılmadan onu verən şəxsə qaytarılsın. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar